Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə129/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   125   126   127   128   129   130   131   132   ...   190

391.8-1.  Apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsində 

dövlət  ittihamçısı  tərəfindən  müdafiə  edilmiş  ittihamla  müqayisədə  daha  ağır 

cinayət  üzrə  ittihamın  irəli  sürülməsinə  dair  Azərbaycan  Respublikası  Baş 

prokurorunun,  Naxçıvan  Muxtar  Respublikasının  ərazisində,  həmçinin  Naxçıvan 

Muxtar  Respublikasının  prokurorunun  protesti  ilə  razılaşdıqda  apellyasiya 

şikayətinə  və  apellyasiya  protestinə  baxılmasına  xitam  verilməsi  və  cinayət  işinin, 

məhkəməyədək 

sadələşdirilmiş 

icraat 

materiallarının 



birinci 

instansiya 

məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. 

clvii[157]

 

391.8.2.  birinci  instansiya  məhkəməsi  bu  Məcəllənin  391.6-cı  maddəsində 



göstərilən pozuntulardan hər hansı birini aradan qaldırmadıqda; 

391.8.3. birinci instansiya məhkəməsində məhkəmə baxışı məhkəmə aidiyyətinin 

qaydaları pozulmaqla keçirildikdə; 

391.8.4. birinci instansiya məhkəməsində məhkəmə baxışı özü-özünə etiraz etmiş 

və ya etiraz edilmiş hakimin qanunsuz iştirakı ilə keçirildikdə; 

391.8.5.  birinci  instansiya  məhkəməsində  məhkəmə  baxışı  hakimlərin  tərkibinin 

dəyişilməzliyi barədə tələblər pozulmaqla keçirildikdə; 

391.8.6. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin 

müdafiə hüquqlarının pozulması ilə keçirildikdə; 

391.8.7. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin 

sərbəst  bildikləri  ana  dilindən  və  tərcüməçinin  köməyindən  istifadə  etmək 

hüququnun pozulması ilə keçirildikdə; 

391.8.8.  birinci  instansiya  məhkəməsində  məhkəmə  baxışı  dövlət  ittihamçısının, 

təqsirləndirilən şəxsin və ya onun müdafiəçisinin iştirakına dair tələblərin pozulması 

ilə keçirildikdə; 

391.8.9.  birinci  instansiya  məhkəməsində  məhkəmə  baxışı  təqsirləndirilən  və 

zərər çəkmiş şəxsə, dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, 

həmçinin  son  sözlə  çıxış  etmək  imkanının  yaradılması  barədə  tələblərin  pozulması 

ilə keçirildikdə; 

391.8.10.  birinci  instansiya  məhkəməsində  məhkəmə  baxışının  nəticələrinə  dair 

yekun  məhkəmə  qərarı  hakimlərin  müşavirəsinin  gizliliyi  haqqında  tələbin 

pozulması ilə çıxarıldıqda; 

391.8.11.  birinci  instansiya  məhkəməsində  məhkəmə  baxışı  ittihamın  hüdudları 

barədə  tələblərin  pozulması  ilə  keçirildikdə  (ittihamın  irəli  sürüldüyü  cinayətlə 

müqayisədə  ittiham  hökmü  daha  ağır  cinayət  üzrə  çıxarıldıqda  və  ya  Azərbaycan 

Respublikasının  Baş  Prokuroru  ,  Naxçıvan  Muxtar  Respublikasının  ərazisində 

həmçinin  Naxçıvan  Muxtar  Respublikasının  prokuroru  birinci  instansiya 

məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə 

daha ağır cinayət üzrə ittihamının irəli sürülməsinə tərəfdar çıxdıqda; 

clviii[158]

 

391.8.12. birinci instansiya məhkəməsinin hökm və ya qərarı hakimlər tərəfindən 



bu  Məcəllənin  352.5  və  352.6-cı  maddələrinin  tələblərinə  müvafiq  surətdə 

imzalanmadıqda. 




391.9.  Bu  Məcəllənin  391.8  və  391.8-1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda 

apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 

clix[159]

 

391.9.1.  məhkəmə  baxışının  nəticələri  üzrə  çıxarılmış  birinci  instansiya 



məhkəməsinin hökm və ya qərarını ləğv edir; 

391.9.2.  cinayət  işini,  məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallarını  və  ya 

xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə 

məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına 

göndərir. 

391.10.  Bu  Məcəllənin  391.6  və  ,  391.8  və  391.8-1-ci  maddələrində  nəzərdə 

tutulmuş  hallarda  apellyasiya  instansiyası  məhkəməsi  bu  Məcəllənin  yol  verilmiş 

kobud pozuntularına dair xüsusi qərar çıxara bilər və həmin qərarı müvafiq olaraq 

aşağıdakı şəxslərə göndərməlidir: 

clx[160]


 

391.10.1.  dövlət  orqanlarının  vəzifəli  şəxsləri  barəsində  tabeçilik  qaydasında 

müvafiq yuxarı dövlət orqanının rəhbərinə; 

391.10.2. müstəntiqlər, təhqiqatçılar və təhqiqat orqanın əməkdaşları barəsində—

tabeçilik  qaydasında  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının 

rəhbərinə; 

391.10.3.  prokurorlar  və  prokurorluğun  müstəntiqləri  barəsində—Azərbaycan 

Respublikasının Baş prokuroruna; 

391.10.4.  birinci  instansiya  məhkəməsinin  hakimləri  barəsində—  apellyasiya 

instansiyası məhkəməsi sədrinin vasitəsilə Məhkəmə-Hüquq Şurasına. 

clxi[161]

 

391.11.  Apellyasiya  şikayətini  və  ya  apellyasiya  protestini  vermiş  şəxs  öz 



apellyasiya  tələblərindən  imtina  etdikdə  və  cinayət  prosesinin  digər  iştirakçılarının 

apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya 

şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar 

çıxarır.  Apellyasiya  şikayətinə  və  ya  apellyasiya  protestinə  baxılmasına  xitam 

verildiyi  andan  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  digər  yekun  qərarı 

qanuni qüvvəyə minir. 

391.12.  Apellyasiya  instansiyası  məhkəməsinin  apellyasiya  şikayətinə  və  ya 

apellyasiya  protestinə  ilkin  baxılması  nəticələrinə  dair  çıxarılmış  qərarlarından 

kassasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər.  

M a d d ə   3 9 2 .   A p e l l y a s i y a   i n s t a n s i y a s ı   m ə h k ə m ə s i n d ə  

b a x ı ş ı n   t ə y i n   e d i l m ə s i

 

392.1.  Apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  baxışını  təyin 



edərkən apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri həll edir: 

392.1.1. məhkəmə istintaqının aparılması zərurəti və onun həcmi haqqında; 

392.1.2. əlavə sübutların tələb edilməsinin zəruriliyi haqqında; 

392.1.3. məhkəmə iclasına çağırılmalı olan şəxslər haqqında; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə