Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə106/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   102   103   104   105   106   107   108   109   ...   190

tutur.  Məhkəməyədək  icraat  zamanı  təqsirləndirilən  şəxsə  elan  edilmiş  ittiham 

məhkəmə  baxışı  zamanı  təsdiq  edilmədikdə,  o,  həmin  ittihamdan  imtina  etməyə 

haqlıdır.  Məhkəmə  baxışı  zamanı  dövlət  ittihamçısının  və  xüsusi  ittihamçının 

ittihamın  müdafiəsindən  imtina  etdikləri  halda  (yekun  məhkəmə  qərarının 

çıxarılması  üçün  məhkəmənin  müşavirə  otağına  getməsindən  əvvəl)  məhkəmə  bu 

Məcəllənin  43.1-ci  maddəsinin  müddəalarına  əsasən  cinayət  təqibinə  xitam 

verilməlidir. 

314.3.  Dövlət  ittihamçısının  ictimai  və  ya  ictimai-xüsusi  ittiham  üzrə  məhkəmə 

baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, 

o məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Dövlət 

ittihamçısı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə və onu başqa dövlət 

ittihamçısı  ilə  əvəz  etmək  mümkün  olmadıqda,  məhkəmə  baxışı  təxirə  salınır  və 

başqa vaxta keçirilir. İşə yeni cəlb edilmiş dövlət ittihamçısına məhkəmədə ittihamın 

müdafiəsinə hazırlaşması üçün vaxt verilir. 

314.4.  Dövlət  ittihamçısı  ictimai  və  ya  ictimai-xüsusi  ittiham  üzrə  məhkəmə 

baxışı  zamanı  məhkəməyə  əvvəlcədən  məlumat  vermədən  məhkəmə  iclasına 

təkrarən üzrlü səbəb olmadan gəlmədikdə və onun həmin məhkəmə iclasında əvəz 

edilməsi mümkün olmadıqda məhkəmə Azərbaycan Respublikasının Baş prokuroru 

qarşısında  dövlət  ittihamçısının  intizam  məsuliyyətinə  cəlb  edilməsi  haqqında 

məsələ qaldırmaq hüququna malikdir. 

M a d d ə   3 1 5 .   Z ə r ə r   ç ə k m i ş   ş ə x s i n   ( x ü s u s i   i t t i h a m ç ı n ı n )  

m ə h k ə m ə  

b a x ı ş ı n d a  

i ş t i r a k ı  

v ə  

o n u n  



g ə l m ə m ə s i n i n  

n ə t i c ə l ə r i

 

315.1.  Zərər  çəkmiş  şəxs  (xüsusi  ittihamçı)  bu  Məcəllənin  87.6-cı  maddəsinin 



nəzərdə  tutulmuş  hüquqlardan  istifadə  etməklə  məhkəmə  baxışı  zamanı  bütün 

məhkəmə  iclaslarında  iştirak  etmək  hüququna  malikdir.  Bu  zaman  o,  xüsusi 

ittihamçı  kimi  həmçinin  bu  Məcəllənin  88.4-cü  maddəsinda  nəzərdə  tutulmuş 

hüquqlardan istifadə edir. 

315.2.  Zərər  çəkmiş  şəxs  (xüsusi  ittihamçı)  ictimai  və  ya  ictimai-xüsusi  ittiham 

qaydasında  həyata  keçirilməli  cinayət  təqibi  üzrə  məhkəmə  iclasına  gəlmədikdə, 

məhkəmə  cinayət  prosesi  tərəflərinin  fikrini  dinlədikdən  sonra  onun  iştirakı 

olmadan  cinayət  təqibi  ilə  bağlı  bütün  hallarının  hərtərəfli,  tam  və  obyektiv  tədqiq 

edilməsinin,  qanuni  və  əsaslı  yekun  məhkəmə  qərarının  çıxarılmasının 

mümkünlüyü  barədə  məsələni  həll  edir.  Zəruri  hallarda  məhkəmə  baxışı  təxirə 

salınır və məhkəmə iclası başqa vaxta keçirilir. 

315.3.  Zərər  çəkmiş  şəxs  (xüsusi  ittihamçı)  ictimai  və  ya  ictimai-xüsusi  ittiham 

üzrə məhkəmə baxışı zamanı məhkəmə iclasına təkrarən gəlmədikdə cinayət prosesi 

tərəflərindən  birinin  xahişi  ilə  məhkəmə  baxışı  yenidən  təxirə  salınır  və  məhkəmə 

iclası  başqa  vaxta  keçirilir.  Lakin  belə  hallarda  zərər  çəkmiş  şəxs  (xüsusi  ittihamçı) 

məhkəmə  iclasına  üzrlü  səbəblərə  görə  gəlməsinin  təkrarən  mümkünsüzlüyünü 




məhkəmə  iclası  başlananadək  məhkəməyə  bildirməmişsə,  məhkəmə  öz  qərarı  ilə 

onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər. 

315.4.  Xüsusi  ittihamçının  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  məhkəmə 

baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, 

o,  məhkəmə  iclası  başlananadək  bu  barədə  məhkəməyə  məlumat  verməlidir. 

Məhkəmə  xüsusi  ittihamçının  məhkəmə  iclasına  gəlməməsi  səbəbini  üzrlü  hesab 

etdikdə, cinayət işinin məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta 

keçirilir. 

315.5.  Xüsusi  ittihamçı  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  məhkəmə  baxışı 

zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin 

qərarı ilə  cinayət işinin məhkəmədə xüsusi  ittiham qaydasında şikayət üzrə icraata 

xitam verilir. 

M a d d ə  

3 1 6 .  

M ə h k ə m ə  

b a x ı ş ı n d a  

m ü l k i  

i d d i a ç ı n ı n  

i ş t i r a k ı   v ə   o n u n   g ə l m ə m ə s i n i n   n ə t i c ə l ə r i

 

316.1.  Mülki  iddiaçı  verdiyi  iddianı  müdafiə  etmək  üçün  bu  Məcəllənin  89.4-cü 



maddəsində  nəzərdə  tutulmuş  hüquqlardan  istifadə  etməklə  məhkəmə  baxışı 

zamanı bütün məhkəmə iclaslarında iştirak edə bilər. 

316.2.  Mülki  iddiaçı  və  ya  onun  nümayəndəsi  məhkəmə  iclasına  gəlmədikdə 

mülki  iddia  baxılmamış  saxlana  bilər.  Bu,  mülki  iddia  vermiş  şəxsi  iddianı  mülki 

mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir. 

316.3. Mülki iddiaya dair məhkəmə: 

316.3.1. mülki iddiaçının və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəmə 

baxışı  zamanı  mülki  iddiaya  onların  məhkəmə  iclasında  iştirakı  olmadan 

baxmalıdır; 

316.3.2.  bu Məcəllənin 181.7-ci  maddəsinin  müddəalarına müvafiq olaraq mülki 

iddia  dövlət  ittihamçısı  tərəfindən  müdafiə  edildikdə,  məhkəmə  baxışı  zamanı 

mülki  iddiaya  mülki  iddiaçının  və  ya  onun  nümayəndəsinin  gəlib-gəlməməsindən 

asılı olmayaraq baxmalıdır. 

M a d d ə   3 1 7 .   M ə h k ə m ə   i c l a s ı n a   g ə l m ə m i ş   ş a h i d ,   e k s p e r t  

v ə   y a   m ü t ə x ə s s i s i n   i ş t i r a k ı   o l m a d a n   m ə h k ə m ə   b a x ı ş ı n ı n  

d a v a m  

e t d i r i l m ə s i n i n  

m ü m k ü n l ü y ü  

b a r ə d ə  

m ə s ə l ə n i n  

h ə l l i

 

317.1.  Bu  Məcəllənin  226.1—226.3-cü  maddələrinin  müddəalarına  uyğun  olaraq 



məhkəmə  iclasına  çağırılmış  şahid,  ekspert  və  mütəxəssisdən  hər  hansı  biri 

məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər 

birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun 

təxirə  salınması  haqqında  qərar  çıxarır.  Göstərilən  şəxslərdən  hər  hansı  birinin 

gəlməməsi  cinayət  təqibi  ilə  bağlı  olan  bütün  hallarının  hərtərəfli,  tam  və  obyektiv 

tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə