Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə125/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   121   122   123   124   125   126   127   128   ...   190

M a d d ə   3 8 2 .   A p e l l y a s i y a   ş i k a y ə t i   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i   ü z r ə   i c r a a t ı n   x ü s u s i y y ə t l ə r i

 

382.1.  Cinayət  işinə,  məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallarına  və  ya 



xüsusi  ittiham  qaydasında  şikayətə  baxılması  zamanı  birinci  instansiya  məhkəməsi 

tərəfindən çıxarılmış hökm və ya qərarlardan apellyasiya şikayəti və ya apellyasiya 

protesti üzrə icraat bu Məcəllənin 381—407-ci maddələrinin müddəalarına müvafiq 

olaraq aparılır. 

382.2.  Məhkəmə  nəzarəti  qaydasında  birinci  instansiya  məhkəməsi  tərəfindən 

çıxarılmış  qərarlardan  apellyasiya  şikayəti  və  ya  apellyasiya  protesti  üzrə  icraat  bu 

Məcəllənin  452—454-cü  maddələrinin  müddəalarına  müvafiq  olaraq  apellyasiya 

instansiyası məhkəməsi tərəfindən aparılır. 

M a d d ə   3 8 3 .   A p e l l y a s i y a   ş i k a y ə t i   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i   v e r m ə k   h ü q u q u n a   m a l i k   o l a n   ş ə x s l ə r

 

383.1. Apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir: 



383.1.1. məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə—məhkum edilmiş şəxs, 

onun qanuni nümayəndəsi və ya müdafiəçisi; 

383.1.2. bəraətin dəlil və əsaslarına aid hissədə—bəraət almış şəxs, onun qanuni 

nümayəndəsi və ya müdafiəçisi; 

383.1.3. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinəvə ya qapalı tipli 

xüsusi  təlim-tərbiyə  müəssisəsinə  göndərilməsinə  dair—yetkinlik  yaşına  çatmamış 

şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;

cxlviii[148]

 

383.1.4.  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsinə  dair—barəsində 



tibbi  xarakterli  məcburi  tədbir  tətbiq  edilmiş  şəxsin  qanuni  nümayəndəsi  və 

müdafiəçisi,  xəstəliyin  xüsusiyyəti  ona  öz  hüquqlarından  istifadə  etməyə  mane 

olmadıqda isə həmin şəxsin özü; 

383.1.5.  tərəfindən  birinci  instansiya  məhkəməsində  irəli  sürülmüş  tələblər 

daxilində  zərər  çəkmiş  şəxsin  mənafelərinə  aid  hissədə—zərər  çəkmiş  şəxs  (xüsusi 

ittihamçı) və onun nümayəndəsi;  

KM2

 

383.1.6.  mülki  iddiaya  dair  hissədə—mülki  iddiaçı,  mülki  cavabdeh,  onların 



qanuni nümayəndələri və ya nümayəndələri. 

383.2.  Apellyasiya  protesti  vermək  hüququna  onun  gəldiyi  nəticələrin  və 

təkliflərin  nəzərə  alınmadığı  hissədə  birinci  instansiya  məhkəməsində  işə 

baxılmasında  iştirak  etmiş  dövlət  ittihamçısı  malikdir.  Göstərilən  dövlət  ittihamçısı 

vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzunsürən ağır xəstəliyə tutulduqda, protest 

verməkdən  yayındıqda  və  ya  imtina  etdikdə,  habelə  onun  mövqeyi  ilə 

razılaşmadıqda  Azərbaycan  Respublikasının  Baş  prokuroru  və  ya  onun  müavini, 

habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən 

çıxarılmış  hökm  və  ya  qərarlardan  həmçinin  Naxçıvan  Muxtar  Respublikasının 

prokuroru  birinci  instansiya  məhkəməsində  iştirak  etmiş  dövlət  ittihamçısının 

əvəzinə  apellyasiya  protesti  vermək  hüququna  malikdir.  Birinci  instansiya 



məhkəməsində  cinayət  işi  və  ya  məhkəməyədək  sadələşdirilmiş  icraatın 

materiallarına  bu  Məcəllənin  314.1,  314.3  və  314.4-cü  maddələrinin  tələblərinin 

ziddinə  baxıldığı  halda  apellyasiya  protesti  vermək  hüququna  Azərbaycan 

Respublikasının  Baş  prokuroru  və  ya  onun  müavini,  habelə  Naxçıvan  Muxtar 

Respublikasının  birinci  instansiya  məhkəmələri  tərəfindən  çıxarılmış  hökm  və  ya 

qərarlardan həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru malikdir. 

cxlix[149]

 

383.3.  Məhkumun  və  ya  zərər  çəkmiş  şəxsin  yaxın  qohumlarının  şikayətləri 



yalnız  o  halda  apellyasiya  icraatına  səbəb  olur  ki,  həmin  şəxslər  bu  Məcəllənin 

qaydalarına uyğun olaraq müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən 

təqsirləndirilən  və  ya  zərər  çəkmiş  şəxsin  qanuni  nümayəndəsi  qismində  işə 

buraxılır.  

M a d d ə   3 8 4 .   A p e l l y a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n i n   v e r i l m ə   m ü d d ə t l ə r i   v ə   h a l l a r ı

 

384.1.  Apellyasiya  şikayəti  və  ya  apellyasiya  protesti  apellyasiya  şikayəti  və  ya 



apellyasiya  protesti  vermək  hüququna  malik  olan  şəxslər  tərəfindən  hökm  və  ya 

məhkəmənin  digər  qərarının  elan  olduğu  andan  20  (iyirmi)  gün  müddətində 

aşağıdakı hallarda verilir: 

384.1.1. ittiham və ya bəraət hökmü çıxarıldıqda; 

384.1.2.  cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya 

xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraatın  dayandırılması  haqqında  qərar 

çıxarıldıqda; 

384.1.3.  cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya 

xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraata  xitam  verilməsi  haqqında  qərar 

çıxarıldıqda; 

384.1.4. hakimə (hakimlərə) etirazın təmin edilməsi haqqında qərar çıxarıldıqda; 

384.1.5. (çıxarılıb) 

cl[150]

 

384.1.6. (çıxarılıb) 



cli[151]

 

384.1.7.  xüsusi  ittiham  qaydasında  şikayətin  öz  icraatına  qəbul  edilməsindən 



imtina olunması barədə qərar çıxarıldıqda; 

384.1.8.  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiq  edilməsi  haqqında  qərar 

çıxarıldıqda; 

384.1.9. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya qapalı tipli 

xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında qərar çıxarıldıqda;

clii[152]

 

384.1.10.  hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərarının  icrası  qaydasında 



qərar çıxarıldıqda. 

cliii[153]

 

384.2.  Həbsdə  saxlanılan  məhkum  tərəfindən  ittiham  hökmündən  apellyasiya 



şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün 

müddətində verilir. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə