Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə108/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   104   105   106   107   108   109   110   111   ...   190

321.2.1.  cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya 

xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraata  xitam  verilməsi  və  ya  onun 

dayandırılması barədə; 

321.2.2. qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi barədə; 

321.2.3. etirazlar barədə; 

321.2.4. ekspertizanın təyin edilməsi barədə. 

321.3.  Məhkəmə  baxışı  zamanı  qəbul  edilən  bütün  digər  qərarlar  məhkəmənin 

mülahizəsinə  görə  hakimlərin  müşavirəsindən  sonra  məhkəmə  iclasının 

protokoluna daxil edilməklə yerində çıxarıla bilər. 

321.4.  Məhkəmə  tərəfindən  məhkəmə  baxışı  zamanı  çıxarılmış  qərarlar  dərhal 

elan edilməlidir. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, həmin qərarlar elan 

edildikdən dərhal sonra qüvvəyə minir. 

X L I I   f ə s i l    

MƏHKƏMƏ BAXIŞININ AÇILIŞI 

M a d d ə   3 2 2 .   M ə h k ə m ə   b a x ı ş ı n ı n   a ç ı l ı ş ı   i l ə   m ə h k ə m ə n i n  

i l k i n   h ə r ə k ə t l ə r i

 

322.1. Məhkəmə baxışı üzrə məhkəmə iclası üçün təyin edilmiş vaxtda məhkəmə 



tərkibi (cinayət işinə təkbaşına baxıldığı halda hakim) məhkəmənin iclas zalına daxil 

olur və orada hakimlərin yerini tutur. Bundan sonra məhkəmə iclasında ardıcıllıqla 

aşağıdakı hərəkətlər yerinə yetirilir: 

322.1.1. məhkəmə iclasında sədrlik edən məhkəmə baxışını açır və hansı cinayət 

işinə,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarına  və  ya  xüsusi  ittiham 

qaydasında şikayətə baxılacağını elan edir; 

322.1.2.  məhkəmə  iclasında  sədrlik  edənin  göstərişi  əsasında  məhkəmə  iclasının 

katibi 


cinayət 

prosesi 


iştirakçılarının, 

habelə 


şahidlərin, 

ekspertlərin, 

mütəxəssislərin,  tərcüməçinin  məhkəmə  iclasına  gəlməsi  və  gəlməyən  şəxslərin 

gəlməmə səbəbləri barədə məhkəməyə məruzə edir; 

322.1.3.  məhkəmə  iclasında  sədrlik  edən  məhkəmə  nəzarətçilərinə  şahidlərin 

müşayiət  altında  şahidlər  üçün  otağa  aparılması,  bir-biri  və  digər  şəxslərlə 

ünsiyyətdə  olmasının  qarşısının  alınması,  şahidlər  üçün  ayrılmış  otaqda  ləyaqətli 

şəraitin yaradılması barədə göstərişlər verir; 

322.1.4. məhkəmə iclasında sədrlik edən məhkəmə iclasında tərcüməçi qismində 

kimin  iştirak  etdiyini  yoxlayır  və  ona,  bu  Məcəllənin  99.4  —  99.6-cı  maddələrində 

nəzərdə tutulmuş vəzifələrini, hüquqlarını və məsuliyyətini izah edir; 

322.1.5.  məhkəmə  iclasında  sədrlik  edən  məhkəmə  iclasına  gəlmiş  cinayət 

prosesinin iştirakçılarına tərcüməçiyə etiraz etmək hüququnu və bu Məcəllənin 117-

ci  maddəsində  nəzərdə  tutulmuş  tərcüməçiyə  etiraz  edilməsinə  səbəb  olan  əsasları 

izah edir; 



322.1.6.  tərcüməçiyə  etiraz  edildikdə  məhkəmə  həmin  etirazın  təmin  edilib-

edilməməsini  həll  edir  (qərar  qəbul  etmək  üçün  məhkəmə  müşavirə  otağına  gedir, 

qayıtdıqdan  sonra  qəbul  edilmiş  qərarı  elan  edir  və  onun  icrasını  təmin  edərək 

məhkəmə iclasını davam etdirir); 

322.1.7.  məhkəmə  iclasında  sədrlik  edən  məhkəmənin  tərkibini  və  məhkəmə 

iclasının katibini elan edir və hakimə, hakimlərə və ya məhkəmənin bütün tərkibinə, 

habelə məhkəmə iclasının katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün bu 

Məcəllənin  109  və  116-cı  maddələrində  nəzərdə  tutulmuş  əsasları  izah  edir  (bu 

qaydalar məhkəmə iclasında iştirak etdiyi halda ehtiyatda olan hakim barəsində də 

tətbiq edilir); 

322.1.8.  hakimə,  hakimlərə  və  ya  bütün  məhkəmə  tərkibinə  etiraz  edildikdə 

məhkəmə iclasında sədrlik edən məhkəmə iclasını təxirə salır, etiraza bu Məcəllənin 

109.3—109.5-ci  maddələrinin  müddəalarına  əsasən  baxılır,  etirazın  təmin  edilib-

edilməməsi  məsələsi  həll  edilir,  qəbul  edilmiş  əsaslandırılmış  qərar  məhkəmə 

iclasında  sədrlik  edən  tərəfindən  elan  edilir  (etiraz  baxılmamış  saxlanıldıqda  və  ya 

təmin  edilmədikdə  məhkəmə  baxışı  davam  etdirilir,  etiraz  təmin  olunduqda 

məhkəmə iclası bağlı elan edilir, məhkəmə baxışı isə təxirə salınır və yalnız hakim və 

məhkəmə  tərkibi  əvəz  edildikdən  sonra  təzələnərək  əvvəldən  başlanır);  məhkəmə 

iclasının  katibinə  etiraz  edildikdə  məhkəmə  müşavirə  otağına  gedir,  etirazın  təmin 

edilib-edilməməsi  məsələsini  həll  edir  və  qayıtdıqdan  sonra  qəbul  etdiyi 

əsaslandırılmış  qərarı  elan  edir  (etiraz  təmin  edildikdə  məhkəmə  iclasının  katibi 

başqa məhkəmə iclasının katibi ilə əvəz olunur və məhkəmə baxışı davam etdirilir); 

cxxxvi[136]

 

322.1.9.  məhkəmə  iclasında  sədrlik  edən  təqsirləndirilən  şəxsin  (növbə  ilə 



təqsirləndirilən  hər  bir  şəxsin)  şəxsiyyətini  (soyadını,  adını,  atasının  adını, 

doğulduğu ili, ayı, günü, yeri və ailə vəziyyətini) müəyyən edir; 

322.1.10.  məhkəmə  iclasında  sədrlik  edən  ittiham  aktının,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  nəticələrinə  dair  yekun  protokolunun  və  ya  xüsusi  ittiham 

qaydasında  şikayətin  surətinin  təqsirləndirilən  şəxsə  verilib-verilmədiyini 

aydınlaşdırır  (təqsirləndirilən  şəxsin  şəxsiyyəti  və  ya  göstərilən  sənədlərin  ona 

verilməsi  müəyyən  edilmədikdə  məhkəmə  baxışı  təxirə  salınır  və  yalnız  həmin 

sənədlər ona verildikdən sonra təzələnərək əvvəldən başlanır); 

322.1.11.  məhkəmə  iclasında  sədrlik  edən  təqsirləndirilən  hər  bir  şəxsə  bu 

Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir; 

322.1.12.  məhkəmə  iclasında  sədrlik  edən  cinayət  işi  üzrə  kimin  zərər  çəkmiş 

şəxs,  mülki  iddiaçı,  mülki  cavabdeh  olduğunu  (onların  soyadı,  adı,  atasının  adı, 

doğulduğu il, ay, gün, yer, ailə vəziyyəti) elan edir; 

322.1.13.  məhkəmə  iclasında  sədrlik  edən  hər  bir  zərər  çəkmiş  şəxsə  (xüsusi 

ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə onların bu Məcəllənin 87 — 89 və 93-

cü  maddələrinə  müvafiq  olaraq  nəzərdə  tutulmuş  hüquqlarını  və  vəzifələrini  izah 

edir; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə