Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə120/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   116   117   118   119   120   121   122   123   ...   190

364.5.9. təqsirləndirilən şəxsin andlı  iclasçılara etiraz etmək hüququndan  imtina 

etməsi  digər  təqsirləndirilən  şəxslərin  andlı  iclasçılara  etiraz  etmək  hüququnun 

məhdudlaşdırılmasına səbəb olmur. 

M a d d ə   3 6 5 .   A n d l ı   i c l a s ç ı l a r   k o l l e g i y a s ı n ı n   t ə r k i b i n i n  

m ü ə y y ə n   e d i l m ə s i   ü z r ə   p ü ş k a t m a n ı n   k e ç i r i l m ə s i

 

365.1.  Məhkəmə  iclasında  andlı  iclasçılara  dəlilsiz  etirazların  həllini  başa 



çatdırdıqdan  sonra  məhkəmə  iclasında  sədrlik  edən  andlı  iclasçılar  kollegiyasının 

tərkibinin müəyyən edilməsi üzrə püşkatma keçirir. 

365.2.  Andlı  iclasçılar  kollegiyasının  tərkibinə  on  iki  əsas  andlı  iclasçı  və 

məhkəmə  baxışı  zamanı  məhkəmənin  iclas  zalında  daimi  iştirak  etməli  olan  iki 

ehtiyat andlı iclasçı daxildir. 

365.3.  Andlı  iclasçılar  kollegiyasının  tərkibinin  müəyyən  edilməsi  üzrə 

püşkatmanın  keçirilməsi  zamanı  məhkəmə  iclasında  sədrlik  edən  etiraz  edilməmiş 

andlı  iclasçıların  soyadları  yazılmış  biletləri  qutuya  salır,  onları  qarışdırır  və  andlı 

iclasçılar  kollegiyasının  tərkibinə  daxil  edilən  andlı  iclasçının  biletdə  qeyd  edilmiş 

soyadını elan etməklə bir-bir on dörd bilet çıxarır. Püşkatma üzrə birinci seçilmiş on 

iki andlı iclasçı əsas, iki axırıncı andlı iclasçı isə ehtiyat andlı iclasçı hesab olunurlar. 

M a d d ə   3 6 6 .   A n d l ı   i c l a s ç ı l a r ı n   s e ç i l m ə s i   n ə t i c ə l ə r i n i n  

t a n ı n m a s ı

 

366.1.  Andlı  iclasçılar  kollegiyasının  tərkibinin  müəyyən  edilməsi  üzrə 



püşkatmanı  keçirdikdən  sonra  məhkəmə  iclasında  sədrlik  edən  dövlət 

ittihamçısının,  zərər  çəkmiş  şəxsin  (xüsusi  ittihamçının),  təqsirləndirilən  şəxsin  və 

onun müdafiəçisinin fikrini nəzərə almaqla andlı iclasçıların seçkisini baş tutmuş və 

ya etibarsız hesab etməlidir. 

366.2. Məhkəmə  baxışının keçirilməsi  üçün andlı  iclasçıların  seçilməsi aşağıdakı 

hallarda baş tutmuş hesab edilir: 

366.2.1. andlı iclasçıların seçilməsi üzrə məhkəmə iclasının keçirilməsi zamanı bu 

Məcəllənin 363—365-ci maddələrinin müddəalarının pozulmasına yol verilmədikdə; 

366.2.2.  qutudan  çıxarılmış  və  qutuda  qalmış  biletlərin  sayı  etiraz  edilməmiş 

andlı iclasçıların ümumi sayına bərabər olduqda. 

366.3. Məhkəmə iclasında sədrlik edən andlı iclasçıların seçilməsini etibarsız elan 

etdikdə,  andlı  iclasçılar  kollegiyasının  yaradılması  bu  Məcəllənin  müddəalarına 

uyğun olaraq tam həcmdə və ya qismən yenidən aparılır. 

366.4.  Seçilmiş  andlı  iclasçıların  soyadları  onların  püşkatma  üzrə  qutudan 

çıxarıldığı  ardıcıllıqla  məhkəmə  baxışında  iştirak  etmək  üçün  məhkəmə  iclasının 

katibi tərəfindən andlı iclasçılar kollegiyasının tərkibinə daxil edilir. Andlı iclasçılar 

kollegiyasının  tərkibi  məhkəmə  iclasında  sədrlik  edən  və  məhkəmə  iclasının  katibi 

tərəfindən  imzalanır.  Seçilmiş  andlı  iclasçıların  soyadlarının  qeyd  edildiyi  biletlər 

birinci instansiya məhkəməsində icraatın materiallarına əlavə edilir. 



M a d d ə   3 6 7 .   A n d l ı   i c l a s ç ı l a r ı n   a n d   i ç m ə s i   v ə   o n l a r a  

h ü q u q   v ə   v ə z i f ə l ə r i n i n   i z a h   e d i l m ə s i

 

367.1.  Məhkəmə  iclasında  sədrlik  edən  məhkəmə  baxışında  iştirak  etmək  üçün 



andlı iclasçılar kollegiyasının tərkibini elan etdikdən sonra məhkəmə iclasının katibi 

məhkəmənin iclas zalında olanlara ayağa qalxmağı təklif edir. 

367.2.  Məhkəmə  iclasında  sədrlik  edən  püşkatma  əsasında  seçilmiş  andlı 

iclasçılara aşağıdakı məzmunda and içməyi təklif edir: «Öz vəzifələrimi vicdanla və 

qərəzsiz,  təqsirkara  haqq  qazandırmadan  və  təqsirsizi  məhkum  etmədən  yerinə 

yetirəcəyimə and içirəm». 

367.3.  Sonra  məhkəmə  iclasında  sədrlik  edən  andlı  iclasçılardan  hər  birinin 

soyadını  çəkir  və  onlar  «And  içirəm»  deyərək  cavab  verirlər.  And  içmə  barəsində 

məhkəmənin iclas protokolunda qeyd aparılır. 

367.4.  Andlı  iclasçılar  and  içdikdən  sonra  məhkəmə  iclasında  sədrlik  edən 

aşağıdakı hərəkətləri yerinə yetirir: 

367.4.1.  andlı  iclasçılara  məhkəmənin  iclas  zalında  olan  şəxslərdən  ayrı  olan  və 

bir  qayda  olaraq,  təqsirləndirilən  şəxslərin  oturacağının  qarşısında  yerləşən  onlar 

üçün ayrılmış yeri tutmağı təklif edir; 

367.4.2.  andlı  iclasçılara  bu  Məcəllənin  82  və  83-cü  maddələrində  nəzərdə 

tutulmuş  hüquq  və  vəzifələrini  izah  edir  və  həmin  vəzifələrin  pozulmasının 

nəticələri barədə xəbərdarlıq edir; 

367.4.3.  ehtiyatda  olan  andlı  iclasçılara  əsas  andlı  iclasçılardan  hər  hansı  birinin 

məhkəmə  baxışında  iştirakı  qeyri-mümkün  olduğu  halda  verdikt  çıxarılanadək 

onların  əsas  andlı  iclasçılar  siyahısına  daxil  edilə  biləcəyini  bildirir.  Məhkəmə 

baxışından  çıxmış  əsas  andlı  iclasçıların  ehtiyat  andlı  iclasçılarla  əvəz  edilməsi 

püşkatma  üzrə  ehtiyatda  olan  andlı  iclasçıların  soyadları  qeyd  edilmiş  biletlərin 

qutudan çıxarıldığı ardıcıllıqla həyata keçirilir. 

M a d d ə   3 6 8 .   A n d l ı   i c l a s ç ı l a r ı n   i ş t i r a k ı   i l ə   m ə h k ə m ə  

b a x ı ş ı n ı n   k e ç i r i l m ə s i n i n   x ü s u s i y y ə t l ə r i

 

368.1. Andlı iclasçıların seçilməsindən sonra məhkəmə iclasında sədrlik edən bu 



andlı iclasçıların iştirakı ilə məhkəmə baxışına başlayır. 

368.2. Andlı iclasçıların iştirakı ilə keçirilən məhkəmə iclası aşağıdakı qaydalara 

riayət etməklə aparılır: 

368.2.1. bu Məcəllənin 359—380-ci maddələrinin tələbləri nəzərə alınmaqla; 

368.2.2. bu Məcəllənin 308—358-ci maddələrində nəzərdə tutulmuş qaydada. 

368.3.  Dövlət  ittihamçısına,  zərər  çəkmiş  şəxsə  (xüsusi  ittihamçıya), 

təqsirləndirilən  şəxsə  və  onun  müdafiəçisinə,  habelə  cinayət  prosesinin  digər 

iştirakçılarına  məhkəmə  iclaslarının  keçirildiyi  vaxt  və  iclaslararası  tənəffüslər 

zamanı  məhkəmə  baxışında  iştirak  edən  andlı  iclasçılarla  ünsiyyətdə  olmaq 

qadağandır. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə