Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə131/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   127   128   129   130   131   132   133   134   ...   190

394.4.1.  məhkəmə  istintaqı  və  məhkəmə  çıxışları  bu  Məcəllənin  324—341-ci 

maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq aparılır; 

clxvi[166]

 

394.4.2. apellyasiyanın daxil olduğu vaxt nəzərə alınmaqla məhkəmə çıxışlarında 



apellyasiya şikayəti və ya apellyasiya protesti ilə müraciət etmiş şəxslər birinci çıxış 

edirlər. 

394.5.  Apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  baxışı  zamanı 

apellyasiya  instansiyası  məhkəməsi  cinayət  prosesi  tərəflərinin  verdikləri, 

vəsatətlərə və məhkəmə baxışının aparılması məsələlərinə dair qərarlar qəbul etmək 

hüququna malikdir. 

394.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya 

protestinin  baxışını  məhkəmə  istintaqını  aparmaqla  keçirdikdə  yekun  məhkəmə 

qərarını  qəbul  etmək  üçün  müşavirə  otağına  getməmişdən  əvvəl məhkuma  (bəraət 

almış şəxsə) son söz verir. 

clxvii[167]

 

M a d d ə   3 9 5 .   M ə h k ə m ə   i s t i n t a q ı n ı n   t ə z ə l ə n m ə s i



 

Məhkəmə çıxışları, məhkumun (bəraət almış şəxsin) son sözünün səslənməsi və 

ya  yekun  məhkəmə  qərarının  çıxarılması  zamanı  yeni  halların,  yaxud  sübutların 

tədqiq  edilməsinə  zərurət  yarandıqda  apellyasiya  instansiyası  məhkəməsi  bu 

Məcəllənin  324—343-cü  maddələrində  nəzərdə  tutulmuş  tələblərə  riayət  etməklə 

məhkəmə istintaqını təzələyir. 

M a d d ə   3 9 6 .   A p e l l y a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n i n   b a x ı l m a s ı n a   x i t a m   v e r i l m ə s i

 

Apellyasiya  şikayətini  və  ya  apellyasiya  protestini  vermiş  şəxslər  öz 



tələblərindən  imtina  etdiyi  və  cinayət  prosesinin  digər  iştirakçılarının  apellyasiya 

şikayətləri  olmadığı  halda  apellyasiya  instansiyası  məhkəməsi  apellyasiya 

şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar 

çıxarmalıdır. 

M a d d ə   3 9 7 .   A p e l l y a s i y a   ş i k a y ə t i n ə   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n ə   b a x ı l m a s ı   h ü d u d l a r ı

 

397.1.  Apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsi 



tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və 

bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 

KM6

 

397.2.  Birinci  instansiya  məhkəməsi  tərəfindən  müəyyən  edilmiş  faktiki  hallar 



apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  yalnız  apellyasiya  şikayətinin  və  ya 

apellyasiya  protestinin  hüdudlarında  yoxlanılır.  Birinci  instansiya  məhkəməsi 

tərəfindən  cinayət  qanununa  və  bu  Məcəllənin  normalarına  riayət  edilməsi 

apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  apellyasiya  şikayətinin  və  ya 

apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. 



397.3.  Apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  baxışı  zamanı 

aşağıdakı hallardan ən azı biri mövcud olduqda apellyasiya instansiyası məhkəməsi 

tərəfindən yeni sübutlar tədqiq edilir: 

397.3.1.  cinayət  prosesinin  iştirakçıları  yeni  sübutların  birinci  instansiya 

məhkəməsinə 

təqdim 


edilməməsini 

onlardan 

asılı 

olmayan 


səbəblərlə 

əsaslandırdıqda; 

clxviii[168]

 

397.3.2.  birinci  instansiya  məhkəməsi  bu  sübutların  tədqiqini  obyektiv  səbəb 



olmadan rədd etdikdə. 

397.4.  Apellyasiya  instansiyası  məhkəməsi  yeni  sübutların  tədqiqini  apellyasiya 

şikayətinin  və  ya  apellyasiya  protestinin  baxışının  uzadılması  cəhdi  kimi 

qiymətləndirdikdə, həmin sübutların tədqiq edilməsi haqqında vəsatəti rədd etmək 

hüququna malikdir. 

397.5.  Apellyasiya  instansiyası  məhkəməsi,  apellyasiya  şikayətinin  və  ya 

apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya 

verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. 

M a d d ə   3 9 8 .   A p e l l y a s i y a   ş i k a y ə t i n i n   v ə   y a   a p e l l y a s i y a  

p r o t e s t i n i n   b a x ı ş ı n a   d a i r   y e k u n   m ə h k ə m ə   q ə r a r ı

 

398.1.  Apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  baxışı  nəticəsində 



apellyasiya instansiyası məhkəməsi aşağıdakılardan birini etməyə haqlıdır: 

398.1.1.  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarını  dəyişdirmədən, 

apellyasiya  şikayətini  və  ya  apellyasiya  protestini  isə  təmin  etmədən  saxlanılması 

haqqında qərar qəbul etmək; 

398.1.2.  birinci  instansiya  məhkəməsinin  hökmünü  və  ya  qərarını  ləğv  edərək 

yeni hökm və ya qərar çıxarmaq; 

clxix[169]

 

398.1.3.  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarını  ləğv  edərək  və 



cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraat  və  ya  xüsusi  ittiham  qaydasında 

şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək; 

398.1.4.  birinci  instansiya  məhkəməsinin  hökm  və  ya  qərarının  dəyişdirilməsi 

barədə qərar qəbul etmək. 

398.2.  Apellyasiya  instansiyası  məhkəməsinin  hökmü  bu  Məcəllənin  353-cü 

maddəsinin  tələblərinə  uyğun  olmalıdır.  Apellyasiya  instansiyası  məhkəməsinin 

digər yekun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticəvi hissələrdən ibarət olmalıdır. 

Yekun  qərarı  çıxarmaqla  yanaşı  apellyasiya  instansiyası  məhkəməsi,  həmçinin 

apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində aşağıdakıları 

müəyyən etdikdə xüsusi qərar çıxara bilər: 

398.2.1.  cinayətin  törədilməsinə  səbəb  və  ya  şərait,  fiziki  şəxslərin  cinayət 

məsuliyyətinə  səbəb  olmayan  hərəkət  və  hərəkətsizliyi,  habelə  dövlət  hakimiyyəti 

orqanlarının  və  ya  dövlət  orqanlarının  vəzifəli  şəxslərinin  fəaliyyətindəki 

pozuntular, çatışmazlıqlar və ya nöqsanlar olduqda; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə