Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə107/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   103   104   105   106   107   108   109   110   ...   190

317.2.  Məhkəmə  bu  Məcəllənin  317.1-ci  maddəsində  göstərilmiş  şəxslərin 

gəlməməsi  səbəbindən  məhkəmə  baxışının  təxirə  salınması  qərarına  gəldikdə 

məhkəmə  iclasına  gəlmiş  şahidi,  eksperti,  mütəxəssisi,  zərər  çəkmiş  şəxsi,  mülki 

iddiaçını,  mülki  cavabdehi  və  ya  onların  nümayəndələrini  dindirmək  hüququna 

malikdir.  Belə  halda  cinayət  işinə,  məhkəməyədək  sadələşdirilmiş  icraatın 

materiallarına  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətə  həmin  məhkəmə  tərkibi 

tərəfindən  onun  təxirə  salınmasından  sonra  baxılması  zamanı  dindirilmiş  şahid, 

ekspert  və  mütəxəssisin  təkrarən  çağırılmasına  cinayət  prosesi  tərəflərinin  fikri 

nəzərə alınmaqla zərurət olduqda yol verilir. 

M a d d ə   3 1 8 .   M ə h k ə m ə   b a x ı ş ı n ı n   h ə d l ə r i

 

318.1.  Məhkəmə  baxışı  zamanı  cinayət  işinə,  məhkəməyədək  sadələşdirilmiş 



icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə 

qarşı  irəli  sürülmüş  və  ya  məhkəməyə  verilən  ittiham  daxilində  baxılır.  Məhkəmə 

baxışı  nəticəsində  məhkəmə  təqsirləndirilən  şəxsin  əməlini  ağır  cinayətdən  daha 

yüngül  cinayət  əməlinə  tövsif  etmək,  habelə  ona  qarşı  irəli  sürülmüş  ittihamdan 

ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 

318.2.  Məhkəmə  baxışı  zamanı  təqsirləndirilən  şəxsin  hərəkətlərində  daha  ağır 

cinayətin  əlamətlərinin  mövcudluğu  müəyyən  edildikdə,  dövlət  ittihamçısının 

vəsatəti  əsasında  məhkəmə  irəli  sürülmüş  ittiham  üzrə  məhkəmə  baxışını 

dayandırmalıdır.  Bu  halda  məhkəmə  müvafiq  olaraq  cinayət  işinin  və  ya 

məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallarının  10  (on)  gün  müddətində 

təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora  göndərilməsi  barədə 

əsaslandırılmış qərar çıxarır. Bundan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi 

həyata  keçirən  prokuror  tərəfindən  təqsirləndirilən  şəxsə  qarşı  yeni  ittiham  irəli 

sürülərsə,  məhkəmə  baxışı  məhkəmə  iclasında  həmin  ittihamın  elan  olunması  ilə 

təzələnir və məhkəmə baxışının davam etdirilməsi ümumi qaydada həyata keçirilir. 

Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin 

əlamətlərinin  mövcudluğu  barədə  zərər  çəkmiş  şəxsin  və  ya  onun  qanuni 

nümayəndəsinin  vəsatəti  əsasında  məhkəmə  bu  maddədə  nəzərdə  tutulmuş 

qaydada qərar çıxara bilər. 

Cinayətin tövsifinin dəyişməsi nəticəsində məhkəmə aidiyyətinin dəyişdirilməsi 

zərurəti  yaranarsa,  məhkəmə  qərarına  əsasən  məhkəmədə  işin  baxılmasına  xitam 

verilir  və  iş  ümumi  qaydada  aidiyyəti  üzrə  baxılmaq  üçün  müvafiq  məhkəməyə 

göndərilir. 

cxxxiv[134]

 

318.3. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni 



zamanda  ibtidai  istintaqı  aparan  müstəntiq  və  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi  həyata  keçirən  prokuror  haqqında  xüsusi  qərar  çıxara  bilər.  Bu  qərar 

müvafiq  tədbirlərin  görülməsi  üçün  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanının  rəhbərinə  və  Azərbaycan  Respublikasının  Baş  prokuroruna 

göndərilir. 

cxxxv[135]

 



M a d d ə   3 1 9 .   M ə h k ə m ə   b a x ı ş ı n ı n   t ə x i r ə   s a l ı n m a s ı   v ə  

m ə h k ə m ə d ə   i c r a a t ı n   d a y a n d ı r ı l m a s ı

 

319.1. Məhkəmə iclasına çağırılmış şəxslərdən hər hansı birinin məhkəmə iclasına 



gəlməməsinə  görə  və  ya  məhkəmənin  təşəbbüsü  ilə,  yaxud  cinayət  prosesi 

tərəflərinin  vəsatətləri  üzrə  yeni  sübutların  tələb  edilməsi  zərurəti  ilə  əlaqədar 

məhkəmə baxışının keçirilməsi mümkün olmadıqda məhkəmə: 

319.1.1. təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışını təxirə salır; 

319.1.2.  məhkəmə  iclasına  şəxsin  gəlməsi  və  ya  yeni  sübutların  tələb  edilməsi 

üçün lazımi tədbirlər görür. 

319.2. Təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə 

tutulduğuna  görə  onun  məhkəmə  iclasına  gəlməsi  qeyri-mümkün  olduqda 

məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində 

cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham 

qaydasında  şikayət  üzrə  icraatı  dayandırır,  digər  təqsirləndirilən  şəxslər  barəsində 

isə  məhkəmə  baxışını  mümkün  olduqda  davam  etdirir.  Məhkəmə  baxışının  ayrı-

ayrılıqda  aparılması  cinayət  təqibi  ilə  bağlı  olan  bütün  halların  hərtərəfli,  tam  və 

obyektiv  tədqiq  edilməsinə  mane  olduqda,  məhkəmə  cinayət  işi,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 

bütün  icraatı  bu  Məcəllənin  304.2-ci  maddəsinin  müddəaları  nəzərə  alınmaqla 

dayandırır. 

319.3.  Məhkəmə  bu  Məcəllənin  53.1.3  və  53.3.2-ci  maddələrində  nəzərdə 

tutulmuş  hallarda  və  qaydada  məhkəmədən  gizlənən  təqsirləndirilən  şəxsin 

axtarışını elan etmək və bu məsələ üzrə qəbul etdiyi qərarı onun icrasına nəzarətin 

həyata  keçirilməsi  üçün  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokurora göndərməlidir. 

M a d d ə   3 2 0 .   Q ə t i m k a n   t ə d b i r i   b a r ə d ə   m ə s ə l ə n i n   h ə l l  

e d i l m ə s i

 

Məhkəmə  baxışı  zamanı  təqsirləndirilən  şəxsin  və  onun  nümayəndəsinin 



izahatlarını,  habelə  dövlət  ittihamçısının,  zərər  çəkmiş  şəxsin  (xüsusi  ittihamçının) 

fikrini  dinləyərək  məhkəmə  öz  qərarı  ilə  təqsirləndirilən  şəxs  barəsində  qətimkan 

tədbirini dəyişə və ya ləğv edə bilər. 

M a d d ə  

3 2 1 .  

M ə h k ə m ə  

b a x ı ş ı  

z a m a n ı  

q ə r a r l a r ı n  

ç ı x a r ı l m a s ı   q a y d a s ı

 

321.1. Məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən  bütün məsələlər 



üzrə qərar çıxarır. 

321.2.  Müşavirə  otağında  ayrıca  sənədlər  şəklində  tərtib  edilən  və  məhkəmənin 

bütün  tərkibi  tərəfindən  (cinayət  işinə  təkbaşına  baxıldığı  halda  hakim  tərəfindən) 

imzalanan aşağıdakı qərarlar çıxarılır: 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə