Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə105/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   101   102   103   104   105   106   107   108   ...   190

310.7.  Məhkəmənin  qərarı  ilə  məhkəmə  iclasına  yenidən  buraxılmış  cinayət 

prosesinin  iştirakçısı  onun  olmadığı  dövrdə  aparılmış  prosessual  hərəkətlərlə  tanış 

olmaq hüququna malikdir. 

M a d d ə  

3 1 1 .  

T ə q s i r l ə n d i r i l ə n  

ş ə x s i n  

m ə h k ə m ə  

b a x ı ş ı n d a   i ş t i r a k ı   v ə   o n u n   g ə l m ə m ə s i n i n   n ə t i c ə l ə r i

 

311.1.  Təqsirləndirilən  şəxs  məhkəmə  baxışı  zamanı  məhkəmənin  bütün 



iclaslarında  iştirak  edir  və  bu  Məcəllənin  91.5  və  91.6-cı  maddələrində  nəzərdə 

tutulmuş hüquqlardan istifadə edir. 

311.2.  Təqsirləndirilən  şəxsin  iştirakı  olmadan  məhkəmə  baxışına  yalnız 

aşağıdakı müstəsna hallarda yol verilir: 

311.2.1. 

Azərbaycan 

Respublikasının 

hüdudlarından 

kənarda 

olan 


təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda; 

311.2.2.  cinayət  təqibi  ilə  bağlı  bütün  halların  hərtərəfli,  tam  və  obyektiv  tədqiq 

edilməsinə  mane  olmamaq  şərtilə  böyük  ictimai  təhlükə  törətməyən  cinayətdə 

təqsirləndirilən  şəxs  ona  qarşı  irəli  sürülmüş  ittihama  məhkəmədə  onun  iştirakı 

olmadan baxılması barədə vəsatət qaldırdıqda. 

311.3. Məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun 

müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. 

311.4.  Bu  Məcəllənin  311.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallar  istisna 

olmaqla, təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə 

salınır və məhkəmə iclası başqa vaxta keçirilir. 

311.5.  Təqsirləndirilən  şəxs  üzrlü  səbəblər  olmadan  məhkəmə  iclasına 

gəlmədikdə o, məhkəmənin qərarı əsasında məhkəmə iclasına məcburi gətirilə bilər 

və  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  əsaslar  olduqda,  onun  barəsində  qətimkan 

tədbiri seçilə bilər və ya seçilmiş qətimkan tədbiri daha ağırı ilə əvəz edilə bilər. 

M a d d ə   3 1 2 .   M ü d a f i ə ç i n i n   m ə h k ə m ə   b a x ı ş ı n d a   i ş t i r a k ı  

v ə   o n u n   g ə l m ə m ə s i n i n   n ə t i c ə l ə r i

 

312.1.  Müdafiəçi  təqsirləndirilən  şəxsin  ərizəsinə  (vəsatətinə)  əsasən  və  ya  bu 



Məcəllənin  92.3.2  —  92.3.13-cü  maddələrində  nəzərdə  tutulmuş  hallarda  məhkəmə 

baxışı zamanı məhkəmənin  bütün  iclaslarında iştirak edərək  bu  Məcəllənin 92.9 və 

92.11-ci  maddələrində  nəzərdə  tutulmuş  hüquqlardan  istifadə  edir  və  vəzifələrini 

yerinə yetirir. 

312.2. Məhkəmə iclasına gəlməmiş müdafiəçinin əvəz edilməsinə təqsirləndirilən 

şəxsin razılığı ilə yol verilir. 

312.3.  Üzrlü  səbəblərə  görə  məhkəmə  iclasına  gəlməmiş  müdafiəçi  məhkəmə 

iclası  başlananadək  bu  barədə  məhkəməyə  məlumat  verməlidir.  Müdafiəçi  üzrlü 

səbəblərə  görə  məhkəmə  iclasına  gəlmədikdə,  məhkəmə  baxışı  təxirə  salınır  və 

məhkəmə iclası başqa vaxta keçirilir. 




312.4. Təqsirləndirilən şəxs tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı uzun 

müddət  ərzində  (hər  bir  halda  10  (on)  gündən  artıq  olmamaq  şərti  ilə)  üzrlü 

səbəblərə  görə  mümkün  olmadıqda  məhkəmə  işin  baxılmasını  təxirə  salaraq 

təqsirləndirilən  şəxsə  başqa  müdafiəçi  seçməyi  təklif  etmək,  o,  imtina  etdikdə  isə 

vəkillər  kollegiyasının  müvafiq  qurumu  vasitəsilə  ona  yeni  müdafiəçi  təyin  etmək 

hüququna  malikdir.  Məhkəmə  baxışını  təxirə  salaraq,  müdafiəçinin  əvəz  edilməsi 

məsələsini 

həll 


edərək, 

məhkəmə 


belə 

qərarın 


qəbul 

edilməsinin 

məqsədəuyğunluğunu  (məhkəmə  baxışına  artıq  sərf  edilmiş  vaxtı,  icraatın 

mürəkkəbliyini  və  bununla  əlaqədar  məhkəmə  baxışına  yeni  cəlb  olunmuş 

müdafiəçi tərəfindən icraat materiallarının öyrənilməsinə sərf ediləcək vaxtı və digər 

halları)  nəzərə  alır.  Məhkəmə  icraata  yeni  cəlb  edilmiş  müdafiəçini  həmin  icraatın 

bütün materiallarının öyrənilməsi üçün kifayət edən vaxtla təmin edir. Cinayət işinə 

yeni  cəlb  edilmiş  müdafiəçi  onun  işə  cəlb  olunduğu  vaxtadək  məhkəmə  baxışında 

aparılmış istənilən hərəkətin təkrar edilməsi barədə vəsatət qaldıra bilər. 

312.5. Müdafiəçi üzrlü səbəblər olmadan və məhkəməyə əvvəlcədən bildirmədən 

gəlmədikdə  və  onun  bu  məhkəmə  iclasında  əvəz  edilməsi  mümkün  olmadıqda 

cinayət işinə baxılması təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. 

312.6.  Müdafiəçi  məhkəmə  iclasına  təkrarən  gəlmədikdə  və  onun  bu  məhkəmə 

iclasında əvəz edilməsi mümkün olmadıqda da cinayət işinə baxılması təxirə salınır 

və məhkəmə iclası başqa vaxta keçirilir. Bu halda məhkəmə bu Məcəllənin 312.4-cü 

maddəsində nəzərdə tutulmuş qaydada müdafiəçinin əvəz edilməsi məsələsini həll 

edərək Azərbaycan Respublikasının vəkillər kollegiyasının rəyasət heyəti qarşısında 

həmin vəkilin intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldıra bilər. 

M a d d ə  

3 1 3 .  

M ü l k i  

c a v a b d e h i n  

m ə h k ə m ə  

b a x ı ş ı n d a  

i ş t i r a k ı   v ə   o n u n   g ə l m ə m ə s i n i n   n ə t i c ə l ə r i

 

313.1.  Mülki  cavabdeh  bu  Məcəllənin  93.4-cü  maddəsində  nəzərdə  tutulmuş 



hüquqlardan  istifadə  etməklə  verilmiş  iddia  ilə  bağlı  öz  hüquq  və  qanuni 

mənafelərinin müdafiəsi məqsədi ilə  məhkəmə baxışı zamanı məhkəmə iclaslarında 

iştirak edir. 

313.2. Mülki cavabdeh və ya onun nümayəndəsinin məhkəmə iclasına gəlməməsi 

məhkəmə  baxışının  davam  etdirilməsinə  və  mülki  iddianın  baxılmasına  mane 

olmur. 


M a d d ə   3 1 4 .   D ö v l ə t   i t t i h a m ç ı s ı n ı n   m ə h k ə m ə   b a x ı ş ı n d a  

i ş t i r a k ı   v ə   o n u n   g ə l m ə m ə s i n i n   n ə t i c ə l ə r i

 

314.1.  Dövlət  ittihamçısı  ictimai  və  ya  ictimai-xüsusi  ittiham  üzrə  məhkəmə 



baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş 

ittihamı  müdafiə  etmək  üçün  bu  Məcəllənin  84.6  və  84.7-ci  maddələri  ilə  nəzərdə 

tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. 

314.2.  Məhkəmə  baxışı  zamanı  dövlət  ittihamçısı  qanunun  tələblərini  və 

məhkəmə  istintaqında  tədqiq  edilmiş  sübutlara  əsaslanan  öz  daxili  inamını  rəhbər 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə