Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə132/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   128   129   130   131   132   133   134   135   ...   190

398.2.2.  cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya 

xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı müvafiq olaraq cinayət təqibi 

orqanları  və  ya  birinci  instansiya  məhkəməsi  tərəfindən  bu  Məcəllənin  tələblərinin 

pozulmasına yol verildikdə.  

M a d d ə   3 9 9 .   B i r i n c i   i n s t a n s i y a   m ə h k ə m ə s i n i n   h ö k m   v ə  

y a   q ə r a r ı n ı n   l ə ğ v   e d i l m ə s i   v ə   y a   d ə y i ş d i r i l m ə s i   ü ç ü n  

ə s a s l a r

 

399.1.  Apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  baxışının  nəticələri 



üzrə  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarının  ləğv  edilməsi  və  ya 

dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 

399.1.1. məhkəmənin  gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən  bütün 

faktiki halların araşdırılmaması; 

399.1.2. məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 

399.1.3.  birinci  instansiya  məhkəməsi  tərəfindən  müəyyən  edilmiş  iş  üçün 

əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 

399.1.4. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi; 

399.1.5. təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə 

uyğun olmaması. 

399.2. 

Apellyasiya 



instansiyası 

məhkəməsi 

bəraət 

hökmünü 


yalnız 

təqsirləndirilən şəxsin  hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına əsaslanaraq 

dəyişdirə bilməz. 

399.3.  İşin  bütün  hallarının  araşdırılması  nəticəsində  çıxarılmış  və  mahiyyətcə 

düzgün  olan  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarı  yalnız  bu 

Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv 

edilə bilməz. 

M a d d ə   4 0 0 .   M ə h k ə m ə n i n   g ə l d i y i   n ə t i c ə l ə r   ü ç ü n   m ü h ü m  

ə h ə m i y y ə t  

k ə s b  

e d ə n  

b ü t ü n  

f a k t i k i  

h a l l a r ı n  

a r a ş d ı r ı l m a m a s ı

 

400.1.  Apellyasiya  instansiyası  məhkəməsində  yeni  sübutların  tədqiqi  zamanı 



məhkəmənin  gəldiyi  nəticələrin  düzgünlüyünə  təsir  göstərən  digər  faktiki  hallar 

müəyyən  edildikdə  məhkəmənin  gəldiyi  nəticələr  üçün  mühüm  əhəmiyyət  kəsb 

edən  bütün  faktiki  halların  araşdırılmaması  birinci  instansiya  məhkəməsinin  hökm 

və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 

400.2.  Məhkəmənin  gəldiyi  nəticələr  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  bütün 

faktiki halların araşdırılmaması aşağıdakılar hesab edilir: 

400.2.1.  işin  düzgün  həll  edilməsi  üçün  mühüm  əhəmiyyətə  malik  olan  halların 

təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya 

digər sübutların tələb edilməməsi; 



400.2.2. bu və ya digər halın tədqiqinin zəruriliyinin apellyasiya şikayətinin və ya 

apellyasiya protestinin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təqdim 

edilmiş yeni materiallardan irəli gəlməsi; 

400.2.3. barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 

məhkumun və ya bəraət almış şəxsin şəxsiyyəti barədə məlumatların kifayət qədər 

tam aydınlaşdırılmaması. 

M a d d ə   4 0 1 .   B i r i n c i   i n s t a n s i y a   m ə h k ə m ə s i n i n   g ə l d i y i  

n ə t i c ə l ə r i n   i ş i n   f a k t i k i   h a l l a r ı n a   u y ğ u n   o l m a m a s ı

 

401.1.  Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticələrin  işin  faktiki  hallarına 



uyğun  gəlməməsi  yalnız  aşağıdakılara  təsir  göstərdiyi  halda  birinci  instansiya 

məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir: 

401.1.1.  məhkumun  təqsirliliyi  və  ya  bəraət  almış  şəxsin  təqsirsizliyi  haqqında 

məsələnin həll edilməsinə; 

401.1.2.  ictimai  təhlükəli  əməlin  tövsifinə  dair  cinayət  qanunvericiliyinin 

tətbiqinin düzgünlüyünə; 

401.1.3. cəza tədbirinin müəyyən edilməsinə; 

401.1.4. tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə. 

401.2.  Aşağıdakı  hallarda  məhkəmənin  gəldiyi  nəticələr  işin  faktiki  hallarına 

uyğun olmayan hesab edilir: 

401.2.1.  məhkəmənin  hökm  və  ya  qərarında  əks  etdirilmiş  birinci  instansiya 

məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq 

edilmədikdə; 

401.2.2. birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq 

edilmiş  və  özünün  gəldiyi  nəticələrin  düzgünlüyünə  əhəmiyyətli  təsir  göstərən 

sübutları nəzərə almadıqda; 

401.2.3. birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul 

edilməsinin  və  digər  sübutun  rədd  edilməsinin  səbəbini  göstərmədikdə  həmin 

məhkəmənin  gəldiyi  nəticələr  üçün  mühüm  əhəmiyyətə  malik  olan  ziddiyyətli 

sübutlar olduqda; 

401.2.4.  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarında  şərh  edilmiş 

hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda. 

M a d d ə   4 0 2 .   B i r i n c i   i n s t a n s i y a   m ə h k ə m ə s i   t ə r ə f i n d ə n  

m ü ə y y ə n   e d i l m i ş   h a l l a r ı n   s ü b u t a   y e t i r i l m ə m ə s i

 

402.0.  Aşağıdakı  hallarda  birinci  instansiya  məhkəməsi  tərəfindən  müəyyən 



edilmiş hallar sübuta yetirilməmiş hesab edilir: 

402.0.1.  irəli  sürülmüş  ittihama  baxılması  üçün  mühüm  əhəmiyyətə  malik  olan 

hallar  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarında  qanunda  göstərilən 

sübutlarla təsdiq edilmədikdə; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə