Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə118/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   114   115   116   117   118   119   120   121   ...   190

355.4.1.  fəaliyyətində  pozuntulara,  çatışmazlıqlara  və  ya  səhvlərə  yol  vermiş 

şəxslərin 

məsuliyyəti 

barədə 


məsələni 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyinə müvafiq olaraq həll etmək; 

355.4.2. görülmüş tədbirlər barədə məhkəməyə məlumat vermək. 

M a d d ə  

3 5 6 .  

M ə h k ə m ə n i n  

y e k u n  

q ə r a r ı n ı n  

e l a n  

e d i l m ə s i

 

356.1.  Məhkəmə  baxışının  nəticələrinə  dair  məhkəmənin  yekun  qərarı 



imzalandıqdan  sonra  məhkəmə  iclas  zalına  qayıdır  və  məhkəmə  iclasında  sədrlik 

edən, həcmi  böyük olduqda isə məhkəmə tərkibində olan digər hakimlər növbə ilə 

həmin qərarı elan edirlər. 

356.2.  Məhkəmə  tərkibi  daxil  olmaqla  məhkəmənin  iclas  zalında  olan  şəxslər 

məhkəmənin yekun qərarını ayaq üstə dinləyirlər. 

356.3.  Məhkəmə  baxışının  nəticələrinə  dair  məhkəmənin  yekun  qərarı 

təqsirləndirilən şəxsin bilmədiyi dildə tərtib edildikdə, həmin qərar elan edildikdən 

dərhal  sonra  o,  tərcüməçi  tərəfindən  təqsirləndirilən  şəxsin  ana  dilinə  və  ya  onun 

bildiyi başqa dilə tərcümə edilərək təqsirləndirilən şəxsə oxunmalıdır. 

356.4.  Məhkəmə  iclasında  sədrlik  edən  təqsirləndirilən  şəxsə,  habelə  cinayət 

prosesi  tərəflərinin  nümayəndələrinə  məhkəmənin  yekun  qərarından  şikayət  etmə 

qaydasını və müddətini izah edir. 

356.5.  Bəraət  almış  şəxsə  onun  qanunsuz  tutulması,  təqsirləndirilən  şəxs 

qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi 

nəticəsində  vurulmuş  zərərin  ödənilməsi  hüququ  və  həmin  hüququn  həyata 

keçirilməsi qaydası izah edilməlidir. 

356.6. Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum 

edildikdə, ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilir. 

356.7.  Məhkəmənin  yekun  qərarını  elan  və  izah  etdikdən  sonra  məhkəmə, 

həmçinin çıxardığı xüsusi qərarı elan edir. 

M a d d ə   3 5 7 .   M ə h k ə m ə n i n   h ö k m ü   e l a n   e d i l d i k d ə n   s o n r a  

ş ə x s i n   h ə b s d ə n   a z a d   e d i l m ə s i

 

357.0. Aşağıdakı hallarda şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra 



məhkəmə iclası zalında həbsdən azad edilməlidir: 

357.0.1. məhkəmənin hökmü ilə ona bəraət verildikdə; 

357.0.2. cəzadan azad etməklə barəsində ittiham hökmü çıxarıldıqda; 

357.0.3. şərti məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda; 

357.0.4.  azadlıqdan  məhrum  etmə  ilə  bağlı  olmayan  cəzaya  məhkum  etməklə 

barəsində ittiham hökmü çıxarıldıqda; 




357.0.5.  qətimkan  tədbiri  qaydasında  faktiki  həbsdə  olduğu  müddətdən  artıq 

olmayan  müddətə  azadlıqdan  məhrum  etməklə  barəsində  ittiham  hökmü 

çıxarıldıqda. 

M a d d ə   3 5 8 .   M ə h k ə m ə n i n   y e k u n   q ə r a r ı n ı n   s u r ə t i n i n  

v e r i l m ə s i   v ə   o n u n   q a n u n i   q ü v v ə y ə   m i n m ə s i

 

358.1.  Məhkəmənin  yekun  qərarı  elan  edildiyi  vaxtdan  3  (üç)  gündən  gec 



olmayaraq aşağıdakı hərəkətlər yerinə yetirilməlidir: 

358.1.1. məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət 

verilmiş  şəxsə,  onun  müdafiəçisinə,  qanuni  nümayəndəsinə,  dövlət  ittihamçısına, 

zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya) və onun nümayəndəsinə verməlidir; 

cxlv[145]

 

358.1.2.  məhkəmə  cinayət  prosesi  iştirakçılarının  vəsatəti  əsasında  onlara 



məhkəmənin yekun qərarının digər surətini verməlidir. 

358.2.  Məhkəmə  baxışının  nəticələrinə  dair  məhkəmənin  yekun  qərarı  ondan 

apellyasiya  qaydasında  protest  və  ya  şikayət  verilməmişsə,  bu  Məcəllənin  384.1-ci 

maddəsində  nəzərdə  tutulmuş  müddətin  başa  çatdığı  vaxtdan  sonrakı  gün  qanuni 

qüvvəyə minir. 

X L V I   f ə s i l  

ANDLI İCLASÇILARIN İŞTİRAKI İLƏ BİRİNCİ İNSTANSİYA 

MƏHKƏMƏSİNDƏ İCRAATIN XÜSUSİYYƏTLƏRİ 

M a d d ə  

3 5 9 .  

M ə h k ə m ə  

b a x ı ş ı n ı n  

a n d l ı  

i c l a s ç ı l a r ı n  

i ş t i r a k ı   i l ə   k e ç i r i l d i y i   h a l l a r

 

359.0.  Məhkəmənin  hazırlıq  iclasının  keçirilməsinin  nəticələrinə  dair  məhkəmə 



iclasında  sədrlik  edən  aşağıdakı  hallarda  andlı  iclasçıların  iştirakı  ilə  məhkəmə 

baxışını təyin edir: 

359.0.1.  təqsirləndirilən  şəxsin  məhkəməyə  verildiyi  cinayətə  görə  cinayət 

qanununun  norması  (sanksiyası)  ilə  ömürlük  azadlıqdan  məhrum  etmə  növündə 

cəzanın təyin edilməsi imkanı nəzərdə tutulduqda; 

359.0.2.  xüsusilə  ağır  cinayətə  görə  məhkəməyə  verilmiş  təqsirləndirilən 

şəxslərdən  heç  olmasa  biri  ona  elan  edilmiş  ittihama  məhkəmədə  andlı  iclasçıların 

iştirakı ilə baxılması haqqında arzusunu bildirdikdə. 

cxlvi[146]

 

M a d d ə   3 6 0 .   A n d l ı   i c l a s ç ı l a r ı n   s e ç i l m ə s i   q a y d a s ı



 

360.0.  Məhkəmə  baxışında  iştirak  etmək  üçün  andlı  iclasçıların  seçilməsi 

göstərilən ardıcıllıqla aşağıdakı yollarla həyata keçirilir: 

360.0.1.  «Məhkəmələr  və  hakimlər  haqqında»  Azərbaycan  Respublikası 

Qanununun  115—121-ci  maddələrinin  tələblərinə  müvafiq  olaraq  tərtib  edilmiş 

andlı  iclasçıların  ümumi  siyahısı  nəzərə  alınmaqla  andlı  iclasçılar  kollegiyasına 

namizəd olan andlı iclasçılar siyahısının məhkəmə tərəfindən tərtib edilməsi ilə; 



360.0.2. xüsusi məhkəmə iclasının keçirilməsi ilə. 

M a d d ə   3 6 1 .   A n d l ı   i c l a s ç ı l a r   k o l l e g i y a s ı n a   n a m i z ə d  

o l a n   a n d l ı   i c l a s ç ı l a r   s i y a h ı s ı n ı n   t ə r t i b   e d i l m ə s i

 

361.1.  Məhkəmənin  hazırlıq  iclasını  başa  çatdırdıqdan  sonra  bu  Məcəllənin 



birinci hissəsində nəzərdə tutulmuş hallarda məhkəmə iclasında sədrlik edən andlı 

iclasçılar  kollegiyasına  namizəd  olan  andlı  iclasçılar  siyahısının  tərtib  edilməsi 

məqsədi  ilə    7  (yeddi)  gündən  gec  olmayan  müddətdə  andlı  iclasçıların  ümumi 

siyahısı  üzrə  ilkin  püşkatmanın  keçirilməsi  barədə  məhkəmə  aparatına  dərhal 

göstəriş verir. 

361.2.  Məhkəmə  aparatı  tərəfindən  keçirilmiş  püşkatma  nəticəsində  andlı 

iclasçılar  kollegiyasına  namizəd  olan  andlı  iclasçılar  siyahısında  konkret  cinayət 

işinin  xüsusiyyətləri  nəzərə  alınmaqla  bu  Məcəllənin  363—365-ci  maddələrinin 

tələblərinin yerinə yetirilməsi üçün kifayət olan sayda andlı iclasçılar qalmalıdır. 

M a d d ə   3 6 2 .   A n d l ı   i c l a s ç ı l a r ı n   s e ç i l m ə s i   ü z r ə   m ə h k ə m ə  

i c l a s ı n ı n   k e ç i r i l m ə s i

 

362.1. Məhkəmə iclasında sədrlik edən andlı iclasçılar kollegiyasına namizədlərin 



siyahısını aldıqdan sonra 7 (yeddi) gündən gec olmayan müddətdə andlı iclasçıların 

seçilməsi  üzrə  məhkəmə  iclasını  təyin  edir.  Məhkəmə  iclasının  keçirilməsinin  vaxtı 

və yeri barədə müəyyən olunmuş qaydada namizədlər siyahısına daxil edilmiş andlı 

iclasçılara,  dövlət  ittihamçısına,  zərər  çəkmiş  şəxsə  (xüsusi  ittihamçıya), 

təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilir. 

362.2. Andlı iclasçıların seçilməsi üzrə məhkəmə iclası aşağıdakılardan ibarətdir: 

362.2.1. andlı iclasçıların məhkəmə iclasında iştirak etməsinə mane olan halların 

araşdırılmasından; 

362.2.2.  andlı  iclasçılara  etirazların  və  onların  özü-özünə  etirazlarının  həll 

edilməsindən; 

362.2.3.  andlı  iclasçılar  kollegiyası  tərkibinin  müəyyən  edilməsi  üzrə 

püşkatmanın keçirilməsindən; 

362.2.4. andlı iclasçıların and içməsindən. 

M a d d ə   3 6 3 .   A n d l ı   i c l a s ç ı l a r ı n   s e ç i l m ə s i   ü z r ə   m ə h k ə m ə  

i c l a s ı n ı n  

k e ç i r i l m ə s i  

z a m a n ı  

m ə h k ə m ə n i n  

i l k i n  

h ə r ə k ə t l ə r i

 

363.1.  Andlı  iclasçıların  seçilməsi  üzrə  məhkəmə  iclasını,  iştirak  edən  şəxslərə 



özünü  təqdim  edən  və  onlara  məhkəmə  iclasının  hansı  məqsədlə  keçirildiyini  qısa 

izah edən məhkəmə iclasında sədrlik edən açır. 

363.2.  Bundan  sonra  məhkəmə  iclasında  sədrlik  edənin  göstərişi  ilə  məhkəmə 

iclasının katibi aşağıdakı şəxslərin məhkəmə iclasına gəlməsini məruzə edir: 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə