Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə92/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   88   89   90   91   92   93   94   95   ...   190

269.3.4. tədqiqat obyektlərinin qorunub saxlanılmasını təmin edir; 

269.3.5. ekspertizanın qurtarma müddətini müəyyən edir. 

269.4.  Ekspert  idarəsinin  rəhbəri  ekspertə  tədqiqatın  gedişi  və  onun  gəldiyi 

nəticələri əvvəlcədən həll edən göstərişlər vermək hüququna malik deyil. 

M a d d ə   2 7 0 .   E k s p e r t   i d a r ə s i n d ə n   k ə n a r d a   e k s p e r t i z a n ı n  

a p a r ı l m a s ı

 

270.1.  Ekspert  idarəsindən  kənarda  ekspertiza  aparıldıqda,  müstəntiq 



ekspertizanın  təyin  edilməsi  haqqında  qərar  çıxardıqdan  sonra  aşağıdakı  tədbirləri 

görür: 


270.1.1. ekspertiza aparılmasının tapşırıldığı şəxsi çağırır; 

270.1.2. onun şəxsiyyətinə və səlahiyyətinə əmin olur; 

270.1.3.  ekspertin  şübhəli,  təqsirləndirilən,  zərər  çəkmiş  şəxs  və  cinayət 

prosesinin  digər  iştirakçılarına  münasibətini  müəyyənləşdirir  və  ekspertə  etiraz 

üçün əsasların olub-olmamasını yoxlayır; 

270.1.4. ekspertiza təyin edilməsi haqqında qərarı ekspertə təqdim edir; 

270.1.5.  ekspertə  onun  bu  Məcəllənin  97.4  və  97.6-cı  maddələrində  nəzərdə 

tutulmuş hüquq və vəzifələrini izah edir; 

270.1.6.  ekspertə  bilə-bilə  yalan  rəy  verməyə  görə  cinayət  məsuliyyəti  haqqında 

xəbərdarlıq edir; 

270.1.7. ekspertin müraciətlərini və xahişlərini qeyd edir; 

270.1.8.  bu  Məcəllənin  270.1.2—270.1.7-ci  maddələrində  nəzərdə  tutulmuş 

müvafiq  hərəkətlərin  aparılması  barədə  ekspertizanın  təyin  edilməsi  haqqında 

qərarla ekspertin tanış edilməsi haqqında protokolda qeyd edir. 

270.1.9.  ekspertin  xahişinin  təmin  və  ya  rədd  edilməsi  haqqında  əsaslandırılmış 

qərar çıxarır. 

270.2.  Şübhəli,  təqsirləndirilən,  zərər  çəkmiş  şəxsin  və  şahidin  bədəninin  və  ya 

ruhi  vəziyyətinin  tədqiqatı  zərurəti  olduqda,  yaxud  həmin  şəxslərin  ekspertizanın 

aparılmasında  iştirakı  zəruri  hesab  edildikdə,  müstəntiq  göstərilən  şəxslərin 

ekspertin yanına çatdırılmasını təmin etməlidir. 

270.3.  Ekspertiza  müdafiə  tərəfinin  təşəbbüsü  ilə  və  onun  hesabına  aparıldıqda 

ekspertlə  həmin  tərəf  arasında  müqavilə  bağlanır.  Müdafiə  tərəfi  ekspertizanın 

aparılması  üzrə  xərcləri  ödəyir  və  ekspertə  suallar  siyahısını  və  tədqiqat  üçün 

obyektləri verir. 

M a d d ə   2 7 1 .   E k s p e r t i n   r ə y i

 

271.1.  Ekspertiza  təyin  edilməsi  haqqında  müstəntiqin  qərarının  ekspertə  daxil 



olduğu  və  ya  ekspertlə  müdafiə  tərəfi  arasında  müqavilənin  bağlandığı  vaxtdan  1 

(bir) aydan gec olmayaraq ekspert zəruri tədqiqatlar aparır, yazılı rəy tərtib edir, onu 




öz  imzası  ilə  təsdiq  edir  və  dərhal  ekspertizanı  təyin  etmiş  şəxsə  və  ya  müdafiə 

tərəfinə göndərir. 

271.2. Ekspertin rəyində aşağıdakılar göstərilir: 

271.2.1. ekspertizanın aparıldığı tarix, vaxt və yer; 

271.2.2. ekspertizanı aparan şəxsin soyadı, adı, atasının adı, təhsili, ixtisası, ixtisas 

üzrə iş stajı, elmi adı və elmi dərəcəsi, tutduğu vəzifə; 

271.2.3. bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyətinin ekspertə məlum 

olmasını təsdiq edən qeyd; 

271.2.4. ekspertizanın aparılması üçün əsaslar; 

271.2.5.  ekspertizanın  aparılmasında  iştirak  etmiş  şəxslər  haqqında  qeyd 

(soyadları, adları, atalarının adları və ev ünvanları); 

271.2.6.  ekspertiza  aparılmasının  xüsusiyyətləri,  o  cümlədən  ekspertin  cinayət 

işinin  hansı  materiallarından  istifadə  etməsi,  hansı  maddi  sübutların,  nümunələrin 

və  digər  obyektlərin  tədqiq  edilməsi,  hansı  üsulların  tətbiq  edilməsi  və  onların 

etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü 

ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeyd. 

271.3.  Ekspertin  rəyinə  ekspertin  gəldiyi  nəticələri  təsdiq  edən  maddi  sübutlar, 

nümunələr, digər materiallar, habelə fotoşəkillər, sxemlər, cədvəllər əlavə edilir. 

271.4.  Tədqiqat  zamanı  təqdim  edilmiş  materialların  və  ekspertin  xüsusi 

biliklərinin kifayət qədər olmaması aşkar edildikdə ekspertin rəyində onun qarşısına 

qoyulmuş  sualların  hamısına  və  ya  bir  qisminə  cavab  verməyin  qeyri-

mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapmalıdır. 

271.5.  Ekspertin  rəyi  ekspertizanı  aparmış  şəxslər  tərəfindən  imzalanır  (bu 

imzaların həqiqiliyi ekspertiza idarəsində idarənin rəhbəri tərəfindən təsdiq edilir). 

M a d d ə   2 7 2 .   E k s p e r t i n   d i n d i r i l m ə s i

 

272.1.  Ekspertin  rəyi  kifayət  qədər  aydın  olmadıqda  və  ya  həmin  rəydə  əlavə 



tədqiqatlar  aparılmasını  tələb  etməyən  boşluqlar  olduqda,  habelə  ekspertin  tətbiq 

etdiyi  üsulları  və  ya  istifadə  olunan  terminləri  dəqiqləşdirmək  zərurəti  yarandıqda 

müstəntiq eksperti dindirmək hüququna malikdir. 

272.2.  Ekspertin  çağırılması  və  dindirilməsi  bu  Məcəllənin  226,  227  və  230-cu 

maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq aparılır. 

272.3. Ekspert rəy təqdim edənədək onun dindirilməsi yolverilməzdir. 

X X X V I   f ə s i l    

TƏDQİQAT ÜÇÜN NÜMUNƏLƏRİN GÖTÜRÜLMƏSİ 

M a d d ə  

2 7 3 .  

T ə d q i q a t  

ü ç ü n  

n ü m u n ə l ə r i n  

g ö t ü r ü l m ə s i n i n   ş ə r t l ə r i

 



273.1.  Müstəntiq  tədqiqat  üçün  nümunələrin  götürülməsi  məqsədi  ilə    müvafiq 

istintaq hərəkətini aşağıdakı hallarda apara bilər: 

273.1.1.  nümunələr  hər  hansı  insanın,  heyvanın,  insan  meyitinin,  heyvan 

cəsədinin, habelə əşya və ya maddələrin xassələrini əks etdirdikdə; 

273.1.2. nümunələr cinayət təqibi üçün əhəmiyyətli olduqda. 

273.2.  Tədqiqat  üçün  nümunələrin  götürülməsi  məqsədi  ilə    müvafiq  istintaq 

hərəkətinin aparılması üçün müstəntiq əsaslandırılmış qərar çıxarır. Həmin qərarda 

aşağıdakılar göstərilməlidir: 

273.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 

273.2.2. müstəntiqin soyadı, adı, atasının adı və vəzifəsi; 

273.2.3. tədqiqat üçün nümunələrin götürülməsinə əsas verən obyektiv hallar və 

onun motivlərinin əsaslandırılması; 

273.2.4.  tədqiqat  üçün  nümunələri  götürməli  olan  şəxsin  soyadı,  adı  və  atasının 

adı; 


273.2.5.  tədqiqat  üçün  nümunələrin  götürülməli  olduğu  şəxsin  soyadı,  adı  və 

atasının adı; 

273.2.6. tədqiqat üçün hansı nümunələrin və hansı miqdarda götürülməli olduğu; 

273.2.7.  tədqiqat  üçün  nümunələrin  götürülməsi  üçün  şəxsin  nə  vaxt  və  kimin 

yanına gəlməli olduğu; 

273.2.8. tədqiqat üçün nümunələr götürüldükdən sonra onların nə vaxt və kimə 

verilməli olduğu. 

273.3. Tədqiqat üçün nümunələr həmçinin bu Məcəllənin müddəaları ilə nəzərdə 

tutulmuş hallarda və qaydada baxış, axtarış, götürmə, əmlak və ya yazışma üzərinə 

həbs qoyulması zamanı da götürülə bilər. 

273.4.  Zəruri  hallarda  başqa  şəxslərin  hüquqlarını  pozmamaq  şərti  ilə  tədqiqat 

üçün nümunələr ekspert tərəfindən də götürülə bilər. 

273.5.  Tədqiqat  üçün  nümunələrin  götürülməsi  üsulundan  asılı  olmayaraq 

onların  insana  əzab  verən,  onun  həyatına,  səhhətinə  və  ya  bədən  bütövlüyünə 

təhlükə törədən üsulla götürülməsi qadağandır. 

M a d d ə  

2 7 4 .  

T ə d q i q a t  

ü ç ü n  

g ö t ü r ü l ə n  

n ü m u n ə l ə r i n  

n ö v l ə r i

 

274.0. Tədqiqat üçün aşağıdakı nümunələr götürülə bilər: 



274.0.1.  qan,  sperma  (məni),  tük,  dırnaq  kəsintisi,  bədənin  xarici  örtüklərinin 

mikroskopik qazıntısı; 

274.0.2. tüpürcək, tər və orqanizmin digər ifrazatları; 

274.0.3. dəri naxışının (nəqşəsi), dişlərin və əl-ayağın izləri; 

274.0.4.  əlyazmalar,  düyünlər,  məmulatlar  və  insan  bacarığını  əks  etdirən  digər 

materiallar; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə