Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə111/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   107   108   109   110   111   112   113   114   ...   190

326.7.  İfadələrinə  aid  olan  qeydlər  və  sənədlər  təqsirləndirilən  şəxs  tərəfindən 

oxunduqda,  həmin  materiallar  məhkəmənin  tələbi  ilə  nəzərdən  keçirilməsi  və 

icraatın  materiallarına  əlavə  edilməsi  üçün  məhkəməyə  təqdim  edilir.  Cinayət 

prosesi  tərəflərinin  vəsatətinə  əsasən  təqsirləndirilən  şəxsin  icraatın  materiallarına 

əlavə  edilən  qeyd  və  sənədləri  nəzərdən  keçirilməsi  üçün  həmçinin  onlara  təqdim 

edilir. 


326.8. Təqsirləndirilən şəxsin dindirilməsi zamanı: 

326.8.1.  cinayət  prosesinin  tərəfləri  onlarda  olan,  məhkəmə  isə  məhkəmə 

icraatının materiallarına əlavə edilmiş əşya və sənədləri təqdim edə bilərlər; 

326.8.2.  cinayət  prosesinin  tərəfləri  həmin  sənədlərin  oxunması  və  onların 

icraatın materiallarına əlavə edilməsi barədə vəsatət qaldıra bilərlər; 

326.8.3.  cinayət  prosesinin  tərəfləri  və  məhkəmə  təqsirləndirilən  şəxsə  təqdim 

edilmiş əşya və sənədlərlə (məhkəmə iclasının protokolunda təqsirləndirilən şəxsin 

dindirilməsi  zamanı  məhz  hansı  əşyaların,  sənədlərin  və  kim  tərəfindən  təqdim 

edildiyi göstərilməlidir) bağlı ona suallar verə bilərlər. 

326.9.  Cinayət  təqibi  ilə  bağlı  olan  halların  hərtərəfli,  tam  və  obyektiv  tədqiq 

edilməsi  üçün  zəruri  olan  hallarda  məhkəmənin  əsaslandırılmış  qərarı  əsasında 

təqsirləndirilən  şəxs  digər  təqsirləndirilən  şəxs  olmadan  dindirilə  bilər.  Məhkəmə 

iclası zalında olmayan təqsirləndirilən şəxs qayıtdıqdan sonra: 

326.9.1. onun iştirakı olmadan dindirilmiş digər təqsirləndirilən şəxsin məhkəmə 

iclasının protokoluna daxil edilmiş ifadələri oxunur; 

326.9.2.  ona  zəruri  ifadələr  vermək,  onun  olmadığı  vaxt  dindirilmiş 

təqsirləndirilən şəxsə suallar vermək üçün imkan yaradılır. 

M a d d ə   3 2 7 .   T ə q s i r l ə n d i r i l ə n   ş ə x s i n   i f a d ə l ə r i n i n   e l a n  

e d i l m ə s i

 

327.1.  Təqsirləndirilən  şəxsin  məhkəməyədək  icraat  zamanı,  davam  edən 



məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə 

iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi 

yalnız aşağıdakı hallarda elan edilə və ya göstərilə bilər: 

327.1.1. təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın 

mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə; 

327.1.2. məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda; 

327.1.3.  təqsirləndirilən  şəxsin  əvvəllər  vermiş  olduğu  və  cari  məhkəmə 

baxışında  verdiyi  ifadələr  arasında  əhəmiyyətli  ziddiyyətlər  olduqda  (belə  halda 

təqsirləndirilən  şəxsin  ifadələrinin  elan  edilməsi  yalnız  onun  sərbəst  ifadə 

verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür). 

327.2. Təqsirləndirilən şəxsin dindirilməsi protokoluna və ya məhkəmə iclasının 

protokoluna  daxil  edilmiş  ifadələrinin  elan  edilməsindən  əvvəl  onun  əvvəllər 




verdiyi  ifadələrin  audio  yazısının  səsləndirilməsinə,  video  və  ya  kino  çəkilişinin 

göstərilməsinə yol verilmir. 

M a d d ə   3 2 8 .   Ş a h i d i n   d i n d i r i l m ə s i

 

328.1.  Məhkəmə  iclasında  şahidlər  ayrı-ayrılıqda  və  dindirilməmiş  şahidlərin 



iştirakı olmadan dindirilirlər. 

328.2.  Şahidin  dindirilməsindən  əvvəl  məhkəmə  iclasında  sədrlik  edən  onun 

şəxsiyyətini müəyyən edir və ona aşağıdakıları izah edir: 

328.2.1. özünün və ya yaxın qohumunun əleyhinə ifadə verməkdən imtina etmək 

hüququnu; 

328.2.2.  məhkəmədə  baxılan  ittihamla  əlaqədar  ona  məlum  olan  bütün  halları 

düzgün danışmağın məhkəmədə ifadə verən şahidin vəzifəsi olduğunu; 

328.2.3. ifadə verməkdən imtina etməyə və ya bilə-bilə yalan ifadə verməyə görə 

məsuliyyətini. 

328.3.  Şahid  ona  məhkəmə  tərəfindən  bu  Məcəllənin  328.2-ci  maddəsində 

nəzərdə tutulmuş tələblərə müvafiq olaraq edilmiş izahları yazılı surətdə təsdiq edir. 

Şahidin bu iltizamı məhkəmə iclasının protokoluna əlavə edilir. 

328.4.  Şahid  ifadə  verməmişdən  əvvəl  məhkəmə  iclası  katibinin  sözlərini  onun 

ardınca təkrar edərək aşağıdakı məzmunda and içir: 

«Həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı mənə məlum olan bütün 

halları məhkəməyə söyləyəcəyimə and içirəm». And içmə barədə məhkəmə iclasının 

protokolunda qeydiyyat aparılır. 16 (on altı) yaşına çatmamış şahid  bunun əvəzinə 

yalnız  həqiqəti  danışacağına  və  heç  nəyi  gizlətməyəcəyinə  şifahi  vəd  verir  və  bu 

barədə məhkəmənin iclas protokolunda müvafiq qeydiyyat aparılır. 

328.5.  Məhkəmə  iclasında  sədrlik  edən  şahidin  təqsirləndirilən,  zərər  çəkmiş 

şəxsə,  mülki  iddiaçıya,  mülki  cavabdehə  və  icraatda  iştirak  edən  digər  şəxslərə 

münasibətini aydınlaşdırır və baxılan ittihamla əlaqədar məlum olanlar barədə ifadə 

verməyi  təklif  edir.  Məhkəmə  heç  kəsə  şahidin  sərbəst  ifadəsini  kəsməyə  imkan 

vermir. 


328.6.  Məhkəmə  iclasına  cinayət  prosesi  tərəflərindən  birinin  vəsatəti  üzrə 

çağırılmış şahid aşağıdakı ardıcıllıqla dindirilir: 

328.6.1. vəsatət vermiş şəxs; 

328.6.2. bu tərəfə aid olan digər şəxslər; 

328.6.3. əks tərəfə aid olan şəxslər; 

328.6.4. məhkəmə. 

328.7.  Məhkəmənin  təşəbbüsü  ilə  çağırılmış  şahidi  əvvəl  ittiham  tərəfi,  sonra 

müdafiə tərəfi, daha sonra isə məhkəmə dindirir. 

328.8.  Cinayət  təqibi  ilə  bağlı  olan  bütün  halların  hərtərəfli,  tam  və  obyektiv 

tədqiq  edilməsi  üçün  zərurət  olduqda  cinayət  prosesi  tərəflərindən  birinin  vəsatəti 

üzrə və ya məhkəmənin təşəbbüsü ilə və yalnız onun əsaslandırılmış qərarı əsasında 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə