Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə136/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   132   133   134   135   136   137   138   139   ...   190

411.3.  Kassasiya  şikayəti  və  ya  kassasiya  protestinin  verilməsi  üçün  buraxılmış 

müddətin  bərpasının  rədd  edilməsi  haqqında  kassasiya  instansiyası  məhkəməsinin 

qərarı qətidir və ondan şikayət verilə bilməz. 

411.4.  Kassasiya  şikayəti  və  ya  kassasiya  protestinin  verilməsi  üçün  müddətin 

bərpa edilməsi, yaxud kassasiya şikayəti və ya kassasiya protestinin verilməsi üçün 

müddətin  bərpasının  rədd  edilməsi  haqqında  kassasiya  instansiyası  məhkəməsinin 

qərarı  haqqında  bu  Məcəllənin  409-cu  maddəsində  göstərilən  şəxslərə  məlumat 

verilir. 

clxxix[179]

 

M a d d ə   4 1 2 .   K a s s a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   k a s s a s i y a  



p r o t e s t i n i n   v e r i l m ə   q a y d a s ı

 

412.1. Kassasiya şikayəti və ya kassasiya protesti bilavasitə kassasiya instansiyası 



məhkəməsinə  verilir.  Kassasiya  şikayəti  və  ya  kassasiya  protesti  birinci  və  ya 

apellyasiya  instansiyası  məhkəməsinə  verildikdə,  o,  həmin  şikayəti  və  ya  protesti 

kassasiya instansiyası məhkəməsinə göndərir. 

412.2. Kassasiya şikayəti və ya kassasiya protesti yazılı şəkildə verilməlidir. 

412.3.  Kassasiya  şikayəti  və  ya  kassasiya  protestinə  məhkəmənin  mübahisə 

edilən hökmünün və ya qərarının surəti əlavə edilməlidir. Kassasiya şikayəti və ya 

kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər 

əlavə edilə bilər. 

412.4.  Kassasiya  şikayəti  və  ya  kassasiya  protestinə  onların  surətləri  həmin 

kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan cinayət prosesinin 

bütün  iştirakçılarına  çatacaq  sayda  əlavə  edilməlidir.  Bu  vəzifə  həbsdə  olan 

məhkuma,  yetkinlik  yaşına  çatmamış  şəxsə  və  barəsində  tibbi  xarakterli  məcburi 

tədbir tətbiq edilməyən şəxsə şamil olunmur. 

412.5.  Hüququ  olmayan  şəxslər  tərəfindən  və  ya  şifahi  şəkildə  ifadə  edilmiş 

kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz. 

412.6.  Kassasiya  şikayətindən  və  ya  kassasiya  protestindən  imtina  haqqında 

apellyasiya instansiyası məhkəməsinə verilmiş ərizə bu Məcəllənin 410.1-ci maddəsi 

ilə kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş 

müddət  ərzində  təkrar  kassasiya  şikayətinin  və  ya  kassasiya  protestinin  verilməsi 

hüququnun həyata keçirilməsinə mane olmur. 

412.7.  Məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökm  və  ya  qərarından  kassasiya 

şikayəti, yaxud kassasiya protestinin verilməsi onların icrasını dayandırmır. 

M a d d ə  

4 1 3 .  

K a s s a s i y a  

ş i k a y ə t i  

v ə  

y a  


k a s s a s i y a  

p r o t e s t i n i n   m ə z m u n u

 

413.1.  Kassasiya  şikayəti  və  ya  kassasiya  protestində  aşağıdakılar  öz  əksini 



tapmalıdır: 

413.1.1.  kassasiya  şikayəti  və  ya  kassasiya  protestinin  ünvanlandığı  kassasiya 

instansiyası məhkəməsinin adı; 



413.1.2.  kassasiya  şikayətini  və  ya  kassasiya  protestini  verən  şəxsin  adı  və 

statusu; 

413.1.3. hökm və ya qərarı çıxarmış məhkəmənin adı; 

413.1.4.  hökmün  və  ya  qərarın  qısa  məzmunu  və  kassasiya  şikayətini  və  ya 

kassasiya  protestini  verən  şəxsin  mülahizəsinə  görə,  onun  qanunsuzluğunun, 

əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması; 

413.1.5. kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin xahişi; 

413.1.6.  kassasiya  şikayətinə  və  ya  kassasiya  protestinə  əlavə  edilən  sənədlərin 

siyahısı. 

413.2.  Hökmün  dəyişdirilməsinin  və  ya  ləğv  edilməsinin  zəruriliyi 

əsaslandırıldıqda  kassasiya  şikayəti  və  ya  kassasiya  protestində  işin  müvafiq 

vərəqlərinə  istinad  edilməlidir.  Bu  tələb  həbsdə  saxlanılan  məhkuma  və  yetkinlik 

yaşına çatmamış şəxsə şamil edilmir. 

M a d d ə   4 1 4 .   K a s s a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   k a s s a s i y a  

p r o t e s t i n i n   g e r i   g ö t ü r ü l m ə s i ,   d ə y i ş d i r i l m ə s i   v ə   o n l a r a  

ə l a v ə l ə r   e d i l m ə s i

 

414.1.  Kassasiya  şikayəti  və  ya  kassasiya  protesti  kassasiya  instansiyası 



məhkəməsində  baxılanadək  kassasiya  şikayətini  və  ya  kassasiya  protestini  vermiş 

şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin 

digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını 

bildirmək hüququna malikdir. 

414.2.  Kassasiya  instansiyası  məhkəməsində  cinayət  işi,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 

icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci və ya apellyasiya 

instansiyası  məhkəməsində  həmin  icraatda  iştirak  etmiş  dövlət  ittihamçısının 

verdiyi  kassasiya  protestinə  əlavə  etmək,  onu  dəyişmək  və  ya  geri  götürmək 

hüququna malikdir. 

414.3.  Barəsində  tərbiyəvi  və  ya tibbi  xarakterli  məcburi  tədbirlər  tətbiq  edilmiş 

şəxsin, habelə məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb 

olan  dəyişikliklər  yalnız  kassasiya  şikayəti  və  ya  kassasiya  protestinin  verilməsi 

üçün  müəyyən  edilmiş  müddət  ərzində  kassasiya  şikayətinə  və  ya  kassasiya 

protestinə daxil edilə bilər. 

414.4. Müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun 

qanuni  nümayəndəsinin  razılığı  ilə  geri  götürə  bilər.  Kassasiya  icraatında  cəlb 

edilmiş  müdafiəçi  cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraat  materialları  və 

ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  birinci,  yaxud  apellyasiya  instansiyası 

məhkəməsində  icraatda  iştirak  etmiş  müdafiəçinin  kassasiya  şikayətinə  yalnız 

məhkumun  və  ya  bəraət  almış  şəxsin  və  onun  qanuni  nümayəndəsinin  razılığı  ilə 

əlavələr və dəyişikliklər etmək hüququna malikdir. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə