Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə93/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   89   90   91   92   93   94   95   96   ...   190

274.0.5. səsfonoqramı; 

274.0.6. material, maddə, xammal və hazır məhsulun nümunələri; 

274.0.7. alətlər, güllə və gilizlər; 

274.0.8. digər maddələr və əşyalar. 

M a d d ə   2 7 5 .   M ü s t ə n t i q i n   q ə r a r ı   ə s a s ı n d a   t ə d q i q a t   ü ç ü n  

n ü m u n ə l ə r i n   g ö t ü r ü l m ə s i

 

275.1.  Tədqiqat  üçün  nümunələrin  götürülməsi  məqsədi  ilə    müstəntiq 



nümunələr götürülən şəxsi çağırış vərəqəsi ilə öz yanına çağırır və ya onun olduğu 

yerə gəlir. 

275.2.  Təqsirləndirilən  və  ya  şübhəli  şəxsdən  tədqiqat  üçün  nümunələr 

götürüldükdə  onun  müdafiəçisi  iştirak  etmək  hüququna  malikdir.  Bu  istintaq 

hərəkətinin  aparılması  barədə  müstəntiq  tərəfindən  əvvəlcədən  xəbərdar  edilmiş 

müdafiəçi  tədqiqat  üçün  nümunələrin  götürülməsində  iştirak  etmək  arzusunu 

bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir. 

275.3.  Müstəntiqin  dəvəti  ilə  tədqiqat  üçün  nümunələrin  götürülməsində, 

həmçinin mütəxəssis, müəllim, həkim və digər şəxslər iştirak edə bilər. 

275.4. Tədqiqat üçün nümunələrin götürülməsindən əvvəl müstəntiq bu istintaq 

hərəkətinin aparılmasında iştirak edən bütün şəxsləri imza etdirməklə tədqiqat üçün 

nümunələrin götürülməsi haqqında qərarla tanış edir, onların hüquq və vəzifələrini 

izah edir. 

275.5. Tədqiqat üçün nümunələrin götürülməsində müstəntiq foto, video və kino 

çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etmək hüququna malikdir. 

275.6.  Müstəntiq  və  ya  onun  göstərişi  əsasında  digər  şəxs  zəruri  hərəkətləri 

aparır  və  əks  cinsdən  olan  şəxsin  soyunması  ilə  bağlı  hallar  istisna  olmaqla,  bu 

istintaq  hərəkətinin  aparılmasında  iştirak  edən  digər  şəxslərin  yanında  tədqiqat 

üçün  nümunələri  götürür.  Sənədlər  istisna  olmaqla,  tədqiqat  üçün  götürülmüş 

nümunələr qablaşdırılır və möhürlənir. 

M a d d ə   2 7 6 .   N ü m u n ə l ə r i n   g ö t ü r ü l m ə s i   p r o t o k o l u

 

276.1.  Nümunələri  götürdükdən  sonra  müstəntiq  protokol  tərtib  edir  və  həmin 



protokolda aşağıdakılar göstərilir: 

276.1.1. nümunələrin götürüldüyü tarix, vaxt və yer; 

276.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

276.1.3.  tədqiqat  üçün  nümunələrin  götürülməsində  iştirak  edən  şəxslərin 

vəzifəsi,  soyadı,  adı  və  atasının  adı,  doğulduğu  il,  ay,  gün  və  yer,  iş  yeri,  faktiki 

yaşadığı və qeydiyyatda olduğu yer; 

276.1.4. tədqiqat üçün nümunələrin götürülməsində iştirak edən şəxslərə onların 

hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd; 




276.1.5.  tədqiqat  üçün  nümunələrin  götürülməsinin  xüsusiyyətləri,  o  cümlədən 

tədqiqat  üçün  nümunələrin  götürülməsi  zamanı  hansı  nümunələrin  və  hansı  yolla 

götürüldüyü, habelə tədqiqat üçün nümunələrin götürülməsi zamanı foto, video və 

kino  çəkilişdən  və  ya  digər  yazan  texniki  vasitələrdən  istifadə  edilib-edilməməsi 

barədə qeyd; 

276.1.6. yerinə yetirilməsi ardıcıllığı ilə nümunələrin götürülməsi üçün görülmüş 

tədbirlər,  tətbiq  edilən  elmi-texniki  üsul  və  vasitələr,  habelə  nümunələrin  özünün 

təsviri; 

276.1.7. müşahidə edilməsi ardıcıllığı ilə nümunələrin götürülməsi zamanı bütün 

aşkar  olunanlar  (nümunələrin  götürülməsinin  halları  və  nəticələri  təfərrüatı  ilə 

göstərilir). 

276.2.  Tədqiqat  üçün  nümunələrin  götürülməsi  protokolu  ona  öz  qeydlərinin 

daxil  edilməsini  tələb  etmək  hüququna  malik  olan  bu  istintaq  hərəkətinin  bütün 

iştirakçıları  tərəfindən  imzalanır.  Protokol  bir  neçə  səhifədə  tərtib  edildikdə,  onun 

hər bir vərəqi göstərilən istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. 

276.3.  Protokola  tədqiqat  üçün  götürülmüş  nümunələr  əlavə  edilir.  Tədqiqat 

üçün  nümunələrin  götürülməsi  zamanı  foto,  video  və  kino  çəkilişdən  və  ya  digər 

yazan  texniki  vasitələrdən  istifadə  edildikdə,  müvafiq  yazılar,  fotoşəkillər,  çəkiliş 

lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur. 

X X X V I I   f ə s i l    

CİNAYƏT İŞİ ÜZRƏ İCRAATIN DAYANDIRILMASI VƏ ONA XİTAM 

VERİLMƏSİ 

M a d d ə   2 7 7 .   C i n a y ə t   i ş i   ü z r ə   i c r a a t ı n   d a y a n d ı r ı l m a s ı  

q a y d a s ı

 

277.1. Cinayət işi üzrə icraat bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş 



hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə dayandırılır. 

277.2.  Cinayət  işi  üzrə  icraatın  dayandırılması  barədə  qərarda  aşağıdakılar 

göstərilməlidir: 

277.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 

277.2.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

277.2.3. cinayət işi nə vaxt və kim tərəfindən başlanmışdır; 

277.2.4. cinayət işinin başlanmasına səbəb və əsas olan hallar, 

277.2.5. İbtidai istintaq zamanı müəyyən edilmiş hallar; 

277.2.6. cinayət işi üzrə icraatın dayandırılması üçün motivlər; 

277.2.7.  bu  Məcəllənin  53.1-ci  maddəsində  göstərilən  hallardan  birinə  və  ya  bir 

neçəsinə  istinad  edilməklə  müstəntiqin  cinayət  işi  üzrə  icraatın  dayandırılması 

barədə qərarının əsaslandırılması; 




277.2.8. müvafiq hallarda barəsində cinayət işi üzrə icraatın dayandırıldığı şəxsin 

soyadı, adı və atasının adı; 

277.2.9. cinayət işi üzrə icraatın dayandırılması ilə əlaqədar görülməli tədbirlər. 

277.3.  Cinayət  işi  üzrə  icraatın  dayandırılması  barədə  müstəntiqin  qərarının 

çıxarıldığı  andan  24  saatdan  gec  olmayaraq  onun  surəti  ibtidai  araşdırmaya 

prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir. 

277.4. Müstəntiq zərər çəkmiş şəxsi, onun nümayəndəsini, mülki iddiaçını, mülki 

cavabdehi  və  ya  onların  nümayəndələrini  yazılı  qaydada  cinayət  işi  üzrə  icraatın 

dayandırılması  barədə  qərarla  tanış  etməli  və  onlara  cinayət  işi  üzrə  icraatın 

dayandırılması barədə qərardan bu Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmuş 

qaydada  şikayət  verilməsinin  mümkünlüyünü  izah  etməlidir.  Bu  Məcəllənin 

53.1.4—53.1.6-cı  maddələrində  nəzərdə  tutulmuş  əsaslarla  cinayət  işi  üzrə  icraat 

dayandırıldıqda  bu  barədə  həmçinin  təqsirləndirilən  şəxs  və  onun  müdafiəçisi  də 

məlumatlandırılır. 

277.5.  Cinayət  işi  üzrə  icraat  dayandırıldıqdan  sonra  müstəntiq  özü  və  ya 

təhqiqat orqanı vasitəsilə aşağıdakı hərəkətləri yerinə yetirir: 

277.5.1.  bu  Məcəllənin  53.1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  halda—

təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməli  olan  şəxsin  müəyyən  edilməsi  üçün 

tədbirlər görür; 

277.5.2.  bu  Məcəllənin  53.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  halda—

təqsirləndirilən şəxsin olduğu yerin müəyyən edilməsi üçün tədbirlər görür; 

277.5.3.  bu  Məcəllənin  53.1.3-cü  maddəsində  nəzərdə  tutulmuş  halda—

istintaqdan gizlənmiş təqsirləndirilən şəxsin axtarışı üçün tədbirlər görür. 

Z77.6.  İcraatı  dayandırılmış  cinayət  işi  üzrə  istintaq  hərəkətlərinin  aparılmasına 

yol verilmir. 

M a d d ə   2 7 8 .   T ə q s i r l ə n d i r i l ə n   ş ə x s i n   a x t a r ı ş ı

 

278.1. Təqsirləndirilən şəxsin axtarışı müstəntiq tərəfindən cinayət işi üzrə ibtidai 



istintaq  aparılması  zamanı  və  ya  cinayət  işi  üzrə  icraatın  dayandırılması  ilə  eyni 

vaxtda elan edilə bilər. 

278.2. Təqsirləndirilən şəxsin olduğu yer məlum olmadıqda və ya təqsirləndirilən 

şəxs  cinayət  təqibi  orqanından  gizləndikdə  müstəntiq  öz  qərarı  ilə  onun  axtarışını 

müvafiq təhqiqat orqanına tapşırır. 

278.3.  Təqsirləndirilən  şəxsin  axtarışı  onun  olduğu  yerin  müəyyən  edilməsi, 

tutulması  və  cinayət  prosesini  həyata  keçirən  orqanın  sərəncamına  verilməsi  üçün 

tədbirlər görülməsini nəzərdə tutur. 

278.4. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada aşkar edilmiş və tutulmuş və ya 

Azərbaycan  Respublikasının  ərazisindən  kənarda  istintaqdan  gizlənən  və  axtarışda 

olan təqsirləndirilən şəxs barəsində aşağıdakı tədbirlər tətbiq edilə bilər: 

cxix[119]

 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə