Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə74/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   70   71   72   73   74   75   76   77   ...   92

Aydın Çobanoğlu 

 

 



374

 

Sensizlik deyirem, sensizlik niye?! 



Ruhun ocağımın keşiyindedir. 

Mene söylediğin her bir nesihet 

Balamın laylalı beşiyindedir. 

 

Deyirdin, od olma, özün yanarsan, 



İşıq ol, nurlandır qaranlıqları. 

Bir nişane qalsın her emelinden, 

Qur, yarat, abad et viranlıqları. 

 

Oğul, soyadını yaşat, deyerdin! 



Onda babaların ruhu şad olar. 

Adımı adlarda daşıt, deyerdin, 

Ocaq bereketli, yurd abad olar. 

 

Nefesin evimin her bucağında, 



Dağımda, daşımda, bulağımdadır. 

Köç günü son sözün, son vesiyyetin 

Sırğa tek ömürlük qulağımdadır. 

 

“Menim kimi köçsün hamı dünyadan, 



Nə ağla, ay oğul, ne kes sebrini! 

Atalar görməsin oğul dağını, 

Kaş, neveler qazsın baba qebrini”! 

 

Sözünden güc alıb, nuru zülmete, 



Sevinci kedere daşıdacağam. 

Çobanoğlu deyə bu günden bele 

Adını adımda yaşadacağam. 

   

 

 

 

 

 

İrfan ÜNVER 

NASRATTINOĞLU 

 

     “Kocatepe” 

qazetesi, 

 

      17-21.02.1990

  



Ömrün etməyəcək vəfa dedilər 

 

375



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

DИPLOM  ИШИ 


Aydın Çobanoğlu 

 

 



376

 

 




Ömrün etməyəcək vəfa dedilər 

 

377



   

 

 



 

 

 



AZƏRBAYCAN SSR ALİ VƏ ORTA  İXTİSAS TƏHSİLİ 

NAZİRLİYİ S.M.KİROV ADINA QIRMIZI ƏMƏK 

BAYRAĞI ORDENLİ 

AZƏRBAYCAN DÖVLƏT UNİVERSİTETİ 

 

 



Filologiya fakültəsinin 

VI

 

kurs (qiyabi) tələbəsi 

MUSAYEV AYDIN ÇOBAN oğlu 

 

 

 



AŞIQ NƏCƏFİN HƏYAT VƏ 

YARADICILIĞI 

 

D İ P L O M  İ Ş İ 

 

 

 



 

Elmi rəhbər: filologiya elmləri doktoru

professor V.VƏLİYEV, 

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri: 

filologiya elmləri doktoru, professor F.Hüseynov. 

 

 

 

 

 

BAKI – 1980 


Aydın Çobanoğlu 

 

 



378

 

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 

Filologiya fakültəsinin VI kurs tələbəsi Aydın Çoban 

oğlu Musayevin “Aşıq Nəcəfin həyat və yaradıcılığı” 

mövzusunda diplom işinə 

 

R Ə Y 

 

Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmanlıqla döyü-



şən, ağır yaradan sonra bir gözünü itirən aşıq-şair Nəcəfin yaradı-

cılığı az öyrənilmişdir. Gözəl şeirləri, təcnis və gözəlləmələri dil-

lər əzəbəri olan bu sənətkarın həyat və yaradıcılığı ilə hələ II kurs 

tələbəsi olarkən maraqlanan Aydın Musayev bizim göstərişimizlə 

aşığın  şeirlərini toplamağa başlamış,  əsərləri haqında mətbuatda 

çıxış etmişdir. Bu gün müdafiəyə təqdim olunan diplom işinin tə-

məli məhz həmin illərdə qoyulmuşdur. Diplom işi giriş, üç fəsil və 

böyük bir əlavədən ibarətdir. Aydın Musayev Aşıq Nəcəfin həya-

tını öyrənmiş, gənclik illərində bir çox şeirlərin yaranma tarixini 

müəyyənləşdirmişdir. Qeyd etdiyimiz dəlillər diplom işinin I fəs-

lində cəmlənmişdir. 

Aşıq sənətinə yaxından bələd olan, bilavasitə saz çalmağı bi-

lən və aşıqlıq edən müəllif Aşıq Nəcəfin şeirlərinin təhlilində öz 

məharətini göstərmişdir. Aşığın çap olunan şeirlərində ciddi qü-

surlar tapmış, böyük bir cədvəl tərtib etmiş, düzəlişlər vermişdir. 

Diplomçunun qeydləri əsasən düzdür. 

Diplom işinə  əlavə olunmuş  şeirlər diplomçu tərəfindən 

müxtəlif illərdə  aşığın döyüş yoldaşlarından, müasirlərindən, qo-

humlarından, ustad aşıqlardan toplanmışdır. Şeirlərin bəzisi 1929-

1945-ci illər arasında ayrı-ayrı almanaxlarda, kitablarda, qəzet və 

jurnallarda dərc olunmuşdur. Həmin  şeirlər 1979-cu ildə “Gənc-

lik” nəşriyyatının buraxdığı “Əlimərdanlı Aşıq Nəcəf” adlı kitaba 




Ömrün etməyəcək vəfa dedilər 

 

379



salınmadığına görə burada verilməsini lazım bilirik. Bəzi  şeirlər 

bir neçə yerdə çap olunsa da, onlardan ancaq biri göstərilmişdir. 

Şeirlərin böyük əksəriyyəti hələ çap olunmamışdır. 

Aydın Musayev aşıq poeziyasına mükəmməl bələddir, ustad 

sənətkarların qoşma və  gəraylılarını, ustadnamələrini  əzbər bilir. 

Xalq  şeirinin  şəkli xüsusiyyətləri, bir çox saz havaları  və  təcnis 

növlərinin yaranma tarixini müəyyənləşdirməkdə axtarışlar aparır. 

Bu haqda irəli sürdüyü fikir və mülahizələrin bəziləri diplom işin-

də öz əksini tapmışdır. Diplomçunun dili sadə, fikri aydın, gəldiyi 

elmi nəticə doğrudur. 

Diplom işi üzərində dörd ildən artıq əmək sərf edən Aydın 

Musayevin zəhməti hədər getməmiş, yaxşı bir əsər yazmışdır. 

Diplomçu Aşıq Nəcəfin yüzə yaxın şeirini toplamış, onları nəşriy-

yata təqdim etmişdir. 

“Aşıq Nəcəfin həyat və yaradıcılığı” mövzusunda diplom 

işini ən yaxşı tələbə tədqiqatı kimi müdafiə olunmağa layiq hesab 

edirəm. 

   


 

 

ELMİ RƏHBƏR 



V.VƏLİYEV 

       

     Filologiya elmləri doktoru, professor  

   

 

 

 

 

 

 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə