Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə119/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   115   116   117   118   119   120   121   122   ...   190

363.2.1.  andlı  iclasçılar  kollegiyasına  namizədlər  siyahısına  daxil  edilmiş  andlı 

iclasçıların; 

363.2.2.  dövlət  ittihamçısının,  zərər  çəkmiş  şəxsin  (xüsusi  ittihamçının) 

təqsirləndirilən şəxsin və onun müdafiəçisinin. 

363.3.  Andlı  iclasçıların  məhkəmə  iclasına  gəlməməsi  nəticəsində  onlardan 

gələnlərin sayı bu Məcəllənin 363.4.7, 364 və 365-ci maddələrinin tələblərinin yerinə 

yetirilməsinin  təmin  edilməsi  üçün  kifayət  etdikdə,  konkret  cinayət  işinin 

xüsusiyyətləri  nəzərə  alınmaqla  göstərilən  şəxslərin  məhkəmə  iclasına  gəlməməsi 

onun keçirilməsinə mane olmur. 

363.4. Məhkəmə iclasını davam etdirərək məhkəmə iclasında sədrlik edən andlı 

iclasçıların  məhkəmə  baxışında  iştirakına  mane  olan  halları  aydınlaşdırır  və  bu 

məqsədlə göstərilən ardıcıllıqla aşağıdakı hərəkətləri yerinə yetirir: 

363.4.1.  andlı  iclasçılar  qarşısında  qısa  giriş  sözü  ilə  çıxış  edərək  məhkəmənin 

icraatında  hansı cinayət işinin olması, habelə andlı  iclasçıların vəzifələri və qanuna 

müvafiq olaraq onların həmin iş üzrə məhkəmə baxışında iştirakının şərtləri barədə 

məlumat verir; 

363.4.2. məhkəmədə baxılmalı olan cinayət işinin halları barədə andlı iclasçıların 

məlumatlarının olub-olmadığını aydınlaşdırır; 

363.4.3.  hər  hansı  andlı  iclasçının  cinayət  işinin  halları  barədə  məlumata  malik 

olduğunu  bildikdə,  onun  iş  üzrə  məhkəmə  baxışından  azad  edilməsi  barədə 

məsələni həll edir; 

363.4.4.  andlı  iclasçılardan  onların  məhkəmə  baxışından  azad  edilməsi  üçün 

üzrlü səbəblərin olub-olmamasını soruşur; 

363.4.5. məhkəmə iclasına gəlmiş hər bir andlı iclasçının ona özünün andlı iclasçı 

borcunun  yerinə  yetirilməsinə  mane  olan  üzrlü  səbəbləri  göstərmək,  habelə  özü-

özünə etiraz etmək hüququnu izah edir; 

363.4.6.  hər  hansı  andlı  iclasçının  məhkəmə  baxışından  azad  edilməsi  haqqında 

məsələnin  obyektiv  həll  edilməsi  məqsədi  ilə    ona  dövlət  ittihamçısı,  zərərçəkmiş 

şəxs  (xüsusi  ittihamçı),  təqsirləndirilən  şəxs  və  onun  müdafiəçisi  tərəfindən  yazılı 

şəkildə təklif edilmiş sualları, habelə öz mülahizəsinə görə digər suallar verir; 

363.4.7.  Bu  Məcəllənin  111-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydada  andlı 

iclasçıları məhkəmə baxışından azad edir. 

363.5.  Çağırılmış  andlı  iclasçılar  kifayət  etməyən  sayda  gəldikdə  məhkəmə 

iclasında  sədrlik  edən  məhkəmə  iclasını  başqa  vaxta  keçirir,  məhkəmə  aparatına 

andlı iclasçılar kollegiyasına namizəd olan andlı iclasçılar siyahısına əlavələr etmək 

barədə  göstəriş  verir  və  bu  Məcəllənin  363.4-cü  maddəsində  göstərilən  hərəkətləri 

növbəti məhkəmə iclasında yerinə yetirir. 

M a d d ə   3 6 4 .   A n d l ı   i c l a s ç ı l a r a   e d i l m i ş   e t i r a z l a r ı n   h ə l l  

e d i l m ə s i

 



364.1.  Bu  Məcəllənin  363.4-cü  maddəsində  göstərilən  hərəkətlər  yerinə 

yetirildikdən  sonra  məhkəmə  iclasında  sədrlik  edən  arzu  etdikləri  halda  dövlət 

ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), təqsirləndirilən şəxsə və onun 

müdafiəçisinə  bu  Məcəllənin  111-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslarla  andlı 

iclasçılara etiraz etmək üçün imkan verir. 

364.2. Andlı iclasçılara bildirilmiş etirazlarla əlaqədar bütün məsələlər məhkəmə 

iclasında sədrlik edən tərəfindən müşavirə otağına getmədən həll edilir. 

364.3. Məhkəmə iclasında sədrlik edən tərəfindən bəzi andlı iclasçılar məhkəmə 

baxışından kənarlaşdırıldıqdan, habelə onlara bildirilmiş etirazlar təmin edildikdən 

sonra  andlı  iclasçılar  kollegiyasına  namizədlər  siyahısında  22  nəfərdən  az  andlı 

iclasçı  qaldıqda,  məhkəmə  iclasında  sədrlik  edən  məhkəmə  iclasını  başqa  vaxta 

keçirir,  məhkəmə  aparatına  andlı  iclasçılar  kollegiyasına  namizəd  olan  andlı 

iclasçılar  siyahısına  əlavələr  etmək  barədə  göstəriş  verir  və  bu  Məcəllənin  363.4-cü 

maddəsində göstərilən hərəkətləri yerinə yetirir. 

364.4.  Andlı  iclasçılara  bildirilmiş  etirazlar  həll  edildikdən  sonra  məhkəmə 

iclasının  katibi  məhkəmə  iclasında  sədrlik  edənin  göstərişi  ilə  andlı  iclasçılara 

dəlilsiz  etiraz  etmək  hüququnun  həyata  keçirilməsi  üçün  andlı  iclasçılar 

kollegiyasında 

qalan 

namizədlər 



siyahısını 

dövlət 


ittihamçısına, 

habelə 


təqsirləndirilən şəxsə və onun müdafiəçisinə verir. 

364.5. Andlı iclasçılara dəlilsiz etiraz etmək hüququ aşağıdakıları nəzərdə tutur: 

364.5.1.  etirazlar  qurtardıqdan  sonra  məhkəmə  püşkatması  keçirilənədək  andlı 

iclasçılar kollegiyasına namizədlər siyahısında 18 nəfərdən az olmayan andlı iclasçı 

qalır; 

364.5.2. dövlət ittihamçısı, habelə təqsirləndirilən şəxs və onun müdafiəçisi andlı 



iclasçılara  etiraz  etmək  hüququnu  dəlil  göstərmədən  və  ya  hər  hansı  izahat 

vermədən andlı iclasçıların soyadlarını siyahıdan silməklə həyata keçirirlər; 

364.5.3.  dövlət  ittihamçısı  2  nəfərdən  çox  olmayan  andlı  iclasçıya  etiraz  etmək 

hüququna malikdir və etirazını birinci bildirir; 

364.5.4.  təqsirləndirilən  şəxs  və  onun  müdafiəçisi  andlı  iclasçılara  dövlət 

ittihamçısından  sonra  etiraz  edirlər  və  həmçinin  2  andlı  iclasçıya  etiraz  etmək 

hüququna malikdirlər; 

364.5.5.  təqsirləndirilən  şəxs  öz  müdafiəçisinə  andlı  iclasçıya  etirazın  sərbəst 

həyata keçirilməsini tapşırmaq hüququna malikdir; 

364.5.6.  təqsirləndirilən  şəxs  özünün  andlı  iclasçılara  etiraz  etmək  hüququndan 

imtina  etdikdə,  müdafiəçi  onun  razılığı  olmadan  andlı  iclasçılara  sərbəst  etiraz 

etmək hüququna malik deyil; 

364.5.7.  məhkəmə  iclasında  bir  neçə  təqsirləndirilən  şəxsin  iştirak  etdiyi  halda 

onların andlı iclasçılara etirazı qarşılıqlı razılıq əsasında həyata keçirilir; 

364.5.8.  təqsirləndirilən  şəxslər  arasında  belə  razılıq  olmadıqda,  andlı  iclasçılara 

etiraz onlar arasında püşkatma yolu ilə həyata keçirilir; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə