Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə135/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   131   132   133   134   135   136   137   138   ...   190

409.4.  Zərər  çəkmiş  şəxs,  onun  qanuni  nümayəndəsi  və  ya  nümayəndəsi 

hökmdən  yalnız  zərər  çəkmişə  ziyan  vurmuş  şəxsə  və  hərəkətlərə  aid  hissədən 

şikayət  vermək  hüququna  malikdirlər.  Onların  tələbləri  birinci  instansiya 

məhkəməsində irəli sürülmüş tələblərdən çox ola bilməz. 

KM2

 

409.5.  Mülki  iddiaçı,  mülki  cavabdeh,  onların  qanuni  nümayəndələri  və  ya 



nümayəndələri  hökmdən  mülki  iddiaya  aid  hissədən  və  yalnız  birinci  instansiya 

məhkəməsinə  verilmiş  tələblərə  uyğun  olaraq  şikayət  vermək  hüququna 

malikdirlər. 

409.6.  Barəsində  tibbi  xarakterli  məcburi  tədbirlər  tətbiq  edilmiş  şəxsin 

müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından 

istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü yalnız tibbi xarakterli məcburi 

tədbirlərin  tətbiq  edilməsinə  aid  hissədən  kassasiya  şikayəti  vermək  hüququna 

malikdirlər. 

clxxv[175]

 

409.7. Barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı 



tipli  xüsusi  təlim-tərbiyə  müəssisəsinə  göndərilmiş  yetkinlik  yaşına  çatmayan  şəxs, 

onun  qanuni  nümayəndəsi  və  ya  müdafiəçisi  yalnız  tərbiyəvi  xarakterli  məcburi 

tədbirlər  tətbiq  edilməsinə  və  ya  qapalı  tipli  xüsusi  təlimtərbiyə  müəssisəsinə 

göndərilməsinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdir.

clxxvi[176]

 

409.8. Məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayəti yalnız 



həmin  şəxslər  bu  Məcəllənin  qaydalarına  uyğun  olaraq  cinayət  işi,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 

icraata  müstəntiq  və  ya  birinci  instansiya  məhkəməsi  tərəfindən  müvafiq  olaraq 

təqsirləndirilən, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) qanuni nümayəndəsi və ya 

nümayəndəsi kimi buraxıldıqda kassasiya icraatının açılmasına səbəb ola bilər. 

409.9.  Apellyasiya  instansiyası  məhkəməsinin  icraatında  iştirak  etmiş  dövlət 

ittihamçısı  onun  məhkəmə  tərəfindən  nəzərə  alınmamış  nəticə  və  təkliflərinə  dair 

hissədən kassasiya protesti vermək hüququna malikdir. Göstərilən dövlət ittihamçısı 

vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzun sürən ağır xəstəliyə tutulduqda, protest 

verməkdən  yayındıqda  və  ya  imtina  etdikdə,  habelə  onun  mövqeyi  ilə 

razılaşmadıqda  Azərbaycan  Respublikasının  Baş  prokuroru,  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məhkəməsinin  cinayət  işləri  və  inzibati  xətalara  dair  işlər  üzrə 

kollegiyası tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmçinin Naxçıvan Muxtar 

Respublikasının  prokuroru  apellyasiya  instansiyası  məhkəməsində  iştirak  etmiş 

dövlət  ittihamçısının  əvəzinə,  kassasiya  protesti  vermək  hüququna  malikdir. 

Apellyasiya  instansiyası  məhkəməsində  cinayət  işi  və  ya  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materiallarına  bu  Məcəllənin  392.2-ci  maddəsinin 

tələblərinin  ziddinə  baxıldığı  halda  kassasiya  protesti  vermək  hüququna 

Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini malikdir.  

clxxvii[177]

 

M a d d ə   4 1 0 .   K a s s a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   k a s s a s i y a  



p r o t e s t i n i n   v e r i l m ə   m ü d d ə t i

 

410.1. Kassasiya şikayəti və ya kassasiya protesti aşağıdakı müddətlərdə verilir: 




410.1.1.  bu  Məcəllənin  391.3  və  520.7-ci  maddələrində  nəzərdə  tutulmuş 

apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı vaxtdan 1 

(bir) ay müddətində; 

clxxviii[178]

 

410.1.2.  bəraət  hökmündən  və  ya  cinayət  işi  məhkəməyədək  sadələşdirilmiş 



icraatın  materialları  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraata  xitam 

verilməsi  haqqında  məhkəmə  qərarından—onların  çıxarıldığı  gündən  6  (altı)  ay 

müddətində;  

410.1.3. daha ağır cinayət haqqında qanunun tətbiq  edilməsinin zəruriliyi, təyin 

edilmiş  cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən 

digər  əsaslar  üzrə  ittiham  hökmündən,  habelə  tərbiyəvi  xarakterli  məcburi 

tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 

12 (on iki) ay müddətində; 

KM4

 

410.1.4.  məhkumun  təqsirsizliyi,  az  ağır  cinayət  haqqında  qanunun  tətbiq 



edilməsi  zəruriliyinin  əsasları  üzrə  ittiham  hökmündən,  habelə  tibbi  xarakterli 

məcburi  tədbirlərin  tətbiq  edilməsi  haqqında  məhkəmə  qərarından—onların 

çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində. 

410.2.  Kassasiya  qaydasında  təqdimat,  şikayət  və  ya  protest  verildiyi  hallar 

istisna  olmaqla,  kassasiya  şikayətinin  və  ya  kassasiya  protestinin  verilməsi  üçün 

müəyyən  edilmiş  müddət  ərzində  cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş 

icraatın  materialları  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraat  materialı 

yuxarı  məhkəmə  tərəfindən  apellyasiya  instansiyası  məhkəməsindən  tələb  edilə 

bilməz.  

M a d d ə   4 1 1 .   K a s s a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   k a s s a s i y a  

p r o t e s t i n i n   v e r i l m ə s i   ü ç ü n   b u r a x ı l m ı ş   m ü d d ə t i n   b ə r p a s ı

 

411.1.  Kassasiya  şikayətinin  və  ya  kassasiya  protestinin  verilməsi  üçün  müddət 



üzrlü  səbəbdən  buraxıldıqda  bu  Məcəllənin  409-cu  maddəsində  göstərilən  şəxslər 

kassasiya  instansiyası  məhkəməsi  qarşısında  kassasiya  şikayətinin  və  ya  kassasiya 

protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq 

hüququna malikdirlər. 

411.2.  Kassasiya  instansiyası  məhkəməsi  kassasiya  şikayətinin  və  ya  kassasiya 

protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı 

hallarda təmin etmək hüququna malikdir: 

411.2.1.  bu  Məcəllənin  409-cu  maddəsində  göstərilmiş  şəxs  səhhətinin  uzun 

müddətli  fiziki  və  ya  psixi  pozuntularına  səbəb  olan  ağır  xəstəliyə  tutulduqda  və 

bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya 

protesti vermək imkanı olmadıqda; 

411.2.2.  bu  Məcəllənin  409-cu  maddəsində  göstərilən  şəxsi  vaxtında  kassasiya 

şikayəti  və  ya  kassasiya  protesti  vermək  imkanından  məhrum  edən  fövqəladə 

hadisə baş verdikdə. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə