Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə121/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   117   118   119   120   121   122   123   124   ...   190

368.4.  Aşağıdakı  əsasların  məcmusu  mövcud  olduqda,  andlı  iclasçı  məhkəmə 

iclasında  sədrlik  edənin  əsaslandırılmış  qərarı  ilə  məhkəmə  baxışından 

kənarlaşdırıla bilər: 

368.4.1.  andlı  iclasçı  tərəfindən  cinayət  işinin  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə tam uyğun şəkildə həll edilməsi üçün zəruri olan qərəzsizliyin və 

obyektivliyin itirilməsinə dəlalət edən açıq-aşkar əlamətlər olduqda; 

368.4.2.  məhkəmə  baxışının  yekununda  maraqlı  olan  şəxslər  tərəfindən  andlı 

iclasçıya  qanunsuz  təsir  göstərilməsi  halları  və  ya  ona  məhkəmə  iclasından  kənar 

edilmiş digər təsir barədə məlumat alındıqda. 

368.5. Andlı iclasçıların iştirakı ilə məhkəmə baxışı zamanı əsas andlı iclasçıların 

ehtiyat  andlı  iclasçılarla  əvəz  edilməsi  imkanları  tükəndikdə,  aparılmış  məhkəmə 

baxışı  məhkəmə  iclasında  sədrlik  edənin  qərarı  ilə  etibarsız  elan  edilir  və  bu 

Məcəllənin müddəalarına müvafiq olaraq andlı iclasçılar yenidən seçilir. 

M a d d ə   3 6 9 .   A n d l ı   i c l a s ç ı l a r   k o l l e g i y a s ı   t ə r ə f i n d ə n  

h ə l l   e d i l m ə l i   o l a n   m ə s ə l ə l ə r

 

369.0.  Məhkəmə  çıxışları  qurtardıqdan  və  təqsirləndirilən  şəxs  son  sözünü 



söylədikdən  sonra  məhkəmə  iclasında  sədrlik  edən  andlı  iclasçılar  kollegiyasına 

aşağıdakı sualları ötürür: 

369.0.1.  İttihamın  müvafiq  bəndi  üzrə  təqsirləndirilən  şəxsin  təqsirliliyi  barədə 

(əsasında  dövlət  ittihamçısı  tərəfindən  ittiham  irəli  sürülmüş  hər  bir  cinayətə  dair 

məhkəmə baxışının həddi barədə tələblər nəzərə alınmaqla) mütləq olan əsas sual; 

369.0.2.  təqsirləndirilən  şəxsin  təqsirli  bilindiyi  halda  təqsirli  şəxsin  mərhəmətə 

layiq olub-olmaması barədə mütləq olan sual. 

M a d d ə   3 7 0 .   A n d l ı   i c l a s ç ı l a r   k o l l e g i y a s ı   t ə r ə f i n d ə n  

h ə l l  

e d i l m ə l i  

o l a n  

s u a l l a r ı n  

t ə r t i b  

e d i l m ə s i n ə  

d a i r  

t ə l ə b l ə r

 

370.1. Məhkəmə iclasında sədrlik edən andlı iclasçılar kollegiyası tərəfindən həll 



edilməli  olan  sualların  siyahısını  dövlət  ittihamçısının  müdafiə  etdiyi  ittiham, 

məhkəmə  baxışının  nəticələri  və  məhkəmə  çıxışlarının  əsasında  tərtib  edir.  Həmin 

suallar aşağıdakı tələblərə uyğun olmalıdır: 

370.1.1. andlı iclasçılara aydın olan tərzdə, hər bir təqsirləndirilən şəxs barəsində 

ayrı-ayrılıqda qoyulmalıdır; 

370.1.2. yazılı tərtib olunmalıdır; 

370.1.3. məhkəmə iclasında elan edilməlidir; 

370.1.4.  dövlət  ittihamçısına,  habelə  zərər  çəkmiş  şəxsə  (xüsusi  ittihamçıya), 

mülki  iddiaçıya,  mülki  cavabdehə  və  onların  nümayəndələrinə,  təqsirləndirilən 

şəxsə və onun müdafiəçisinə verilməlidir. 

370.2.  Bu  Məcəllənin  370.1.4-cü  maddəsində  göstərilən  şəxslər  məhkəmə 

iclasında sədrlik edən tərəfindən ifadə edilmiş suallara düzəlişlər və başqa sualların 




qoyulmasını  xahiş  etmək  hüququna  malikdirlər.  Məhkəmə  iclasında  sədrlik  edən 

törədilmiş  əməlin  təqsirləndirilən  şəxsə  istinad  edilməməsinin  və  ya  onun  üçün  az 

ciddi  cəzaya  səbəb  olmasının  səbəblərinin  mövcudluğu  barədə  sualların 

qoyulmasından imtina edə bilməz. 

370.3.  Sonra  məhkəmə  iclasında  sədrlik  edən  andlı  iclasçılar  kollegiyası 

tərəfindən  həll  edilməli  olan  sualları  qəti  şəkildə  ifadə  edir  və  onları  suallar 

vərəqində əks etdirir. 

370.4. Son variantda suallar vərəqi aşağıdakı tələblərə uyğun olmalıdır: 

370.4.1. biri-birinə əks qaydada həll edilə biləcək suallar birləşdirilməməlidir; 

370.4.2.  sualların  ifadə  qaydası  onlara  dair  hər  hansı  cavab  verildikdə,  əsasında 

təqsirləndirilən şəxsə dövlət ittihamçısı tərəfindən ittihamın irəli sürülmədiyi, yaxud 

sualın  qoyulduğu  anda  həmin  ittihamın  onun  tərəfindən  müdafiə  edilmədiyi 

cinayətin  törədilməsində  təqsirləndirilən  şəxsin  təqsirli  bilinməsi  imkanını  özündə 

əks etdirməməlidir; 

370.4.3.  bununla  təqsirləndirilən  şəxsin  vəziyyəti  ağırlaşmadıqda  və  onun 

müdafiə  hüququ  pozulmadıqda,  təqsirləndirilən  şəxsin  az  ağır  cinayətin 

törədilməsində  təqsirliliyinin  müəyyən  edilməsinə  imkan  verən  sualların 

qoyulmasına yol verilir. 

370.5. Suallar vərəqi: 

370.5.1. məhkəmə iclasında sədrlik edən tərəfindən imzalanır; 

370.5.2. məhkəmə iclasında sədrlik edənin qərarı ilə təsdiq edilir; 

370.5.3. məhkəmə iclasının protokoluna daxil edilməlidir; 

370.5.4.  məhkəmə  iclasında  sədrlik  edən  tərəfindən  elan  edilir  və  aparıcı  andlı 

iclasçıya verilir. 

M a d d ə  

3 7 1 .  

M ə h k ə m ə  

i c l a s ı n d a  

s ə d r l i k  

e d ə n i n  

t ö v s i y ə s i

 

371.1.  Andlı  iclasçılar  kollegiyası  verdikt  çıxarılması  üçün  məşvərət  otağına 



getməmişdən əvvəl məhkəmə iclasında sədrlik edən onlara tövsiyə ilə müraciət edir. 

371.2.  Məhkəmə  iclasında  sədrlik  edən  tövsiyə  verərkən  andlı  iclasçılar 

kollegiyasının  qarşısında  qoyulmuş  suallara  dair  hər  hansı  şəkildə  öz  rəyini 

bildirməkdən çəkinməlidir. 

371.3. Məhkəmə iclasında sədrlik edən öz tövsiyəsində aşağıdakıları göstərir: 

371.3.1. ittihamın qısa məzmununu xatırladır; 

371.3.2.  törədilməsində  təqsirləndirilən  şəxsin  təqsirləndirildiyi  əmələ  görə 

məsuliyyəti nəzərdə tutan cinayət qanununun məzmunu barədə məlumat verir; 

371.3.3.  zərurət  olduqda  obyektivliyi  saxlamaqla  məhkəmədə  tədqiq  edilmiş 

bütün  və  ya  bəzi  sübutları  xatırladır  və  onların  cinayət  prosesinin  iştirakçıları 

tərəfindən təhrif edilmiş məzmununu bərpa edir; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə