Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə124/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   120   121   122   123   124   125   126   127   ...   190

M a d d ə  

3 7 9 .  

A n d l ı  

i c l a s ç ı l a r ı n  

v e r d i k t i n i n  

n ə t i c ə l ə r i n i n   m ü z a k i r ə   e d i l m ə s i

 

379.1.  Zərurət  olduqda  andlı  iclasçıların  verdiktinin  nəticələri  andlı  iclasçıların 



məhkəmə  baxışında  iştirakı  olmadan  məhkəmə  iclasında  müzakirə  edilir.  Andlı 

iclasçılar məhkəmə baxışı qurtaranadək digər iştirak edənlər üçün ayrılmış yerlərdə 

məhkəmə iclası zalında qalmaq hüququna malikdirlər. 

379.2.  Andlı  iclasçıların  verdiktinin  nəticələrinin  müzakirəsi  məhkəmə  iclasında 

təqsirləndirilən  şəxsin  məhkumluğu  barədə  sənədlərin  elan  edilməsindən,  habelə 

məhkəmə  istintaqının  qaydalarına  uyğun  olaraq  andlı  iclasçıların  iştirakı  ilə  tədqiq 

edilməli olmayan sübutların tədqiqindən başlanır. 

379.3. Məhkəmə iclasında sədrlik edən dövlət ittihamçısına, habelə zərər çəkmiş 

şəxsə  (xüsusi  ittihamçıya),  mülki  iddiaçıya,  mülki  cavabdehə  və  ya  onların 

nümayəndələrinə, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqsirləndirilən şəxs 

tərəfindən  törədilmiş  əməlin  tövsifi,  ona  cəzanın  təyin  edilməsi  və  mülki  iddianın 

həll  edilməsi  məsələləri  daxil  olmaqla  andlı  iclasçılar  kollegiyasının  çıxardığı 

verdiktin hüquqi nəticələri ilə bağlı məsələlərə dair bir dəfə çıxış etmək imkanı verir. 

Təqsirləndirilən şəxs və onun müdafiəçisi hər dəfə sonuncu olaraq çıxış edirlər. 

379.4. Cinayət prosesinin tərəflərinə öz çıxışlarında andlı  iclasçıların verdiktinin 

düzgünlüyünü şübhə altına almaq qadağan edilir. 

379.5.  Cinayət  prosesi  tərəflərinin  çıxışları  qurtardıqdan  sonra  məhkəmə 

iclasında sədrlik edən hökmün çıxarılması üçün müşavirə otağına gedir. 

379.6. Təqsirləndirilən şəxs güzəştlərə layiq hesab edildikdə, məhkəmə iclasında 

sədrlik edənin üzərinə aşağıdakı vəzifələr düşür: 

379.6.1.  cinayət  qanununun  tələblərinə  uyğun  olaraq  törədilməsində 

təqsirləndirilən  şəxsin  təqsirli  bilindiyi  cinayətlərdən  ən  ağırının  ağırlıq  dərəcəsini 

müəyyən etmək; 

379.6.2. təqsirləndirilən şəxsə bu Məcəllənin 379.6.1-ci maddəsinə müvafiq olaraq 

müəyyən  edilmiş  cinayətdən  ağırlıq  dərəcəsinə  görə  bir  pillə  aşağı  olan  cinayətlər 

üçün nəzərdə tutulmuş maksimum yol verilən həddi aşmayan cəza təyin etmək: 

379.6.3.  törədilməsində  təqsirləndirilən  şəxsin  təqsirli  bilindiyi  cinayətlərdən  ən 

ağırı  böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına  aid olduqda,  cəza 

təyin etmədən ittiham hökmü çıxarmaq. 

M a d d ə   3 8 0 .   A n d l ı   i c l a s ç ı l a r ı n   i ş t i r a k ı   i l ə   m ə h k ə m ə  

b a x ı ş ı n ı n  

n ə t i c ə l ə r i n ə  

d a i r  

ç ı x a r ı l m ı ş  

h ö k m l ə r d ə n  

ş i k a y ə t   v e r i l m ə s i n i n   x ü s u s i y y ə t l ə r i

 

380.0.  Andlı  iclasçıların  verdikti  əsasında  çıxarılmış  birinci  instansiya 



məhkəməsinin hökmü aşağıdakı xüsusiyyətlərə malikdir: 

380.0.1.  bu  hökmdən  apellyasiya  instansiyası  məhkəməsinə  apellyasiya  şikayəti 

və ya apellyasiya protesti verilə bilməz; 

380.0.2. bu hökm elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir; 




380.0.3.  bu  hökmdən  bu  Məcəllənin  410-cu  maddəsinin  müddəalarında  nəzərdə 

tutulmuş  əsaslarla  və  müddətlərdə  kassasiya  instansiyası  məhkəməsinə  kassasiya 

şikayəti və ya kassasiya protesti verilə bilər. 

DOQQUZUNCU BÖLMƏ  

APELLYASİYA VƏ KASSASİYA İNSTANSİYALARI MƏHKƏMƏLƏRİNDƏ İCRAAT 

X L V I I   f ə s i l    

MƏHKƏMƏLƏRİN HÖKM VƏ QƏRARLARINA APELLYASİYA 

QAYDASINDA YENİDƏN BAXILMASI 

M a d d ə   3 8 1 .   B i r i n c i   i n s t a n s i y a   m ə h k ə m ə l ə r i   t ə r ə f i n d ə n  

ç ı x a r ı l m ı ş   h ö k m   v ə   q ə r a r l a r d a n   a p e l l y a s i y a   ş i k a y ə t i n i n  

v ə   y a   a p e l l y a s i y a   p r o t e s t i n i n   v e r i l m ə s i

 

381.1.  Birinci  instansiya  məhkəmələri  tərəfindən  çıxarılmış  hökm  və  ya 



qərarlardan  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  apellyasiya 

instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. 

381.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi məhkəmələr: 

381.2.1.  Naxçıvan  Muxtar  Respublikasının  rayon  (şəhər)  məhkəmələri  tərəfindən 

çıxarılmış  hökm  və  ya  qərarlardan  -  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin 

cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasına; 

381.2.2. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla 

rayon (şəhər) məhkəmələri tərəfındən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə 

apellyasiya məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasına; 

381.2.3.  hərbi  məhkəmələr  tərəfındən  çıxarılmış  hökm  və  ya  qərarlardan  (Naxçıvan 

Muxtar  Respublikasının  ərazisində  Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan 

Respublikasının  hərbi  məhkəməsinin  yurisdiksiyası  həyata  keçirilərkən  andlılar 

məhkəməsinin  çıxardığı  hökmlər  istisna  olmaqla)  -  yurisdiksiya  üzrə  müvafiq  apellyasiya 

məhkəməsinin  hərbi  məhkəmələrin  işləri  üzrə  kollegiyasına,  yaxud  Naxçıvan  Muxtar 

Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyasına; 

381.2.4. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Ağır cinayətlərə dair 

işlər  üzrə  Naxçıvan  Muxtar  Respublikasının  məhkəməsi  tərəfindən  çıxarılmış  hökm  və  ya 

qərarlardan  -  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  cinayət  işləri  və  inzibati 

xətalara dair işlər üzrə kollegiyasına; 

381.2.5. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Ağır cinayətlərə dair 

işlər  üzrə  Azərbaycan  Respublikasının  məhkəməsi  tərəfindən  çıxarılmış  hökm  və  ya 

qərarlardan  -  yurisdiksiya  üzrə apellyasiya  məhkəməsinin  cinayət  və  inzibati  xətalara  dair 

işlər üzrə kollegiyasına; 

381.2.6.  andlılar  məhkəməsinin  çıxardığı  hökmlər  istisna  olmaqla,  Ağır 

cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi tərəfindən 

çıxarılmış  hökm  və  ya  qərarlardan  -  yurisdiksiya  üzrə  apellyasiya  məhkəməsinin 

hərbi məhkəmələrin işləri üzrə kollegiyasına.

cxlvii[147]

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə