Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə116/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   112   113   114   115   116   117   118   119   ...   190

cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  tərbiyəvi  xarakterli  məcburi  tədbirlərdən 

birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. 

348.2. Aşağıdakı hallarda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət 

qanunu  ilə  nəzərdə  tutulmuş  tibbi  xarakterli  məcburi  tədbirlərdən  birinin  tətbiq 

edilməsi barədə qərar çıxarır: 

348.2.1.  əməlin  törədilməsi  zamanı  təqsirləndirilən  şəxs  anlaqsız  vəziyyətdə 

olduqda; 

348.2.2.  cinayət  törətdikdən  sonra  təqsirləndirilən  şəxs  cinayət  cəzasının  təyin 

edilməsini və ya icrasını istisna edən psixi xəstəliyə tutulduqda; 

348.2.3.  təqsirləndirilən  şəxs  cinayət  törətdikdə  və  onun  anlaqsız  olduğunu 

istisna etməyən psixi pozuntu vəziyyətində olduqda; 

348.2.4.  təqsirləndirilən  şəxs  cinayət  törətdikdə  və  onun  alkoqolizmdən  və  ya 

narkomaniyadan müalicəyə ehtiyacı olduqda. 

348.3.  Bəraət  hökmü  çıxararkən  məhkəmə  bəraət  almış  şəxsə  cinayət  təqibi 

orqanlarının  qanunsuz  hərəkətləri  nəticəsində  vurulmuş  ziyanın  ödənilməsi 

məsələsinə dair qərar qəbul edir. 

348.4.  Hər  hansı  şəxs  bir  neçə  cinayətin  törədilməsində  ittiham  edildikdə, 

məhkəmə  bu  Məcəllənin  346.1.1—346.1.12,  346.1.14  —  346.1.16-cı  maddələrində 

göstərilmiş məsələləri cinayətlərdən hər biri üzrə ayrılıqda həll edir. 

348.5.  Cinayətin  törədilməsində  bir  neçə  təqsirləndirilən  şəxs  ittiham  edildikdə, 

bu  Məcəllənin  346.1-ci  maddəsində  göstərilən  bütün  məsələlər  təqsirləndirilən 

şəxslərdən hər birinin barəsində həll edilir. 

cxlii[142]

 

348.6.  Şərti  məhkum  etməni  tətbiq  edərkən  məhkəmə  aşağıdakı  məsələləri  həll 



etməlidir: 

348.6.1. şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş 

şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini; 

348.6.2. şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini.  

M a d d ə   3 4 9 .   M ə h k ə m ə n i n   h ö k m ü n ə   d a i r   i r ə l i   s ü r ü l ə n  

ü m u m i   t ə l ə b l ə r

 

349.1. Məhkəmənin hökmü Azərbaycan Respublikasının adından çıxarılır. 



349.2. Məhkəmənin hökmü ittihamedici, yaxud bəraətverici ola bilər. 

349.3. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 

349.4.  Məhkəmənin  hökmü  Azərbaycan  Respublikası  Konstitusiyasının,  bu 

Məcəllənin,  Azərbaycan  Respublikasının  cinayət  və  digər  qanunlarının  tələblərinə 

riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. 

349.5. Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 

349.5.1.  məhkəmənin  gəldiyi  nəticələr  yalnız  məhkəmə  istintaqında  tədqiq 

edilmiş sübutlara əsaslandıqda; 




349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 

349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun 

gəldikdə. 

M a d d ə   3 5 0 .   M ə h k ə m ə n i n   b ə r a ə t   h ö k m ü

 

350.1.  Məhkəmənin  bəraət  hökmü  təqsirləndirilən  şəxsin  cinayət  məsuliyyətinə 



cəlb  edildiyi  və  məhkəməyə  verildiyi  ittiham  üzrə  cinayətin  törədilməsində  onun 

təqsirli  olmaması  haqqında  məhkəmə  baxışının  nəticələrinə  dair  yekun  məhkəmə 

qərarını əks etdirir. 

350.2.  Bu  Məcəllənin  42.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallardan  biri 

olduqda,  aparılmış  məhkəmə  baxışının  nəticələrinə  dair  məhkəmə  bəraət  hökmü 

çıxarmalıdır. 

350.3.  Məhkəmənin  bəraət  hökmünə  bəraət  almış  şəxsin  təqsirsizliyini  şübhə 

altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. 

350.4.  Bəraət  hökmü  çıxarılarkən  cinayəti  törətmiş  şəxs  müəyyən  edilməmiş 

qaldıqda,  hökm  qanuni  qüvvəyə  mindikdən  sonra  bu  Məcəllənin  müddəaları  ilə 

nəzərdə  tutulmuş  qaydada  həmin  şəxsin  cinayət  təqibi  məsələsinin  həll  edilməsi 

üçün  məhkəmə  baxılmış  cinayət  işi  üzrə  materialları  və  ya  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materiallarını  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata keçirən prokurora göndərir. 

cxliii[143]

 

M a d d ə   3 5 1 .   M ə h k ə m ə n i n   i t t i h a m   h ö k m ü



 

351.1. 


Məhkəmənin 

ittiham 


hökmü 

təqsirləndirilən 

şəxsin 

cinayətin 



törədilməsində  təqsirli  bilinməsi  və  onun  barəsində  cəza  tədbirinin  tətbiq  edilməsi 

(cinayət  qanunu  ilə  bilavasitə  nəzərdə  tutulduğu  hallarda  onun  barəsində  cəzanın 

tətbiq  edilməməsi  və  ya  cəzadan  azad  edilməsi)  barədə  məhkəmə  baxışının 

nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 

351.2.  Məhkəmənin  ittiham  hökmü  ehtimallara  əsaslana  bilməz  və  yalnız 

məhkəmə  baxışı  zamanı  təqsirləndirilən  şəxsin  təqsiri  sübuta  yetirildiyi  halda 

çıxarılır. 

351.3.  Məhkəmə  bu  Məcəllənin  346.1.1—346.1.6-cı  maddələrində  göstərilən 

məsələlərə 

təsdiqedici 

cavab 

verdikdə, 



təqsirləndirilən 

şəxsin 


cinayətin 

törədilməsində  təqsiri  aşağıdakılar  nəzərə  alınmaqla  sübuta  yetirilmiş  hesab  edilə 

bilər: 

351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 



351.3.2.  bu Məcəllədə  nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə  baxışında 

ittihamın baxılması nəticələrinə əsaslanaraq; 

351.3.3.  məhkəmə  istintaqında  tədqiq  edilmiş  mötəbər  və  mümkün  sübutlara 

əsaslanaraq; 




351.3.4.  təqsirləndirilən  şəxsin  təqsirliliyinə  dair  aradan  qaldırıla  bilməyən 

şübhələri onun xeyrinə şərh edərək. 

M a d d ə   3 5 2 .   M ə h k ə m ə   h ö k m ü n ü n   t ə r t i b   e d i l m ə s i

 

352.1.  Bütün  zəruri  məsələləri  həll  etdikdən  sonra  məhkəmə  hökmün  tərtib 



edilməsinə başlayır. 

352.2. Məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan 

ifadələrlə tərtib edilməlidir. 

352.3.  Məhkəmənin  hökmü  giriş,  təsviri-əsaslandırıcı  və  nəticəvi  hissələrdən 

ibarətdir. 

352.4. Məhkəmənin hökmü hakimlərdən  biri tərəfindən əllə yazılmalı və ya çap 

makinasında, yaxud kompüterdə hazırlanmalıdır. 

352.5.  Məhkəmə  hökmünün  hər  səhifəsi  onun  lehinə  səs  vermiş  hakimlər 

tərəfindən  imzalanmalıdır.  Bu  hökmlə  razılaşmayan  hakim  hər  səhifəsi  özü 

tərəfindən imzalanmış yazılı xüsusi rəyini möhürlənmiş zərfdə məhkəmə icraatının 

materiallarına əlavə edir. 

352.6.  Məhkəmənin  hökmünə  düzəlişlər  hökm  elan  olunanadək  müşavirə 

otağında  edilməli  və  onun  lehinə  səs  vermiş  hakimlərin  imzaları  ilə  təsdiq 

olunmalıdır. 

 

M a d d ə   3 5 3 .   M ə h k ə m ə   h ö k m ü n ü n   m ə z m u n u



 

353.1. Məhkəmə hökmünün giriş hissəsində aşağıdakılar göstərilməlidir: 

353.1.1. məhkəmə hökmünün Azərbaycan Respublikasının adından çıxarıldığı; 

353.1.2. hökmün çıxarıldığı tarix, vaxt və yer; 

353.1.3. hökmü çıxarmış məhkəmənin adı; 

353.1.4. məhkəmənin tərkibi (hakimlərdən hər birinin soyadı, adı və atasının adı); 

353.1.5. məhkəmə iclasının katibi (soyadı, adı və atasının adı); 

353.1.6. dövlət ittihamçısı (soyadı, adı, atasının adı və vəzifəsi); 

353.1.7. xüsusi ittihamçı (soyadı, adı və atasının adı); 

353.1.8. müdafiəçi (soyadı, adı, atasının adı, daxil olduğu vəkillər kollegiyasının 

qurumu); 

353.1.9.  zərər  çəkmiş  şəxs,  mülki  iddiaçı,  mülki  cavabdeh  və  onların 

nümayəndələri (hər birinin soyadı, adı və atasının adı); 

353.1.10. təqsirləndirilən şəxs (soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və 

yer,  ailə  vəziyyəti,  vətəndaşlığı,  iş  yeri,  məşğuliyyəti,  təhsili  və  onun  şəxsiyyəti 

barədə digər məlumatlar); 

353.1.11.  təqsirləndirilən  şəxsin  məhkəməyə  verildiyi  cinayəti  nəzərdə  tutan 

cinayət qanununun maddəsi. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə