Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə81/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   77   78   79   80   81   82   83   84   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

399



– Gün vurdu xal-xal oldu, 

Dağlar qarından ayrıldı. 

 

Və 


 

Dağlar külüngünü çəkdi, (?!) 

Dağıtdı qayalar tökdü. 

 

Gəraylıların hər misrası 8 hecadan ibarət olduğu halda, 



görəsən nə üçün yuxarıdakı birinci misra 7 hecalıdır? Bəs, 

dağlar nə vaxtdan bəri külüng çəkən olub? Şeirin ilk çaplarında 

(“Azərbaycan aşıqları”, Bakı-1930, səh.194, “Aşıqlar” Bakı-

1935, səh.325, “Aşıqlar” Bakı-1937, I hissə  səh. 492) həmin 

misralar aşağıdakı kimi getmişdir: 

 

Günəş vurdu, xal-xal oldu, 



Dağlar qarından ayrıldı, 

 

Və 



 

Fərhad külüngünü çəkdi, 

Dağıtdı, qayalar tökdü. 

 

Aşığın kitabda çap olunmuş qoşmalarının bir çoxu da qü-



surla getmişdir. Hətta iş o yerə çatmışdır ki, bəzi şeirlərdə güclü 

“yenidənqurma” işləri aparılmış, bəzilərinə  əl gəzdirilmişdir. 

Onun əvəzində aşığın müharibə dövrü yaradıcılığına dair tədqi-

qatı genişləndirib, cəbhədən dostlara, qohumlara yazdığı qələbə 

müjdəli,  əzmkarlıq ruhlu, nikbin, döyüşən  şeirləri tapıb kitaba 

daxil etmək daha məqsədəuyğun olmazdımı? 

“Durnalar” qoşmasının birinci iki misrası da orijinaldan 

fərqlənir: 

 

Nahaq qan tökülür, yerə enməyin, 



Görünür, gəlirsiz təzə, durnalar! 


Aydın Çobanoğlu 

 

 



400

Əslində həmin misralar aşağıdakı kimidir: 

 

Nahaq qan tökülən yerə enməyin



Gəlirsiz Bağdaddan təzə, durnalar! 

  

 



(“Ədəbiyyat qəzeti” 20 mart 1945-ci il) 

 

“Zülfün” rədifli  şeir də bu cür təhriflərdən xali deyildir 



(səh.13). 

 

İncimə İsadır, Tövrətə Musa 



Əzbərdən öyrənib Quranı zülfün. – misraların-

dakı fikir anlaşılmır. Aşıq özü isə: 

 

– “İncil”də İsadır, “Tövrət”də Musa 



Əzbərdən dərs verir “Quran”ı zülfün, – demişdir. 

 

Sonuncu bəndin ikinci misrası da bərbad vəziyyətdədir: 



 

– Nə durmusan sən Nəcəfin qəsdinə, 

Bixuş olsa kim yanaşar dəstinə?! – əvəzinə 

 

Nə durmusan sən Nəcəfin qəsdinə 



Bihuş olsan, kim yapışar dəstinə?! – getməli idi. 

 

“Deyirlər” rədifli qoşmanın sonuncu bəndi kitabda: 



 

Nəcəf deyər, yaxşı olsa yamanlar, 

Abı çəkər, ehsan(?) tökər dualar (?). 

Bir gözəl ucundan neçə cavanlar 

Bənd (?) salıbdı namus-ara, deyirlər, – kimi 

   


 

 

 



 

 

səh.15. 



əvvəlki nəşrlərdə: 


Ömrün etməyəcək vəfa dedilər 

 

401



                       

– Nəcəf deyər, yaxşı olsa yamanlar, 

Abı çəkər, leysan tökər dumanlar. 

Bir gözəl ucundan neçə cavanlar 

 

Bəhs salıbdır namus-ara, deyirlər, – şəklində çap 



olunmuşdur. (Azərbaycan aşıqları” Bakı, 1930, səh.193, “Aşıq-

lar”,


 

Bakı, 1935, səh.315; “Aşıqlar” Bakı, 1937, I

 

hissə, səh.483). 



Kitabda bəzən əvvəllər bir neçə dəfə nəşr olunmuş şeirlə-

rin rədifini belə dəyişmişlər.

 

18-ci səhifədə verilən



 

qoşmanın adı 

“Gəlhagəlidi” yazılmışdır. Əslində şeirin rədifi “Var”dır, “Gəl-

hagəli”, “Dolhadolu” və s. isə rədifönü qafiyələrdir. İkinci bən-

din

 

sonuncu misrası



 

“Deyən,


 

ağ məmənin

 

dolhadoludu”



 

kimi yox, 

“Deyən, ağ məmənin bölhabölü var” yazılmalı idi. 

Aşıq Nəcəf 1946-cı ilin sentyabrında ölüm yatağında olar-

kən, keçən günlərini yada salmış, yaşamağa tam ümidini itirdi-

yindən “Mənim” rədifli, bədbin ruhlu, qüssə, kədər, təəssüf do-

lu sızıltılı bir qoşma demişdir. Həmin qoşma indi də əksər aşıq-

ların əzbərindədir və tez-tez məclislərdə sifarişlə oxunur. Bun-

dan əlavə, həmin şeir aşığın böyük oğlunun evindəki əlyazma-

ların içində saxlanılır: 

 

Aman Allah, nə bəlalı bülbüləm, 



Tez soldu baxçada güllərim mənim! 

Bir kimsəyə yoxdur ahım-bezarım, 

Heç kəsə qarğamır dillərim mənim. 

 

Bir zamanlar tay-tuşumla gəzərdim, 



Qızıl gülü dəstə-dəstə üzərdim, 

İstəkli dostlara namə yazardım, 

İndi qələm tutmur əllərim mənim. 

   


 

 

   



 

 



Aydın Çobanoğlu 

 

 



402

Taleyin işinə qarışmaq olmaz, 

Eşqin kürəsində alışmaq olmaz. 

Nəcəf deyər; daha görüşmək olmaz, 

Çox uzaq görünür yollarım mənim. 

 

Şeirdən göründüyü kimi, şair artıq yaşamağa ümidini itir-



mişdi. Doğrudan da sentyabr ayının 20-də  Aşıq Nəcəf  əbədi 

olaraq həyata göz yumub. Həmin şeirin kitabda aşağıdakı şəkil-

də çap olunması təəssüf doğurur: 

 

Dava qaldıranın evi yıxılsın, 



Bəlaya tuş olub ellərim mənim. 

O kafir Hitlerin qəlbi sıxılsın, 

Daha söz tutmayır dillərim mənim. 

 

Bir zamanlar tay-tuşumla gəzərdim, 



Baxçamızdan qızıl güllər üzərdim. 

Gözəllərə qoşma, namə yazardım, 

İndi qələm tutmur əllərim mənim. 

 

Xəstəyəm, yatıram, əli bağlıyam, 



Faşistlərlə yoxam, qəlbi dağlıyam. 

Az qalıram, hönkür-hönkür ağlıyam, 

Qoy, axsın gözümdən sellərim mənim! 

 

Taleyin qəsdinə qarışmaq olmaz, 



Eşqin kürəsində alışmaq olmaz. 

Quldur faşistlərlə barışmaq olmaz, 

Yanıb külə dönüb güllərim mənim. 

 

İt oğlu tapmadı özünə sənət, 



Açdı başımıza heçdən qiyamət. 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə