Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə112/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   108   109   110   111   112   113   114   115   ...   190

16  (on  altı)  yaşına  çatmamış  şahidin  məhkəmə  iclasında  təqsirləndirilən  şəxsin 

iştirakı  olmadan  dindirilməsinə  yol  verilə  bilər.  Bütün  hallarda  16  (on  altı)  yaşına 

çatmamış  şahidin  ifadələri  təqsirləndirilən  şəxsə  elan  edilir  və  ona  öz  müdafiəçisi 

vasitəsilə  həmin  şahidə  suallar  vermək  imkanı  yaradılır.  Məhkəmə  iclası  zalına 

qayıtdıqdan  sonra  təqsirləndirilən  şəxs  yetkinlik  yaşına  çatmamış  şahidin  verdiyi 

məlumatlarla əlaqədar öz ifadələrini vermək hüququna malikdir. 

328.9. Cinayət prosesi tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə on altı 

yaşına çatmamış şahidin məhkəmənin iclas zalında qalmasının məhkəmə tərəfindən 

zəruri  hesab  edildiyi  hallar  istisna  olmaqla,  o,  dindirildikdən  sonra  məhkəmənin 

iclas zalını tərk etməlidir. 

M a d d ə   3 2 9 .   Ş a h i d   i f a d ə l ə r i n i n   e l a n   e d i l m ə s i

 

329.1.  Şahid  tərəfindən  məhkəməyədək  icraat,  davam  edən  məhkəmə  baxışı 



zamanı  əvvəllər  keçirilmiş  məhkəmə  iclasında  və  ya  cari  məhkəmə  iclasında 

verilmiş  ifadələrin  şahidin  məhkəmə  iclasında  iştirakı  olmadan  elan  edilməsinə, 

habelə  həmin  ifadələrin  audio  yazısının  səsləndirilməsinə  video  və  ya  kino 

çəkilişinin  göstərilməsinə  yalnız  şahidin  məhkəmə  baxışına  gəlməsini  istisna  edən 

səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər 

hallarda yol verilir. 

cxxxvii[137]

 

329.2.  Şahid  ifadələrinin  audio  yazısının  səsləndirilməsinə,  video  və  ya  kino 



çəkilişinin göstərilməsinə yalnız onun dindirilməsi protokolu və ya şahidin ifadələri 

yazılan hissədə məhkəmə iclasının protokolu elan edildikdən sonra yol verilir. 

M a d d ə   3 3 0 .   Z ə r ə r   ç ə k m i ş   ş ə x s i n   d i n d i r i l m ə s i

 

330.1.  Zərər  çəkmiş  şəxs  bu  Məcəllənin  328-ci  maddəsində  şahidin  dindirilməsi 



üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir. 

330.2. Məhkəmə iclasında zərər çəkmiş şəxs şahidlərin dindirilməsindən və digər 

sübutların  tədqiq  edilməsindən  əvvəl  dindirilir.  Yalnız  təqsirləndirilən  şəxsin 

dindirilməsi istisna təşkil edə bilər. 

330.3.  İttihamı  müdafiə  edən  zərər  çəkmiş  şəxsi  əvvəl  ittiham  tərəfi,  sonra 

müdafiə tərəfi və daha sonra məhkəmə dindirir. 

330.4.  Cinayət  prosesinin  tərəfləri  etiraz  etmədiyi  halda  məhkəmə  zərər  çəkmiş 

şəxsin  vəsatəti  əsasında  ona  dindirildikdən  sonra  məhkəmənin  iclas  zalını  tərk 

etməyə icazə verə bilər. 

330.5.  Müstəsna  hallarda  həyatına  real  təhdidlər  olduqda  zərər  çəkmiş  şəxsin 

təhlükəsizliyinin  təmin  edilməsi,  ona  təsir  göstərilməsinin  qarşısının  alınması 

məqsədilə  zərər  çəkmiş  şəxsin  və  ya  dövlət  ittihamçısının  vəsatəti  üzrə,  yaxud 

məhkəmənin  təşəbbüsü  ilə  və  yalnız  onun  əsaslandırılmış  qərarı  əsasında,  həmin 

şəxsə  məhkəmə  iclasında  bilavasitə  iştirak  etmədən  texniki  vasitələrdən  istifadə 

olunmaqla ifadə vermək imkanı yaradıla bilər. 

cxxxviii[138]

 



M a d d ə   3 3 1 .   M ə h k ə m ə   b a x ı ş ı n d a   e k s p e r t i z a

 

331.1.  Məhkəməyədək  icraat  zamanı  ekspertizanın  keçirildiyi  halda,  məhkəmə 



istintaqının  gedişində  ekspertin  məhkəməyədək  icraat  mərhələsində  verdiyi  rəy 

tədqiq edilir. 

331.2.  Məhkəməyədək  icraat  zamanı  rəy  vermiş  ekspert  aşağıdakı  hüquqlara 

malikdir: 

331.2.1.  məhkəmə  baxışında  və  ekspertizanın  predmetinə  aid  olan  sübutların 

tədqiq edilməsində iştirak etmək; 

331.2.2.  təqsirləndirilən,  zərər  çəkmiş  şəxsin,  şahidlərin  dindirilməsində,  maddi 

sübutların  müayinəsində  və  digər  istintaq  hərəkətlərinin  aparılmasında  iştirak 

etmək. 

331.3.  Ekspertin  rəyi  tədqiq  edildikdən  sonra  məhkəmə  cinayət  prosesi 



tərəflərindən  hər  birinin  fikrini  dinləməklə  cinayət  prosesi  tərəflərinin  vəsatəti 

əsasında və ya öz təşəbbüsü ilə təkrar və ya əlavə ekspertiza təyin etmək hüququna 

malikdir. 

331.4.  Cinayət  işi  üzrə  ibtidai  araşdırma  zamanı  ekspertiza  təyin  edilmədikdə 

cinayət  prosesinin  tərəfləri  məhkəmə  baxışında  ekspertizanın  təyin  edilməsi 

haqqında vəsatət qaldıra bilərlər. 

331.5.  Cinayət  prosesinin  tərəfi  özünün  yazılı  vəsatətində  aşağıdakıları 

göstərməlidir: 

331.5.1. ekspertin rəy verəcəyi sualları; 

331.5.2. hansı halların araşdırılmalı olduğunu; 

331.5.3. kimin ekspert qismində cəlb edilməsi məsələsinə dair təkliflərini. 

331.6. Cinayət prosesinin hər bir tərəfi aşağıdakı hüquqlara malikdir: 

331.6.1. ekspertizanın təyin edilməsi haqqında əks tərəfin vəsatəti ilə tanış olmaq; 

331.6.2. bu Məcəllənin 331.5-ci maddəsində nəzərdə tutulmuş məsələlərə dair öz 

fikrini bildirmək. 

331.7.  Bu  Məcəllənin  140.0.1  —  140.0.4-cü  maddələrində  nəzərdə  tutulmuş 

halların 

müəyyən 


edilməsi 

üçün 


ibtidai 

araşdırma 

zamanı 

ekspertiza 



keçirilməmişdirsə, məhkəmə ekspertizanın aparılmasını təmin etməlidir. Bu və digər 

hallarda  ekspertiza  təyin  edildikdə,  məhkəmə  iclasında  sədrlik  edən  cinayət 

prosesinin  tərəflərinə  ekspert  qarşısında  suallar  qoymağı,  ekspertizanın 

aparılmasının  kimə  tapşırılması  və  nəyin  tədqiq  edilməsi  barədə  öz  mülahizələrini 

bildirməyi  təklif  edir.  Məhkəmə  cinayət  prosesinin  tərəflərinə  aid  olan  şəxslərdən 

hər  hansı  birinin  vəsatəti  üzrə  tərəflərə  öz  mülahizə  və  suallarını  bildirmək  üçün 

imkan yaradılması məqsədi ilə  məhkəmə iclasında tənəffüs elan edir. 

331.8.  Cinayət  prosesinin  tərəfləri  ekspert  tədqiqatının  obyekti  kimi  əşya  və 

sənədləri  təqdim  etmək  hüququna  malikdirlər.  Onları  belə  obyektlər  sırasından 

xaric edərək məhkəmə əsaslandırılmış qərar çıxarmalıdır. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə