Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə133/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   129   130   131   132   133   134   135   136   ...   190

402.0.2.  irəli  sürülmüş  ittihama  baxılması  üçün  mühüm  əhəmiyyətə  malik  olan 

hallar  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarında  mötəbər  olmayan, 

ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə. 

M a d d ə   4 0 3 .   C i n a y ə t   q a n u n u   n o r m a s ı n ı n   d ü z g ü n   t ə t b i q  

e d i l m ə m ə s i

 

403.0.  Birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarının  ləğv  edilməsinə, 



yaxud  dəyişdirilməsinə  səbəb  olan  cinayət  qanunu  normasının  düzgün  tətbiq 

edilməməsi aşağıdakılar hesab edilir: 

403.0.1.  tətbiq  edilməli  olan  cinayət  qanunu  normasının  məhkəmə  tərəfindən 

tətbiq edilməməsi; 

403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 

403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. 

M a d d ə  

4 0 4 .  

M ə h k ə m ə n i n  

t ə y i n  

e t d i y i  

c ə z a n ı n  

c i n a y ə t i n   a ğ ı r l ı ğ ı n a   v ə   m ə h k u m u n   ş ə x s i y y ə t i n ə   u y ğ u n  

o l m a m a s ı

 

Cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara 



çıxmasa  da,  həm  sərtliyinə,  həm  də  yüngüllüyünə  görə  açıq-aydın  ədalətsiz  olan 

cəza  cinayətin  ağırlığına  və  məhkumun  şəxsiyyətinə  uyğun  olmayan  cəza  hesab 

edilir. 

M a d d ə   4 0 5 .   B i r i n c i   i n s t a n s i y a   m ə h k ə m ə s i n i n   h ö k m   v ə  

y a   q ə r a r ı n ı n   d ə y i ş d i r i l m ə s i

 

405.1.  Apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsinin 



hökmünü aşağıdakı hallarda dəyişdirir: 

405.1.1. cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə 

uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə; 

405.1.2.  cinayətin  tövsifini  dəyişdirdiyi  və  az  ağır  cinayət  haqqında  cinayət 

qanunvericiliyini tətbiq etdiyi halda; 

405.1.3. tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin məbləğləri artırdıqda, 

belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda; 

405.1.4.  hökmün  dəyişdirilməsi  ittihamın  həcmini  və  məhkumun  əməllərinin 

hüquqi  tövsifini  dəyişdirmədiyi,  lakin  birinci  instansiya  məhkəməsi  tərəfindən  ona 

təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda. 

405.2.  Apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsinin 

qərarını aşağıdakı hallarda dəyişdirir: 

405.2.1. ictimai təhlükəli əməlin tövsifinin dəyişdirilməsi və daha yüngül cinayət 

haqqında cinayət qanununun normasının tətbiq edilməsi; 




405.2.2. tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlərin yüngülləşdirilməsi və 

ya ağırlaşdırılması. 

M a d d ə   4 0 6 .   A p e l l y a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n i n   b a x ı ş ı n ı n   n ə t i c ə l ə r i n ə   d a i r   x ü s u s i   q ə r a r

 

406.1.  Apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  baxışı  nəticəsində 



apellyasiya  instansiyası  məhkəməsi  işin  ibtidai  araşdırması  və  ya  birinci  instansiya 

məhkəməsində  baxış  zamanı  cinayət  prosesi  iştirakçılarının  hüquqlarının 

əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə xüsusi 

qərar çıxara bilər. 

406.2.  Apellyasiya  instansiyası  məhkəməsinin  xüsusi  qərarında  onun  hansı 

cinayət  işinə,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarına  və  ya  xüsusi 

ittiham  qaydasında  şikayət  üzrə  materiala  dair  və  kim  tərəfindən  çıxarıldığı 

göstərilməli,  ittihamın  mahiyyəti,  xüsusi  qərarın  çıxarılmasının  əsasları,  kimin  və 

dəqiq  hansı  pozuntuya  yol  verdiyi,  habelə  bu  pozuntunun  hansı  hüquqi  nəticələrə 

səbəb olduğu ətraflı şərh edilməlidir. 

406.3.  Apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  çıxarılmış  xüsusi  qərar 

müvafiq təsir tədbirlərinin görülməsi üçün aşağıdakı şəxslərə göndərilməlidir: 

406.3.1.  dövlət  orqanının  vəzifəli  şəxsləri  barəsində  tabeçiliyindən  asılı  olaraq 

yuxarı dövlət orqanının rəhbərinə; 

406.3.2.  müstəntiqlər,  təhqiqatçılar  və  təhqiqat  orqanının  əməkdaşları 

barəsində—tabeçiliyindən  asılı  olaraq  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanının rəhbərinə; 

406.3.3.  prokurorlar  və  ya  prokurorluğun  müstəntiqləri  barəsində—Azərbaycan 

Respublikasının Baş prokuroruna; 

406.3.4.  birinci  instansiya  məhkəməsinin  hakimləri  barəsində—  apellyasiya 

instansiyası məhkəməsi sədrinin vasitəsilə Məhkəmə-Hüquq Şurasına. 

clxx[170]

 

406.4.  Apellyasiya  instansiyası  məhkəməsinin  xüsusi  qərarının  ünvanlandığı 



vəzifəli  şəxslər  həmin  qərar  onlara  daxil  olduğu  vaxtdan  30  (otuz)  gündən  gec 

olmayaraq aşağıdakı tədbirləri görməlidirlər: 

406.4.1.  cinayət  prosesi  iştirakçılarının  hüquqlarının  pozulmasına  yol  vermiş 

şəxslərin məsuliyyəti haqqında məsələni həll etmək; 

406.4.2. görülmüş tədbirlər haqqında məhkəməyə məlumat vermək. 

M a d d ə   4 0 7 .   A p e l l y a s i y a   i n s t a n s i y a s ı   m ə h k ə m ə s i n i n  

y e k u n   q ə r a r ı n ı n   s u r ə t i n i n   v e r i l m ə s i   v ə   o n u n   q a n u n i  

q ü v v ə y ə   m i n m ə s i

 

407.1.  Apellyasiya  instansiyası  məhkəməsində  məhkəmə  baxışının  nəticələrinə 



dair  yekun  məhkəmə  qərarı  elan  olunduğu  vaxtdan  3  (üç)  gündən  gec  olmayaraq 

aşağıdakı tədbirlər görülməlidir: 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə