Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə101/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   97   98   99   100   101   102   103   104   ...   190

300.4.  Məhkəmənin  hazırlıq  iclasında  qəbul  edilmiş  qərarların  surətləri  qəbul 

edildikdən  sonra  3  (üç)  gün  müddətində  aşağıdakı  şəxslərə  verilir  (poçtla 

göndərilir): 

300.4.1.  bu  Məcəllənin  300.1.1,  300.1.3  və  300.1.5-ci  maddələrində  nəzərdə 

tutulmuş  qərarlar  çıxarıldıqda—təqsirləndirilən  şəxsə,  müdafiəçiyə,  dövlət 

ittihamçısına,  zərər  çəkmiş  şəxsə  (xüsusi  ittihamçıya),  mülki  iddiaçıya,  mülki 

cavabdehə və ya onların nümayəndələrinə; 

300.4.2.  bu  Məcəllənin  300.1.2  və  300.1.3-cü  maddələrində  nəzərdə  tutulmuş 

qərar  çıxarıldıqda—xüsusi  ittihamçıya,  barəsində  şikayət  verilmiş  şəxsə  və  onların 

nümayəndələrinə. 

300.5. Bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş 

qərarlardan  bu  Məcəllənin  381,  383  və  384-cü  maddələrinin  müddəalarına  uyğun 

olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. 

cxxvi[126]

 

M a d d ə   3 0 1 .   M ə h k ə m ə   b a x ı ş ı n ı n   t ə y i n   e d i l m ə s i



 

301.1.  Məhkəmə  baxışı  məhkəmənin  hazırlıq  iclasının  nəticələrinə  dair 

məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 

301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və 

ya  xüsusi  ittiham  qaydasında  şikayətin  materialında  məhkəmə  baxışının  qeyri-

mümkünlüyünə səbəb olan hallar olmadıqda; 

301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair 

yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına 

riayət edildikdə; 

301.1.3.  məhkəməyədək  icraat  bu  Məcəllənin  303.3-cü  maddəsində  nəzərdə 

tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. 

301.2. Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin 

edilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir: 

301.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 

301.2.2. məhkəmənin adı və tərkibi (hər bir hakimin adı, soyadı və atasının adı); 

301.2.3. təqsirləndirilən şəxsin soyadı, adı və atasının adı; 

301.2.4.  təqsirləndirilən  şəxsə  istinad  edilən  cinayət  qanununun  maddəsi  üzrə 

tövsifi; 

301.2.5.  qətimkan  tədbirinin  dəyişdirilmədən  saxlanılması,  ləğv  edilməsi, 

dəyişdirilməsi  və  ya  seçilməsi  və  vurulmuş  zərərin  ödənilməsinin  təmin  edilməsi 

üçün tədbirlər görülməsi haqqında qərar; 

301.2.6.  cinayət  proses  iştirakçılarının  etirazlarının,  vəsatətlərinin  və  digər 

ərizələrinin həlli; 

301.2.7.  məhkəmənin  tərkibi  haqqında  və  müvafiq  hallarda  andlı  iclasçılar 

kollegiyasının  seçilməsində  iştirak  etmək  üçün  çağırılmalı  olan  andlı  iclasçılarının 

sayının müəyyən edilməsi; 




301.2.8.  təqsirləndirilən  şəxs  tərəfindən  seçilmiş  şəxsin  müdafiəçi  qismində  işə 

buraxılması və ya təqsirləndirilən şəxsə müdafiəçinin təyin edilməsi; 

301.2.9.  məhkəmə  baxışı  zamanı  məhkəmə  iclasına  çağırılmalı  olan  şəxslərin 

siyahısı; 

301.2.10.  qanunla  işə  qiyabi  baxılmasına  yol  verildiyi  hallarda  təqsirləndirilən 

şəxsin iştirakı olmadan baxılmasının əsaslandırılması; 

301.2.11. məhkəmə baxışının yeri və vaxtı haqqında məlumatlar; 

301.2.12.  bu Məcəllədə nəzərdə tutulmuş hallarda işə qapalı məhkəmə iclasında 

baxılmasının əsaslandırılması; 

301.2.13. cinayət mühakimə icraatının dilinin seçilməsi. 

301.3.  Xüsusi  ittiham  qaydasında  şikayətin  öz  icraatına  qəbul  edilməsi  və 

məhkəmə baxışının təyin edilməsi haqqında qərarda bu Məcəllənin 301.2.1—301.2.4, 

301.2.6—301.2.12-ci maddələrində göstərilən müvafiq müddəalar əks etdirilməlidir. 

301.4. Məhkəmə baxışı aşağıdakı müddətlərdə təyin edilməlidir: 

301.4.1.  cinayət  işinə  baxılması  üçün—məhkəmənin  hazırlıq  iclasının  keçirildiyi 

andan 15 (on beş) gündən artıq olmayan müddətdə; 

301.4.2.  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallarına  və  ya  xüsusi 

ittiham  qaydasında  şikayətə  baxılması  üçün—məhkəmənin  hazırlıq  iclasının 

keçirildiyi andan 7 (yeddi) gündən artıq olmayan müddətdə. 

301.5.  Məhkəmə  baxışı  təyin  edildikdən  sonra  məhkəmə  iclasında  sədrlik  edən 

məhkəmə  iclaslarının  təşkili  üzrə  tədbirlərin  görülməsi  üçün  məhkəmə  aparatına 

zəruri  göstərişlər  verir.  Məhkəmə  baxışında  iştirakı  nəzərdə  tutulmuş  şəxslər  bu 

Məcəllənin  226-cı  maddəsində  göstərilmiş  qaydalara  uyğun  olaraq  məhkəmə 

iclasına çağırılırlar. 

M a d d ə   3 0 2 .   X ü s u s i   i t t i h a m   q a y d a s ı n d a   ş i k a y ə t   ü z r ə  

m ə h k ə m ə   b a x ı ş ı n ı n   k e ç i r i l m ə s i n d ə n   i m t i n a   e d i l m ə s i

 

302.1.  Aşağıdakı  hallarda  məhkəmə  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 



məhkəmənin 

hazırlıq 

iclasının 

nəticələri 

əsasında 

məhkəmə 


baxışının 

keçirilməsindən imtina edir: 

302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 

302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs 

tərəfindən verildikdə; 

302.1.3.  şikayətin  məzmunu  bu  Məcəllənin  293.3.1—293.3.7-ci  maddələrində 

nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 

302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 

302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya 

ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 

302.1.6.  cinayət  hadisəsi  və  ya  barəsində  xüsusi  ittiham  qaydasında  şikayət 

verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə