Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə95/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   91   92   93   94   95   96   97   98   ...   190

protokollarına  əlavələr  də  təqdim  edilməlidir.  Cinayət  işi  bir  neçə  cilddən  ibarət 

olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. 

285.2.  Cinayət  prosesinin  iştirakçılarını  cinayət  işinin  materialları  ilə  tanış 

edərkən  müstəntiq  onların  xahişi  ilə  müvafiq  texniki  vasitələrdən  istifadə  etməklə 

protokollara  əlavə  edilən  yazılar,  fotoşəkillər,  çəkiliş  lentləri  və  başqa  məlumat 

daşıyıcılarını nümayiş etdirir. 

285.3.  Təqsirləndirilən  şəxs  və  müdafiəçi  cinayət  işinin  materialları  ilə  cinayət 

prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-

ayrılıqda  aparmaq  hüququna  malikdirlər.  Zərər  çəkmiş  şəxs,  mülki  iddiaçı  və  ya 

mülki  cavabdeh  cinayət  işinin  materialları  ilə  öz  nümayəndəsi  ilə  birlikdə  tanış 

olmaq hüququna malikdirlər. 

285.4.  Müstəntiq  cinayət  işinin  materialları  ilə  tanış  olmaq  üçün  vaxtı 

məhdudlaşdıra  bilməz.  Eyni  zamanda  cinayət  prosesinin  iştirakçıları  bu  vaxtı  süni 

surətdə  uzatdıqda,  müstəntiq  cinayət  işinin  həcmini  və  onunla  tanış  olmaq  üçün 

kifayət  olan  vaxtı  nəzərə  almaqla  cinayət  işinin  materialları  ilə  tanış  olmaq  üçün 

cədvəl müəyyən edə bilər. 

285.5. Cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən 

çıxarışlar  etmək,  surət  çıxarmaq,  maddi  sübutların  fotoşəklini  çəkmək  hüququna 

malikdirlər. 

285.6.  Müstəntiq  cinayət  işinin  materialları  ilə  tanış  olan  şəxslərə  özündə  şəxsi, 

ailə, dövlət, peşə və ya kommersiya sirrini əks etdirən sənədlərdən çıxarışlar etməyə, 

surət çıxarmağa, foto şəklini çəkməyə icazə verməməlidir. 

M a d d ə   2 8 6 .   C i n a y ə t   i ş i n i n   m a t e r i a l l a r ı   i l ə   t a n ı ş   e t m ə  

p r o t o k o l u

 

286.1.  Müstəntiq  tanış  etmənin  tarixini,  vaxtını  və  yerini,  öz  soyadını,  adını  və 



vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər 

çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini 

təsdiq  edən  sənədlər  barədə  məlumatları  göstərməklə  cinayət  işinin  materialları  ilə 

tanış etmə haqqında protokol tərtib edir. 

286.2.  Cinayət  prosesi  iştirakçılarından  hər  birinin  cinayət  işinin  materialları  ilə 

tanış  edilməsi  haqqında  ayrıca  protokol  tərtib  edilir.  Cinayət  işinin  materialları  ilə 

müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət 

işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. 

286.3. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq 

üçün  təqdim  edilmiş  cinayət  işinin  cildlərinin  və  hər  bir  cilddə  vərəqlərin  sayı, 

habelə  təqdim  edilmiş  maddi  sübutlər  və  istintaq  hərəkətlərinin  protokollarına 

əlavələr göstərilir. 

286.4. Protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış 

etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. 




286.5. Protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi 

vəsatətlər daxil edilir. 

M a d d ə  

2 8 7 .  

C i n a y ə t  

i ş i n i n  

m a t e r i a l l a r ı  

i l ə  


t a n ı ş  

o l d u q d a n   s o n r a   v ə s a t ə t l ə r i n   v e r i l m ə s i

 

287.1.  Cinayət  işinin  materialları  ilə  tanış  olduqdan  sonra  müstəntiq 



təqsirləndirilən  şəxsin,  onun  müdafiəçisinin,  habelə  zərər  çəkmiş  şəxsin,  mülki 

iddiaçının,  mülki  cavabdehin  və  onların  nümayəndələrinin  əlavə  istintaq 

hərəkətlərinin  aparılması  və  ya  yeni  prosessual  qərarların  qəbul  edilməsi  barədə 

vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə 

yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. 

287.2.  Vəsatətin  tam  və  ya  qismən  rədd  edilməsi  haqqında  müstəntiq 

əsaslandırılmış  qərar  çıxarır  və  həmin  qərarın  surətini  vəsatətin  verildiyi  andan  48 

saatdan  gec  olmayaraq  vəsatəti  vermiş  şəxsə  təqdim  edir.  Vəsatət  həll 

edilməyənədək  cinayət  işi  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokurora göndərilə bilməz. 

287.3. Müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual 

qərarların qabul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd 

edilməsi  barədə  qərarın  surəti  verildiyi  vaxtdan  48  saat  müddətində  istintaqa 

prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. 

287.4.  Məhkəməyə  göndərilmiş  iş  üzrə  vəsatətin  rədd  edilməsinə  dair  şikayətin 

ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  tərəfindən  rədd 

edilməsi həmin vəsatətin məhkəmə qarşısında qaldırılmasına mane olmur. 

M a d d ə   2 8 8 .   V ə s a t ə t   t ə m i n   o l u n d u q d a n   s o n r a   c i n a y ə t  

i ş i n i n   m a t e r i a l l a r ı   i l ə   t a n ı ş   e t m ə

 

Vəsatətin  kimin  tərəfindən  verilməsindən  və  kimin  mənafeyinə  toxunmasından 



asılı  olmayaraq,  vəsatət  təmin  edildikdən  sonra  müstəntiq  təqsirləndirilən  şəxsə, 

onun müdafiəçisinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və 

ya  onların  nümayəndələrinə  cinayət  işinin  materiallarının  vəsatətə  dair  hissəsi  ilə 

tanış olmaq üçün imkan yaratmalıdır. 

M a d d ə   2 8 9 .   İ t t i h a m   a k t ı

 

289.1. Bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə 



yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 

289.2. İttiham aktının giriş hissəsində aşağıdakılar göstərilir: 

289.2.1. ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer; 

cxx[120]


 

289.2.2. ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi; 

289.2.3.  barəsində  ittiham  aktı  tərtib  edilmiş  cinayət  işi  haqqında  ümumi 

məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə 

vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə