Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə128/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   124   125   126   127   128   129   130   131   ...   190

391.2.3.  cinayət  işinə,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarına  və 

ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraata  xitam  verilməsi  və  ya 

dayandırılması üçün əsasların olub-olmadığını; 

391.2.4.  cinayət  işi  üzrə  qətimkan  tədbirinin  dəyişdirilməsi,  ləğv  edilməsi  və  ya 

seçilməsi üçün əsasların olub-olmadığını; 

391.2.5.  cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya 

xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  birinci  instansiya  məhkəməsində  icraat 

zamanı  bu  Məcəllənin  tələblərinin  kobud  surətdə  pozulmasına  yol  verilib-

verilmədiyini. 

391.3. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı 

apellyasiya  instansiyası  məhkəməsi  bu  Məcəllənin  müddəalarına  müvafiq  olaraq 

aşağıdakı qərarlardan birini qəbul edir: 

391.3.1.  apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  hərəkətsiz 

saxlanılması haqqında; 

391.3.2. apellyasiya şikayətinin və ya apellyasiya  protestinin məhkəmə aidiyyəti 

üzrə göndərilməsi haqqında; 

391.3.3.  apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  verilməsi  üçün 

müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında; 

391.3.4.  apellyasiya  şikayəti  və  ya  apellyasiya  protesti  üzrə  məhkəmə  baxışının 

təyin edilməsi haqqında; 

391.3.5.  apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  öz  icraatına  qəbul 

edilməsindən imtina haqqında; 

391.3.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya 

xüsusi  ittiham  qaydasında  şikayət  üzrə,  icraat  materiallarının  birinci  instansiya 

məhkəməsinə qaytarılması haqqında; 

301.3.7.  apellyasiya  şikayətinə  və  ya  apellyasiya  protestinə  baxılmasına  xitam 

verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və 

ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  materialların  birinci  instansiya 

məhkəməsinə qaytarılması haqqında; 

391.3.8. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya 

xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında; 

391.3.9.  cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarına  və  ya 

xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında; 

391.3.10.  apellyasiya  şikayətinə  və  ya  apellyasiya  protestinə  baxılmasına  xitam 

verilməsi haqqında. 

391.4.  Bu  Məcəllənin  386  və  387-ci  maddələrinin  tələbləri  yerinə  yetirilmədikdə 

apellyasiya  instansiyası  məhkəməsi  apellyasiya  şikayətinin  və  ya  apellyasiya 

protestinin  hərəkətsiz  saxlanılması  barədə  qərar  çıxarır  və  öz  qərarı  ilə  həmin 

tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin 

edir.  Təyin  edilmiş  müddət  ərzində  həmin  tələblər  yerinə  yetirilmədikdə, 




apellyasiya  instansiyası  məhkəməsinin  qərarı  ilə  həmin  şikayət  və  ya  protest 

verilməmiş apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və 

baxılmamış saxlanılır. 

clvi[156]

 

391.5. Apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs 



tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və 

ya  apellyasiya  protestinin  öz  icraatına  qəbul  edilməsindən  imtina  haqqında  qərar 

çıxarır. 

391.6.  Apellyasiya  instansiyası  məhkəməsi  aşağıdakı  hallarda  cinayət  işinin, 

məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallarının  və  ya  xüsusi  ittiham 

qaydasında  şikayət  üzrə  materialların  birinci  instansiya  məhkəməsinə  qaytarılması 

haqqında qərar çıxarır: 

391.6.1.  birinci  instansiya  məhkəməsində  icraat  zamanı  aparılmış  məhkəmə 

iclasının  protokolu  məhkəmə  iclasında  sədrlik  edən  və  ya  məhkəmənin  katibi 

tərəfindən imzalanmadıqda; 

391.6.2.  hökmün  surəti  məhkuma  və  ya  bəraət  almış  şəxsə  verilmədikdə  və  ya 

onun ana dilinə, yaxud bildiyi dilə tərcümə edilmədən verildikdə; 

391.6.3. birinci instansiya məhkəməsinin hökm və ya qərarı məhkəmə baxışında 

iştirak edən hakim tərəfindən imzalanmadıqda; 

391.6.4.  cinayət  işində,  məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallarında  və 

ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında məhkəmə iclasının 

protokolu,  birinci  instansiya  məhkəməsində  məhkəmə  baxışı  zamanı  çıxarılmış 

hökm və ya qərar olmadıqda. 

391.7.  Bu  Məcəllənin  391.6-cı  maddəsində  nəzərdə  tutulmuş  hallarda  aşağıdakı 

hərəkətlər yerinə yetirilir: 

391.7.1.  apellyasiya  instansiyası  məhkəməsi  öz  qərarı  ilə  yol  verilmiş 

pozuntuların aradan qaldırılması üçün 10 (on) gündən çox olmamaq şərtilə müddət 

təyin edir və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya 

xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə 

göndərir; 

391.7.2. birinci instansiya məhkəməsi təyin edilmiş müddət ərzində yol verilmiş 

pozuntuları  imkan  daxilində  aradan  qaldırır  və  cinayət  işini,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın materiallarını və ya xüsusi  ittiham qaydasında şikayət üzrə 

materialları  apellyasiya  şikayətinə  və  ya  apellyasiya  protestinə  yenidən  baxılması 

üçün apellyasiya instansiyası məhkəməsinə göndərir. 

391.8. Bu Məcəllənin müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi 

hallarda  apellyasiya  instansiyası  məhkəməsi  apellyasiya  şikayətinə  və  apellyasiya 

protestinə  baxılmasına  xitam  verilməsi  və  cinayət  işinin,  məhkəməyədək 

sadələşdirilmiş  icraat  materiallarının  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 

materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır: 

391.8.1. birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 303.3-cü 

maddəsinin tələbləri pozulmaqla keçirildikdə; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə