Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə103/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   99   100   101   102   103   104   105   106   ...   190

qaydasında  şikayət  üzrə  icraatın  dayandırılması  haqqında  əsaslandırılmış  qərar 

çıxarır: 

304.1.1. təqsirləndirilən şəxs gizləndikdə və onun olduğu yer məlum olmadıqda; 

304.1.2. təqsirləndirilən şəxs onun məhkəmə baxışında iştirakını istisna edən ağır 

xəstəliyə tutulduqda; 

304.1.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında cinayət 

işi,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham 

qaydasında  şikayət  üzrə  icraat  zamanı  tətbiq  edilmiş  normativ  hüquqi  aktın 

Azərbaycan  Respublikasının  Konstitusiyasına  uyğunluğunun  yoxlanılması  ilə  bağlı 

sorğu olduqda. 

304.2.  Məhkəmə  icraatı  müdafiə  hüquqlarına  xələl  gətirməməsi  şərtilə  bir  və  ya 

bir  neçə  təqsirləndirilən  şəxs  barəsində  dayandırıla  bilər.  Bu  Məcəllənin  304.1-ci 

maddəsində göstərilən hallarda təqsirləndirilən şəxslərdən hər hansı biri ilə bağlı iş 

üzrə icraat dayandırıldıqda həbsdə olan digər təqsirləndirilən  şəxs  barəsində  icraat 

uzadılmamalı  və  hər  bir  halda  30  (otuz)  gün  müddətindən  gec  olmayaraq 

təzələnməlidir. 

M a d d ə  

3 0 5 .  

C i n a y ə t  

i ş i  


v ə  

y a  


m ə h k ə m ə y ə d ə k  

s a d ə l ə ş d i r i l m i ş   i c r a a t ı n   m a t e r i a l l a r ı   ü z r ə   i c r a a t a   x i t a m  

v e r i l m ə s i

 

305.1.  Məhkəmənin  hazırlıq  iclasında  bu  Məcəllənin  39-cu  maddəsində  nəzərdə 



tutulmuş  hallar  müəyyən  edildikdə  məhkəmə  cinayət  işi  və  ya  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materialları  üzrə  icraata  xitam  verilməsi  haqqında 

əsaslandırılmış  qərar  çıxarır.  Cinayət  təqibini  istisna  edən  hallar  ittihamın  bir 

hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. 

305.2.  Cinayət  işi  üzrə  icraata  xitam  verilməsi  haqqında  qərara  ibtidai  istintaq 

mərhələsində  qəbul  edilmiş  qətimkan  tədbirlərinin  və  vurulmuş  ziyanın 

ödənilməsinin  təmin  edilməsinə  dair  tədbirlərin,  habelə  digər  cinayət-prosessual 

məcburiyyət  tədbirlərinin  ləğv  edilməsi  barədə  qərarlar  daxil  edilir  və  həmin 

qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. 

M a d d ə   3 0 6 .   Q ə t i m k a n   t ə d b i r i   i l ə   b a ğ l ı   m ə s ə l ə l ə r i n  

h ə l l   e d i l m ə s i

 

306.1.  Məhkəmənin  hazırlıq  iclasının  nəticələrinə  dair  məhkəmə  bu  Məcəllənin 



300.1.1,  300.1.5  və  300.1.6-cı  maddələrində  nəzərdə  tutulmuş  qərarlar  çıxarmaqla 

yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 

306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və 

ya edilməməsinin əsaslılığı; 

306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 

306.1.3.  təqsirləndirilən  şəxs  barəsində  seçilmiş  qətimkan  tədbirinin  qüvvəsinin 

saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 



306.2.  Cinayət  işinin  baxılmasına  xitam  verilməsi  və  onun  ibtidai  araşdırmaya 

prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora  qaytarılması  haqqında  qərarı  elan 

etdikdən sonra məhkəmə  bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada 

eyni  zamanda  aşağıdakı  hallar  mövcud  olduqda  təqsirləndirilən  şəxsin  həbsdə 

saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 

306.2.1.  ibtidai  araşdırma  zamanı  təqsirləndirilən  şəxs  barəsində  seçilmiş  həbs 

qətimkan  tədbirinin  müddəti  cinayət  işinin  baxılmasına  xitam  verilməsi  və  onun 

ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora  qaytarılması 

haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 

306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama 

müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. 

M a d d ə  

3 0 7 .  

M ə h k ə m ə n i n  

h a z ı r l ı q  

i c l a s ı n ı n  

n ə t i c ə l ə r i n ə   d a i r   ç ı x a r ı l a n   x ü s u s i   q ə r a r

 

307.1. Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və 



ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi 

və  onun  ibtidai  (araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora 

qaytarılması  haqqında  qərarla,  habelə  cinayət  işi  və  ya  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materialları  üzrə  icraata  xitam  verilməsi  haqqında  qərarla 

yanaşı,  məhkəməyədək  icraat  zamanı  bu  Məcəllənin  tələblərinin  kobud  surətdə 

pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır.

cxxx[130]

 

307.2.  Məhkəmənin  xüsusi  qərarında  onun  hansı  cinayət  işi  və  ya 



məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  üzrə  və  kim  tərəfindən 

çıxarıldığı  qeyd  edilməli,  işin  mahiyyəti,  dəqiq  olaraq  bu  Məcəllənin  303.3-cü 

maddəsində  nəzərdə  tutulmuş  kobud  pozuntalardan  hansı  pozuntu  və  kimin 

tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. 

307.3.  Məhkəmə  tərəfindən  çıxarılmış  xüsusi  qərar  təsir  tədbirlərinin  görülməsi 

üçün aşağıdakı şəxslərə göndərilməlidir: 

307.3.1.  müstəntiq,  təhqiqatçı  və  təhqiqat  orqanının  əməkdaşı  barəsində  — 

tabeçiliyindən  asılı  olaraq  Azərbaycan  Respublikası  müvafiq  mərkəzi  icra 

hakimiyyəti orqanının rəhbərinə; 

307.3.2.  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  və 

prokurorluğun  müstəntiqi  barəsində  —  Azərbaycan  Respublikasının  Baş 

prokuroruna; 

307.3.3. (çıxarılıb) 

cxxxi[131]

 

307.4. Məhkəmə qərarının ünvanlandığı vəzifəli şəxslər həmin qərar onlara daxil 



olduqdan  sonra  30  (otuz)  gündən  gec  olmayan  müddətdə  aşağıdakı  hərəkətləri 

yerinə yetirməlidir: 

307.4.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq  kobud 

pozuntulara yol vermiş şəxslərin məsuliyyəti məsələsini həll etmək; 

307.4.2. görülmüş tədbirlər barədə məhkəməyə məlumat vermək.  



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə