Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə138/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   134   135   136   137   138   139   140   141   ...   190

416.0.18.  məhkəmə  bu  Məcəllənin  müddəalarına  müvafiq  olaraq  dövlət 

ittihamçısının,  xüsusi  ittihamçının,  təqsirləndirilən  şəxsin,  onun  müdafiəçisinin  və 

ya  tərcüməçinin  iştirakı  məcburi  olduğu  halda  cinayət  işinə,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materiallarına  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətə 

həmin şəxslərin iştirakı olmadan baxdıqda; 

416.0.19.  məhkəmə  bu  Məcəllənin  140.0.2-ci  maddəsində  nəzərdə  tutulmuş 

halların  müəyyən  edilməsi  üçün  təqsirləndirilən  şəxsin  məhkəmə-psixiatriya 

ekspertizasının keçirilməsini təyin etmədikdə; 

416.0.20.  məhkəmə  bu  Məcəllənin  391.3.2—391.3.5,  391.3.7—391.3.9  və  391.6-cı 

maddələrində nəzərdə tutulmuş qərarları əsassız çıxardıqda; 

416.0.21. məhkəmə məsuliyyəti ağırlaşdıran  və ya yüngülləşdirən  halları nəzərə 

almadan cəza təyin etdikdə. 

M a d d ə  

4 1 7 .  

K a s s a s i y a  

ş i k a y ə t i  

v ə  

y a  


k a s s a s i y a  

p r o t e s t i n i n   d a x i l   o l m a s ı   b a r ə d ə   b i l d i r i ş

 

417.1.  Kassasiya  şikayəti  və  ya  kassasiya  protesti  kassasiya  instansiyası 



məhkəməsinə  daxil  olduğu  vaxtdan  məhkəmə  3  (üç)  gün  müddətində  onların 

surətlərini  həmin  kassasiya  şikayəti  və  ya  kassasiya  protesti  mənafelərinə  toxunan, 

bu  Məcəllənin  409-cu  maddəsində  göstərilən  şəxslərə  verir  və  ya  çatdırır  və  onlara 

20  (iyirmi)  gün  müddətində  kassasiya  şikayətinə  və  ya  kassasiya  protestinə  öz 

etirazlarını  bildirmək  və  digər  şəxslərin  etirazları  ilə  tanış  olmaq  hüququnu  izah 

edir. 


clxxxi[181]

 

417.2.  Kassasiya  şikayəti  və  ya  kassasiya  protesti  vermək  hüququna  malik  olan 



şəxslər  kassasiya  instansiyası  məhkəməsinə  daxil  olmuş  kassasiya  şikayəti  və  ya 

kassasiya protesti və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları 

və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraatın  materialları  ilə  tanış  olmaq, 

habelə onlardan lazımi məlumatların çıxarışlarını etmək hüququna malikdirlər. 

417.3.  Kassasiya  şikayətinə  və  ya  kassasiya  protestinə  etirazlar  bilavasitə 

kassasiya instansiyası məhkəməsinə verilir. 

M a d d ə   4 1 8 .   K a s s a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   k a s s a s i y a  

p r o t e s t i n i n   i l k i n   ö y r ə n i l m ə s i

 

418.1.  Kassasiya  instansiyası  məhkəməsinə  daxil  olmuş  kassasiya  şikayətinin  və 



ya  kassasiya  protestinin  ilkin  öyrənilməsi  üçün  onlar  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin  müvafiq  kollegiyasının  hakimlərindən  birinə  verilir.  Kassasiya 

instansiyası  məhkəməsinə  daxil  olmuş  kassasiya  şikayətlərinin  və  ya  kassasiya 

protestlərinin  bölüşdürülməsi  bu  Məcəllənin  298.1-ci  maddəsində  göstərilən 

qaydaya uyğun olaraq həyata keçirilir. 

418.2.  Kassasiya  şikayətini  və  ya  kassasiya  protestini  ilkin  öyrənən  hakim 

kassasiya  şikayətinin  və  ya  kassasiya  protestinin  ona  daxil  olduğu  vaxtdan  3  (üç) 

aydan gec olmayaraq aşağıdakı hərəkətləri yerinə yetirir: 




418.2.1.  kassasiya  şikayəti  və  ya  kassasiya  protesti  və  onlara  əlavə  edilmiş 

sənədlərlə tanış olur; 

418.2.2.  bu  Məcəllənin  415  və  417-ci  maddələrinin  tələblərinin  yerinə 

yetirilməsini təmin edir; 

418.2.3. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya 

xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarının tələb edilməsi barədə 

qərar qəbul edir və onun icrasını təmin edir; 

clxxxii[182]

 

418.2.4.  kassasiya  şikayətinin  və  ya  kassasiya  protestinin  dəlilləri  ilə  müqayisə 



etməklə  cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarını  və  ya 

xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını öyrənir; 

418.2.5.  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökm  və  ya  qərarına  kassasiya 

qaydasında baxılması üçün kassasiya şikayəti və ya kassasiya protestinin dəlillərinə 

dair  rəy  hazırlayır  (bu  Məcəllənin  415-ci  maddəsində  göstərilən  tələblər  yerinə 

yetirildikdə kassasiya protesti və ya kassasiya şikayəti kassasiya qaydasında mütləq 

baxılmalıdır); 

clxxxiii[183]

 

418.2.6.  kassasiya  şikayətini  və  ya  kassasiya  protestini  və  onlara  əlavə  edilmiş 



cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarını  və  ya  xüsusi 

ittiham  qaydasında  şikayət  üzrə  icraatın  materiallarını,  habelə  hazırladığı  rəyi 

müvafiq kollegiyanın iclasında baxılması üçün göndərir; 

418.2.7.  dövlət  ittihamçısına,  məhkuma  (bəraət  almış  şəxsə)  zərər  çəkmiş  şəxsə 

(xüsusi  ittihamçıya),  habelə  digər  maraqlı  şəxslərə  kassasiya  şikayətinə  və  ya 

kassasiya  protestinə  mahiyyəti  üzrə  baxılmasının  vaxtı  və  yeri  haqqında  məlumat 

verir. 

418.3. Kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxs bu Məcəllənin 415-



ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə kassasiya instansiyası 

məhkəməsinin hakimi aşağıdakı hüquqlara malikdir: 

418.3.1.  öz  qərarı  ilə  kassasiya  şikayətini  və  ya  kassasiya  protestini  hərəkətsiz 

saxlamaq; 

418.3.2.  həmin  tələblərin  yerinə  yetirilməsi  üçün  10  (on)  gündən  20  (iyirmi) 

günədək vaxt vermək. 

418.4. Təyin edilmiş müddət ərzində bu tələblər yerinə yetirilmədikdə, kassasiya 

instansiyası məhkəməsi hakiminin qərarı əsasında kassasiya şikayəti və ya kassasiya 

protesti verilməmiş hesab olunur və baxılmamış saxlanılır.  

M a d d ə  

4 1 9 .  

K a s s a s i y a  

ş i k a y ə t i n ə  

v ə  


y a  

k a s s a s i y a  

p r o t e s t i n ə   m a h i y y ə t i   ü z r ə   b a x ı l m a s ı

 

419.1.  Kassasiya  instansiyası  məhkəməsi  kassasiya  şikayətinə  və  ya  kassasiya 



protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun 

və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə