Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə98/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   94   95   96   97   98   99   100   101   ...   190

294.4.1.  böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayətlər  üzrə  şikayət  vermiş 

şəxsə onun şikayəti üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması barəsində 

yazılı məlumat vermək; 

294.4.2.  böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayətlər  üzrə  şikayətə  dair 

məhkəməyədək sadələşdirilmiş icraat açılmasından imtina barədə qərar çıxardıqda 3 

(üç)  gün  müddətində  qəbul  edilmiş  qərarın  surətinin  şikayət  vermiş  şəxsə  təqdim 

edilməsini və ya poçtla ona göndərilməsini təmin etmək. 

M a d d ə   2 9 5 .   B ö y ü k   i c t i m a i   t ə h l ü k ə   t ö r ə t m ə y ə n   a ş k a r  

c i n a y ə t l ə r   ü z r ə   m ə h k ə m ə y ə d ə k   s a d ə l ə ş d i r i l m i ş   i c r a a t ı n  

a p a r ı l m a   q a y d a s ı

 

295.1.  Məhkəməyədək  sadələşdirilmiş  icraat  şəklində  təhqiqat  böyük  ictimai 



təhlükə  törətməyən  aşkar  cinayət  üzrə  şikayətin  təhqiqatçıya,  müstəntiqə  və  ya 

ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora  daxil  olduğu 

vaxtdan 10 (on) gün müddətində aparılır. 

295.2.  Böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayət  üzrə  məhkəməyədək 

sadələşdirilmiş  icraat  zamanı  təhqiqatçı  məhkəmə  baxışının  hərtərəfli,  tam  və 

obyektiv  aparılmasını  təmin  etmək  üçün  zərər  çəkmiş  şəxsi,  cinayət  qanunu  ilə 

nəzərdə  tutulmuş  əməli  törətmiş  şəxsi,  şahidləri  və  digər  şəxsləri  dindirməklə, 

habelə  zəruri  arayışlar  tələb  etməklə  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin 

törədilməsi  hallarını,  onu  törədənin  şəxsiyyətini  və  zəruri  olan  digər  halları 

müəyyən edir. 

295.3.  Bu  Məcəllənin  295.2-ci  maddəsində  göstərilənlər  məhkəmə  baxışının 

aparılması üçün kifayət etmədikdə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət 

üzrə  məhkəməyədək  sadələşdirilmiş  icraat  zamanı  zəruri  sübutların  toplanılması 

məqsədi ilə  təhqiqatçı bu Məcəllənin 86.4.2-ci maddəsində göstərilən təxirəsalınmaz 

istintaq hərəkətlərini apara bilər. 

cxxiii[123]

 

295.4. Bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri 



təhqiqatçı tərəfindən həmçinin aşağıdakı hallarda aparıla bilər: 

295.4.1.  özləri  şəxsən  zəruri  sübutları  təqdim  edə  bilmədikdə  və  ya  onlar 

haqqında  məlumat  verə  bilmədikdə,  şikayət  vermiş  şəxsin,  onun  qanuni 

nümayəndəsinin və ya nümayəndəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli 

törətmiş şəxsin və onun müdafiəçisinin vəsatəti üzrə; 

295.4.2.  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun 

göstərişi ilə. 

295.5.  Böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayət  üzrə  məhkəməyədək 

sadələşdirilmiş  icraat  zamanı  istintaq  hərəkətlərini  apararkən  təhqiqatçı  bu 

Məcəllənin  müvafiq  istintaq  hərəkətlərinin  aparılma  qaydasını  nəzərdə  tutan 

maddələrinin tələblərini rəhbər tutmalıdır.  



M a d d ə   2 9 6 .   B ö y ü k   i c t i m a i   t ə h l ü k ə   t ö r ə t m ə y ə n   a ş k a r  

c i n a y ə t l ə r   ü z r ə   m ə h k ə m ə y ə d ə k   s a d ə l ə ş d i r i l m i ş   i c r a a t ı n  

a p a r ı l m a s ı   n ə t i c ə l ə r i n ə   d a i r   y e k u n   p r o t o k o l u

 

296.1.  Böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayətlər  üzrə  məhkəməyədək 



sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair təhqiqatçı yekun protokolu tərtib 

edir. 


296.2.  Böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayətlər  üzrə  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  aparılması  nəticələrinə  dair  yekun  protokolunda 

aşağıdakılar göstərilir: 

296.2.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 

296.2.2. protokolu tərtib etmiş təhqiqatçının soyadı, adı və atasının adı, vəzifəsi; 

296.2.3.  böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayət  üzrə  şikayət  vermiş 

şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, ailə vəziyyəti, iş yeri 

və vəzifəsi, qeydiyyatda olduğu və faktiki yaşadığı yer; 

296.2.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin soyadı, adı və 

atasının  adı,  doğulduğu  il,  ay,  gün  və  yer,  ailə  vəziyyəti,  iş  yeri  və  vəzifəsi, 

qeydiyyatda olduğu və faktiki yaşadığı yer; 

296.2.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, onun vaxtı, 

üsulu, motivi, nəticələri və digər mühüm halları haqqında məlumat; 

296.2.6.  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  törətmiş  şəxsin  təqsirliliyini 

təsdiq edən sübutlar; 

296.2.7.  cinayət  qanununun  maddəsi  göstərilməklə  əməli  törətmiş  şəxsin 

hərəkətlərinin tövsifi; 

296.2.8. məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı. 

296.3.  Böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayətlər  üzrə  məhkəməyədək 

sadələşdirilmiş 

icraatın 

aparılması 

nəticələrinə 

dair 


yekun 

protokolunu 

imzalandıqdan sonra təhqiqatçı aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 

296.3.1.  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməli  törətmiş  şəxsə,  onun 

müdafiəçisinə  və  ya  qanuni  nümayəndəsinə,  habelə  zərər  çəkmiş  şəxsə,  mülki 

iddiaçıya,  mülki  cavabdehə  və  onların  nümayəndələrinə  məhkəməyədək 

sadələşdirilmiş  icraat  üzrə  materiallarla  tanış  olmaq  üçün  imkan  yaradılmasını 

təmin etmək; 

296.3.2.  məhkəməyədək  sadələşdirilmiş  icraat  üzrə  bütün  materialları  ibtidai 

araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək. 

M a d d ə   2 9 7 .   B ö y ü k   i c t i m a i   t ə h l ü k ə   t ö r ə t m ə y ə n   a ş k a r  

c i n a y ə t  

ü z r ə  

m ə h k ə m ə y ə d ə k  

s a d ə l ə ş d i r i l m i ş  

i c r a a t  

ş ə k l i n d ə  

t ə h q i q a t ı n  

a p a r ı l m a s ı  

n ə t i c ə l ə r i n ə  

d a i r  

p r o k u r o r u n   h ə r ə k ə t l ə r i

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə