Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə134/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   130   131   132   133   134   135   136   137   ...   190

407.1.1. hökmün surəti məhkuma və ya  bəraət almış şəxsə, onun müdafiəçisinə, 

qanuni  nümayəndəsinə,  dövlət  ittihamçısına,  zərər  çəkmiş  şəxsə  (xüsusi 

ittihamçıya), onun nümayəndəsinə verilməlidir; 

clxxi[171]

 

407.1.2.  məhkəmənin  digər  yekun  qərarının  surəti,  həmçinin  cinayət  prosesi 



iştirakçılarının vəsatətlərinə əsasən onlara verilməlidir. 

407.2. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan 

dərhal sonra qanuni qüvvəyə minir. 

X L V I I I   f ə s i l    

MƏHKƏMƏLƏRİN HÖKM VƏ YA QƏRARLARINA KASSASİYA 

QAYDASINDA YENİDƏN BAXILMASI 

M a d d ə   4 0 8 .   K a s s a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   k a s s a s i y a  

p r o t e s t i n i n   v e r i l m ə s i

 

408.1. Kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş 



qaydada və hallarda məhkəmənin aşağıdakı hökm və qərarlarından verilə bilər: 

408.1.1.  apellyasiya  instansiyası  məhkəmələri  tərəfindən  çıxarılmış  hökm  və 

qərarlardan; 

408.1.2.  andlı  iclasçıların  iştirakı  ilə  birinci  instansiya  məhkəməsi  tərəfindən 

çıxarılmış hökmlərdən. 

408.2. Kassasiya şikayəti və ya kassasiya protesti aşağıdakı qaydada verilir: 

408.2.1.  andlı  iclasçıların  iştirakı  ilə  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Naxçıvan  Muxtar 

Respublikasının  məhkəməsi  tərəfindən  çıxarılmış  hökmlərdən  -  Azərbaycan  Respublikası 

Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasına; 

408.2.2.  andlı  iclasçıların  iştirakı  ilə  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan 

Respublikasının  məhkəməsi  tərəfindən  çıxarılmış  hökmlərdən  -  Azərbaycan  Respublikası 

Ali Məhkəməsinin cinayət işləri üzrə kollegiyasına; 

408.2.3. andlı iclasçıların iştirakı ilə Ağır cinayətlərə dair Azərbaycan Respublikasının 

hərbi  məhkəməsi  və  ya Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  Ağır  cinayətlərə  dair 

işlər  üzrə  hərbi  məhkəmənin  yurisdiksiyasını  həyata  keçirən  hərbi  məhkəmə  tərəfindən 

çıxarılmış  hökmlərdən  -  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  hərbi  məhkəmələrin 

işləri üzrə məhkəmə kollegiyasına; 

408.2.4.  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  cinayət  işləri  və  inzibati 

xətalara dair işlər üzrə kollegiyası tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan 

Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasına; 

408.2.5.  apellyasiya  məhkəmələrinin  cinayət  və  inzibati  xətalara  dair  işlər  üzrə 

kollegiyaları  tərəfindən  çıxarılmış  hökm  və  qərarlardan  -  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasına; 

408.2.6.  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  hərbi  məhkəmələrin  işləri 

üzrə  kollegiyası  tərəfindən  çıxarılmış  hökm  və  qərarlardan  -  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasına; 




408.2.7. apellyasiya məhkəmələrinin hərbi məhkəmələrin işləri üzrə kollegiyaları 

tərəfindən  çıxarılmış  hökm  və  qərarlardan  -  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasına.

clxxii[172]

 

408.3  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  sədri  cinayət  işində  iştirak 



etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına 

toxunan  şəxslərin  müraciətinə  əsasən  apellyasiya  instansiyası  məhkəməsinin  hökm 

və  ya  digər  yekun  qərarından  bu  Məcəllənin  408.2.4  -  408.2.7,  410,  413-cü 

maddələrində  nəzərdə  tutulmuş  tələblərə  uyğun  olaraq  təqdimat  verir.  Təqdimata 

baxılması  bu  Məcəllənin  414,  416—420-ci  maddələrində  nəzərdə  tutulmuş 

müddəalara  uyğun  olaraq  həyata  keçirilir.  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin  sədri  bu  səlahiyyətləri  apellyasiya  məhkəmələrinin  sədrləri  və  ya 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsi  sədrinin  təqdimatı  əsasında  da 

(yuxarıda göstərilmiş şəxslərin müraciətləri olduqda) həyata keçirir.

clxxiii[173]

 

M a d d ə  



4 0 9 .  

K a s s a s i y a  

ş i k a y ə t i  

v ə  


y a  

k a s s a s i y a  

p r o t e s t i   v e r m ə k   h ü q u q u   o l a n   ş ə x s l ə r

K M 3


 

409.1. Kassasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdirlər:  

409.1.1. məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və 

ya qanuni nümayəndəsi; 

409.1.2.  zərər  çəkmiş  şəxs  (xüsusi  ittihamçı),  onun  qanuni  nümayəndəsi  və  ya 

nümayəndəsi; 

409.1.3.  mülki  iddiaçı,  mülki  cavabdeh,  onların  qanuni  nümayəndələri  və  ya 

nümayəndələri. 

409.1.4.  Barəsində  tibbi  xarakterli  məcburi  tədbirlər  tətbiq  edilmiş  şəxsin 

müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından 

istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü.  

409.1.5.  barəsində  tərbiyəvi  xarakterli  məcburi  tədbirlər  tətbiq  edilmiş  və  ya 

qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan 

şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi.

 clxxiv[174]

 

409.2.  Məhkum  edilmiş  təqsirləndirilən  şəxs,  onun  müdafiəçisi  və  ya  qanuni 



nümayəndəsi  yalnız  məhkumun  mənafelərinə  aid  hissədən  kassasiya  şikayəti 

vermək  hüququna  malikdirlər.  Məhkumun  müdafiəsi  naminə  verilmiş  kassasiya 

şikayəti  digər  məhkumun  və  ya  bəraət  almış  şəxsin  vəziyyətinin  pisləşdirilməsi 

üçün əsas ola bilməz. 

409.3. Bəraət almış şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi hökmdən 

yalnız  bəraətin  dəlil  və  əsaslarına  aid  hissəsindən  şikayət  vermək  hüququna 

malikdirlər. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya 

xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraat  materiallarının  yeni  məhkəmə  baxışı 

zamanı  belə  kassasiya  şikayəti  bəraət  hökmünün  ləğv  edilməsi  və  ittiham 

hökmünün çıxarılması üçün əsas ola bilməz. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə