Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə137/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   133   134   135   136   137   138   139   140   ...   190

414.5.  Məhkum  və  ya  bəraət  almış  şəxs  öz  müdafiəçisinin  kassasiya  şikayətini 

geri götürmək hüququna malikdir. 

414.6.  Məhkumun  bəraət  almış  və  ya  barəsində  tərbiyəvi  və  ya  tibbi  xarakterli 

məcburi  tədbirlər  tətbiq  edilmiş  şəxsin  xeyrinə  dövlət  ittihamçısının  verdiyi 

kassasiya  protesti  məhkumun,  bəraət  almış  və  ya  yuxarıda  göstərilən  şəxsin  və 

onların qanuni nümayəndələrinin razılığı olmadan dövlət ittihamçısı tərəfindən geri 

götürülə bilməz. 

414.7.  Kassasiya  instansiyası  məhkəməsində  zərər  çəkmiş  şəxsin  (xüsusi 

ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun 

qanuni  nümayəndəsinin  razılığı  ilə  öz  kassasiya  şikayətini,  habelə  cinayət  işi, 

məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında 

şikayət  üzrə  icraatda  müvafiq  olaraq  birinci  və  ya  apellyasiya  instansiyası 

məhkəməsində  iştirak  etmiş  zərər  çəkmiş  şəxsin  (xüsusi  ittihamçının) 

nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. 

414.8.  Kassasiya  şikayətini  və  ya  kassasiya  protestini  vermiş  şəxs  öz  kassasiya 

tələblərindən  imtina  etdikdə  və  cinayət  prosesinin  digər  iştirakçılarının  kassasiya 

şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya 

kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. 

clxxx[180]

 

M a d d ə   4 1 5 .   K a s s a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   k a s s a s i y a  



p r o t e s t i n i n   b a x ı l m a m ı ş   s a x l a n ı l m a s ı   ü ç ü n   ə s a s l a r

 

415.0.  Kassasiya  instansiyası  məhkəməsi  məhkəmənin  qanuni  qüvvəyə  minmiş 



hökm  və  ya  qərarından  kassasiya  şikayəti  və  ya  kassasiya  protesti  vermiş  şəxsin 

kassasiya  şikayətini  və  ya  kassasiya  protestini  aşağıdakı  hallarda  baxılmamış 

saxlamaq hüququna malikdir: 

415.0.1. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna 

malik olmadıqda; 

415.0.2. həmin şəxs müvafiq olaraq kassasiya şikayətini və ya kassasiya protestini 

yazılı şəkildə təqdim etmədikdə; 

415.0.3. həmin şəxs kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmənin 

mübahisə edilən hökm və ya qərarının surətlərini əlavə etmədikdə; 

415.0.4.  həmin  şəxs  kassasiya  şikayəti  və  ya  kassasiya  protestinə  onların 

surətlərini  həmin  kassasiya  şikayəti  və  ya  kassasiya  protesti  mənafelərinə  toxunan, 

cinayət prosesinin bütün iştirakçılarına çatacaq sayda əlavə etmədikdə. 

M a d d ə  

4 1 6 .  

M ə h k ə m ə n i n  

h ö k m  

v ə  

y a  


q ə r a r ı n ı n  

k a s s a s i y a   q a y d a s ı n d a   l ə ğ v   e d i l m ə s i   v ə   y a   d ə y i ş d i r i l m ə s i  

ü ç ü n   ə s a s l a r

 

416.0.  Kassasiya  instansiyası  məhkəməsi  aşağıdakı  hallarda  birinci  və  ya 



apellyasiya  instansiyası  məhkəməsinin  hökm  və  ya  qərarını  kassasiya  qaydasında 

ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 




416.0.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın 

hərtərəfli,  tam  və  obyektiv  baxılması  üçün  mühüm  əhəmiyyət  kəsb  edə  biləcək 

sübutların tədqiqindən əsassız imtina etdikdə; 

416.0.2.  məhkəmə  bu  Məcəllənin  143—146-cı  maddələrinin  tələblərinə  müvafiq 

olaraq sübutları tədqiq etmədikdə; 

416.0.3.  məhkumun  təqsirliliyi  və  ya  bəraət  almış  şəxsin  təqsirsizliyi  barədə 

məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 

416.0.4.  məhkəmə  bu  Məcəllənin  391.6-cı  maddəsinin  müddəalarını  yerinə 

yetirmədikdə; 

416.0.5.  məhkəmə  təqsirləndirilən  şəxsə  istinad  edilən  əməllərdən  hər  hansı 

birinə öz fikrini bildirmədikdə; 

416.0.6.  məhkəmə  cinayət  tərkibinin  əlamətləri  olmadan  ittiham  hökmü 

çıxardıqda; 

416.0.7.  məhkəmə  təqsirləndirilən  şəxsin  əməllərinin  qanunun  daha  yüngül 

maddəsi  ilə  yenidən  tövsif  edilməsi  halları  istisna  olmaqla,  məhkuma  ittiham  elan 

edilməmiş əməlin törədilməsinə görə səhvən ittiham hökmü çıxardıqda; 

416.0.8.  məhkəmə  cinayət  qanunu  ilə  nəzərdə  tutulmayan  əməlin  törədilməsinə 

görə səhvən ittiham hökmü çıxardıqda; 

416.0.9. məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmayan və ya andlı iclasçıların 

verdiktinə  uyğun  olaraq  güzəşt  edib  yolverilməz  hədlərdə  cəza  tətbiq  etməklə 

ittiham hökmü çıxardıqda; 

416.0.10.  məhkəmə  qanuni  qüvvəyə  minmiş  hökmlə  şəxsin  barəsində  əvvəllər 

məhkum edildiyi əməlin törədilməsinə görə ittiham hökmü çıxardıqda; 

416.0.11.  məhkəmə  cinayət  təqibini  istisna  edən  halların  mövcudluğuna 

baxmayaraq ittiham hökmü çıxardıqda; 

416.0.12.  məhkəmə  yeni  cinayət  qanunu  ilə  ləğv  edilmiş  cəzanı  tətbiq  etməklə, 

yaxud amnistiya aktını tətbiq etməməklə ittiham hökmü çıxardıqda; 

416.0.13.  məhkəmə  təqsirləndirilən  şəxs  tərəfindən  törədilən  əməlin  cinayət 

qanunu ilə nəzərdə tutulmadığına əsasən səhvən bəraət hökmü çıxardıqda; 

416.0.14.  məhkəmə  cinayət  işi  üzrə  icraata,  məhkəməyədək  sadələşdirilmiş 

icraatın  materiallarına  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraata  bu  iş 

üzrə  məhkəmənin  qüvvəyə  minmiş  yekun  qərarı,  cinayət  təqibini  istisna  edən 

halların  və  ya  cəzanın  tətbiqinın  yeni  cinayət  qanunu,  habelə  amnistiya  aktı  ilə 

aradan qaldırması üçün əsaslar olmasına baxmayaraq səhvən xitam verdikdə; 

416.0.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 

416.0.16.  məhkəmə  digər  hakimiyyət  orqanının  səlahiyyətlərini  həyata 

keçirməklə, öz səlahiyyətlərini aşmaqla iş üzrə hökm və ya qərar çıxardıqda; 

416.0.17. məhkəmə etirazlar və məhkəmə tərkibi  barəsində  bu Məcəllənin 107—

118, 308 və 309-cu maddələrinin tələblərini kobud surətdə pozduqda; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə