Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə110/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   106   107   108   109   110   111   112   113   ...   190

323.1.2. əlavə şahid, ekspert və ya mütəxəssisin çağırılması haqqında; 

323.1.3. ekspertizanın təyin edilməsi haqqında; 

323.1.4. maddi sübutların və sənədlərin tələb edilməsi haqqında. 

323.2. Vəsatət vermiş şəxs hansı halların müəyyən edilməsi üçün əlavə sübutların 

zəruri olduğunu göstərməlidir. 

323.3.  Məhkəmə  iclasında  sədrlik  edən  cinayət  prosesi  tərəflərinin  sübut  kimi 

yolverilməz  olan  sənədlərin  məhkəmə  baxışından  xaric  edilməsi  haqqında 

vəsatətlərinin olub-olmamasını aydınlaşdırmalıdır. 

323.4.  Cinayət  prosesi  tərəflərinin  hər  hansı  birinin  verdiyi  vəsatəti  məhkəmə 

əvvəlcədən digər tərəfin fikrini dinlədikdən sonra müzakirə etməlidir. 

323.5.  Aşağıdakı  hallarda  məhkəmə  bu  Məcəllənin  323.1-ci  maddəsində 

göstərilən vəsatətləri təmin etməlidir: 

323.5.1. cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv 

tədqiq  edilməsi  üçün  əhəmiyyətli  ola  biləcək  halların  araşdırılması  məqsədi  ilə  

vəsatət qaldırıldıqda; 

323.5.2. sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin 

və  Azərbaycan  Respublikasının  digər  qanunlarının  tələblərinin  əhəmiyyətli 

dərəcədə pozulması ilə əldə edildikdə. 

323.6.  Vəsatətin  rədd  edilməsi  haqqında  məhkəmə  əsaslandırılmış  qərar  çıxarır. 

Vəsatəti  rədd  edilmiş  şəxs  işin  sonrakı  baxışından  asılı  olaraq  həmin  vəsatəti 

təkrarən vermək hüququna malikdir. 

323.7.  Məhkəmə  öz  təşəbbüsü  ilə  şahidlərin  məhkəmə  iclasına  çağırılması, 

ekspertizanın  təyin  edilməsi,  başqa  sübutların  tələb  edilməsi,  habelə  məhkəmə 

baxışından  yolverilməz  sənədlərin  xaric  edilməsi  haqqında  qərar  çıxarmaq 

hüququna malikdir. 

X L I I I   f ə s i l    

MƏHKƏMƏ İSTİNTAQI 

M a d d ə   3 2 4 .   M ə h k ə m ə   i s t i n t a q ı n ı n   b a ş l a n m a s ı

 

324.1. Məhkəmə baxışının açılışına dair bütün ilkin hərəkətləri apardıqdan və bu 



Məcəllənin  322  və  323-cü  maddələrində  göstərilən  etiraz  və  vəsatətlərə  baxdıqdan 

sonra məhkəmə iclasında sədrlik edən məhkəmə istintaqına başlamasını elan edir. 

324.2. Məhkəmə istintaqı aşağıdakı hərəkətlərlə başlanır: 

324.2.1. cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına 

baxılması  ilə  əlaqədar  dövlət  ittihamçısı  tərəfindən  müvafiq  olaraq  ittiham  aktının 

nəticəvi  hissəsinin  və  ya  məhkəməyədək  sadələşdirilmiş  icraatın  nəticələrinə  dair 

yekun protokolunun ittihamın irəli sürülməsinə dair hissəsinin elan edilməsi ilə; 



324.2.2.  xüsusi  ittiham  qaydasında  şikayətə  baxılması  ilə  əlaqədar  —  xüsusi 

ittihamçı və ya onun nümayəndəsi tərəfindən şikayətin elan edilməsi ilə. 

324.3.  Bundan  sonra  məhkəmə  iclasında  sədrlik  edən  təqsirləndirilən  şəxsə 

aşağıdakıları izah edir: 

324.3.1. ona qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini; 

324.3.2.  ona  istinad  edilən  əməllərin  hüquqi  tövsifini  və  həmin  əməllərə  görə 

cinayət qanunu ilə nəzərdə tutulan cəzanı; 

324.3.3.  təqsirləndirilən  şəxsə  qarşı  verilmiş  mülki  iddianın  əsaslarını  və 

məbləğini; 

324.3.4.  təqsirləndirilən  şəxsin  məhkəməyədək  icraat  zamanı  təqsirini  boynuna 

alması və ya almaması ilə bağlı olmadığını; 

324.3.5.  təqsirləndirilən  şəxsin  məhkəmə  iclasında  verilmiş  suallara  cavab 

verməyə borclu olmadığını; 

324.3.6.  təqsirləndirilən  şəxsin  suala  cavab  verməkdən  imtina  etməsinin  onun 

ziyanına şərh edilə bilinməyəcəyini; 

324.3.7.  təqsirləndirilən  şəxsin  özünün  hər  hansı  cavabını  əsaslandırmaq 

hüququna malik olduğunu. 

324.4. Daha sonra məhkəmə iclasında sədrlik edən təqsirləndirilən şəxslərin hər 

birinə aşağıdakı suallarla müraciət edir: 

324.4.1.  özünü  təqsirli  bilib-bilməməsi,  əgər  bilirsə,  tam  və  ya  qismən  və  məhz 

hansı əməldə bildiyini; 

324.4.2.  ona  qarşı  verilmiş  mülki  iddianı  qəbul  edib-etməməsi,  əgər  edirsə,  tam 

və ya qismən qəbul etməsini. 

324.5.  Bundan  sonra  məhkəmə  iclasında  sədrlik  edənin  icazəsi  ilə  cinayət 

prosesinin  tərəfləri  təqsirləndirilən  şəxsin  bu  Məcəllənin  324.4-cü  maddəsində 

göstərilən suallara verdiyi cavabları dəqiqləşdirmək hüququna malikdirlər. 

M a d d ə   3 2 5 .   M ə h k ə m ə   i s t i n t a q ı n d a   s ü b u t l a r ı n   t ə d q i q  

e d i l m ə   a r d ı c ı l l ı ğ ı

 

325.1. Təqsirləndirilən şəxsin özünü təqsirli  bilməsi və ya  bilməməsi məsələsinə 



dair münasibətini aydınlaşdırdıqdan sonra məhkəmə iclasında sədrlik edən cinayət 

prosesinin  tərəflərinə  məhkəmə  istintaqında  sübutların  tədqiq  edilmə  qaydasını 

(təqsirləndirilən,  zərər  çəkmiş  şəxslərin  və  şahidlərin  dindirilməsinin,  ekspertlərin 

dinlənilməsinin və digər hərəkətlərin aparılmasının ardıcıllığını) izah edir. 

325.2.  Məhkəmə  istintaqı  zamanı  sübutların  tədqiq  edilməsinin  aşağıdakı 

ardıcıllığı təmin edilir: 

325.2.1.  ittiham  tərəfinin  təqdim  etdiyi  sübutlar  —  növbə  ilə  dövlət  ittihamçısı, 

xüsusi ittihamçı və ya zərər çəkmiş şəxs, onun nümayəndəsi, mülki iddiaçı və onun 

nümayəndəsi tərəfindən; 



325.2.2.  müdafiə  tərəfinin  təqdim  etdiyi  sübutlar  —  növbə  ilə  təqsirləndirilən 

şəxs,  onun  müdafiəçisi  və  ya  qanuni  nümayəndəsi,  mülki  cavabdeh  və  onun 

nümayəndəsi tərəfindən; 

325.2.3.  məhkəmənin  təşəbbüsü  ilə  tələb  edilmiş  sübutlar  yuxarıda  göstərilmiş 

ardıcıllıqla  əvvəl  ittiham  tərəfinin,  sonra  isə  müdafiə  tərəfinin  nümayəndələri 

tərəfindən. 

325.3.  Cinayət  prosesinin  tərəfləri  bu  Məcəllənin  325.2-ci  maddəsində  nəzərdə 

tutulmuş  ardıcıllığa  riayət  etməklə  sübutlar  təqdim  edirlər.  Cinayət  prosesinin 

iştirakçıları  tərəfindən  təqdim  edilən  hər  bir  sübutun  tədqiq  edilməsinin  ardıcıllığı 

sübutları təqdim etmiş şəxs tərəfindən müəyyən edilir. 

325.4.  Məhkəmənin  təşəbbüsü  ilə  tələb  edilmiş  sübutların  hər  birinin  tədqiq 

edilməsinin  ardıcıllığı  cinayət  prosesi  tərəflərinin  fikri  dinlənildikdən  sonra 

məhkəmə tərəfindən müəyyən edilir. 

325.5. İttiham tərəfinin təqdim etdiyi sübutların tədqiqində müdafiə tərəfi, sonra 

məhkəmə  iştirak  edir.  Müdafiə  tərəfinin  təqdim  etdiyi  sübutların  tədqiqində  isə 

ittiham tərəfi, sonra məhkəmə iştirak edir. Məhkəmənin təşəbbüsü ilə tələb edilmiş 

sübutları əvvəl ittiham tərəfi, sonra isə müdafiə tərəfi tədqiq edir. Hər bir halda bu 

sübutların hər birinin tədqiqində məhkəmə axırıncı növbədə iştirak edir. 

325.6.  Çarpaz  dindirmə  hallarında  dindirməyə  çağırılan  şəxsə  sualları,  birinci 

növbədə, onu çağırmağa təşəbbüs göstərmiş şəxs verir. 

M a d d ə   3 2 6 .   T ə q s i r l ə n d i r i l ə n   ş ə x s i n   d i n d i r i l m ə s i

 

326.1.  Məhkəmə  iclasında  sədrlik  edən  dindirməni  başlayarkən  təqsirləndirilən 



şəxsə elan edilmiş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması 

üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif edir. 

326.2.  Təqsirləndirilən  şəxs  sərbəst  ifadə  verdikdən  sonra  o,  dövlət  ittihamçısı, 

zərurət  olduqda  məhkəmə  iclasında  sədrlik  edənin  icazəsi  ilə,  zərər  çəkmiş  şəxs 

(xüsusi  ittihamçı),  mülki  iddiaçı  və  onun  nümayəndəsi  tərəfindən,  sonra  isə  öz 

müdafiəçisi,  zərurət  olduqda  məhkəmə  iclasında  sədrlik  edənin  icazəsi  ilə  digər 

təqsirləndirilən  şəxslər  və  onların  müdafiəçiləri,  mülki  cavabdeh  və  onun 

nümayəndəsi tərəfindən dindirilir. 

326.3. Təqsirləndirilən şəxs bu Məcəllənin 326.2-ci maddəsində göstərilən şəxslər 

tərəfindən dindirildikdən sonra hakimlər ona suallar verirlər. Təqsirləndirilən şəxsə 

axırıncı sual vermək hüququna onun müdafiəçisi malikdir. 

326.4.  İşə  aid  olmayan  suallar  məhkəmə  iclasında  sədrlik  edən  tərəfindən 

çıxarılır. 

326.5.  Təqsirləndirilən  şəxs  məhkəmə  iclasında  sədrlik  edənin  icazəsi  ilə 

məhkəmə istintaqının istənilən anında sübutlardan hər birinin tədqiqi zamanı ifadə 

vermək hüququna malikdir. 

326.6. Dindirilmə zamanı təqsirləndirilən  şəxs yazılı qeydlərdən və sənədlərdən 

istifadə edə bilər. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə