Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə90/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   86   87   88   89   90   91   92   93   ...   190

M a d d ə   2 6 3 .   İ s t i n t a q   e k s p e r i m e n t i n i n   p r o t o k o l u

 

263.1. İstintaq eksperimenti qurtardıqdan sonra müstəntiq protokol tərtib edir və 



həmin protokolda aşağıdakılar göstərilir: 

263.1.1. istintaq eksperimentinin aparıldığı tarix, vaxt və yer; 

263.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

263.1.3.  istintaq  eksperimentinin  aparılmasında  iştirak  edən  digər  şəxslərin 

(şübhəli,  təqsirləndirilən  şəxsin,  müdafiəçinin,  şahidin,  mütəxəssisin,  müəllimin, 

həkimin və digərlərinin) soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş 

yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer; 

263.1.4.  barəsində  istintaq  eksperimenti  aparılan  şəxsə  onun  hüquq  və 

vəzifələrinin izah edilməsi barədə qeyd; 

263.1.5.  İstintaq  eksperimentinin  aparılmasının  xüsusiyyətləri,  o  cümlədən 

istintaq  eksperimenti  zamanı  hansı  məlumatların  yoxlanıldığı  (dəqiqləşdirildiyi), 

habelə foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə 

edilməsi barədə qeyd; 

263.1.6.  İstintaq  eksperimentinin  aparılması  zamanı  müşahidə  edilmə  ardıcıllığı 

ilə bütün aşkar olunanlar (eksperimentin halları və nəticələri təfərrüatı ilə göstərilir). 

263.2.  İstintaq  eksperimentinin  protokolu  ona  öz  qeydlərinin  daxil  edilməsini 

tələb  etmək  hüququna  malik  olan  bu  istintaq  hərəkətinin  bütün  iştirakçıları 

tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə onun hər bir vərəqi 

göstərilən istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. 

263.3. İstintaq eksperimentinin aparılması zamanı foto, video və kino çəkilişdən 

və  ya  digər  yazan  texniki  vasitələrdən  istifadə  edildikdə  müvafiq  yazılar, 

fotoşəkillər,  çəkiliş  lentləri,  yaxud  başqa  məlumat  daşıyıcıları  protokola  əlavə 

olunur. 

X X X V   f ə s i l    

EKSPERTİZANIN APARILMASI 

M a d d ə   2 6 4 .   E k s p e r t i z a n ı n   a p a r ı l m a s ı n ı n   ə s a s l a r ı

 

264.1.  Ekspertiza  elm,  texnika,  incəsənət  və  ya  sənət  sahəsində,  habelə  müvafiq 



tədqiqatın  metodikası  üzrə  xüsusi  biliklər  tələb  edildikdə  cinayət  təqibi  üçün 

əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə  aparılır. 

264.2.  Təhqiqatçı,  müstəntiq,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata 

keçirən  prokuror,  mütəxəssis  və  cinayət  prosesinin  digər  iştirakçılarının  xüsusi 

biliklərə  malik  olması  cinayət  təqibi  orqanını  müvafiq  hallarda  ekspertizanın  təyin 

edilməsi  zərurətindən  azad  etmir.  Bu  Məcəllənin  140.0.1—140.0.4-cü  maddələrində 

nəzərdə  tutulmuş  halların  müəyyən  edilməsi  üçün  müvafiq  ekspertizanın  təyin 

edilməsi məcburidir. 




264.3.  Ekspertiza  müstəntiqin  qərarına  və  ya  cinayət  təqibi  xüsusi  ittiham 

qaydasında  həyata  keçirildiyi  halda  müdafiə  tərəfinin  yazılı  müraciətinə  əsasən 

aparılır. Ekspertizanın təyin edilməsi haqqında qərar onun aid olduğu şəxslər üçün 

məcburidir. 

264.4. 

Ekspertizanın 



təyin 

edilməsi 

haqqında 

qərarda 


aşağıdakılar 

göstərilməlidir: 

264.4.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 

264.4.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

264.4.3.  ekspertizanın  təyin  edilməsinə  əsas  verən  obyektiv  hallar  və  onun 

motivlərinin əsaslandırılması; 

264.4.4.  aşkar  edildiyi  və  götürüldüyü  yer,  vaxt  və  şərait  göstərilməklə 

ekspertizaya  göndərilən  maddi  sübutlar  və  digər  obyektlər,  ekspertiza  işin 

materialları  üzrə  aparıldıqda  isə  ekspertin  gəldiyi  nəticənin  əsaslana  biləcəyi 

məlumatlar; 

264.4.5. ekspert qarşısında qoyulan suallar; 

264.4.6.  ekspertizanın  aparılması  tapşırılan  ekspert  idarəsinin  adı  və  ya  şəxsin 

soyadı. 

264.5. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda, müdafiə 

tərəfinin mənafeyinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün müdafiəçi 

öz  təşəbbüsü  ilə  bir  və  ya  bir  neçə  ekspertə,  ekspert  idarəsinə  ekspert  işinin 

müqavilə  əsasında  ödənilməsi  şərti  ilə  ekspertizanın  aparılması  barədə  rəsmi 

müraciət etmək hüququna malikdir. 

264.6.  Cinayət  təqibi  xüsusi  ittiham  qaydasında  həyata  keçirildiyi  halda, 

ekspertizanın  müdafiə  tərəfinin  təşəbbüsü  ilə  və  onun  hesabına  aparılması  zamanı 

ekspertə suallar siyahısı və tədqiqat obyektləri verilir. 

264.7. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda, müdafiə 

tərəfinin  rəsmi  müraciəti  əsasında  ekspertiza  aparmış  ekspertlərin  təqdim  edilmiş 

rəyləri  məhkəmə  tərəfindən  materiallara  əlavə  edilir  və  digər  sübutlarla  yanaşı 

qiymətləndirilir. 

M a d d ə   2 6 5 .   T ə k b a ş ı n a   v ə   k o m i s y o n   e k s p e r t i z a

 

265.1. Ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir 



və ya bir neçə şəxs apara bilər. 

265.2. Təkbaşına ekspertizanın aparılması müəyyən bir ekspertə və ya müəyyən 

eksperti təyin edən ekspert idarəsinin rəisinə tapşırılır. 

265.3.  Mürəkkəb  və  təkrar  ekspertizalar  eyni  ixtisasdan  olan  ekspertlər 

komissiyası tərəfindən aparılır. Tərəflərin xahişi ilə ekspert komissiyasının tərkibinə 

onların  göstərdiyi  ekspertlər  daxil  edilə  bilər.  Ekspertlər  öz  aralarında 

məsləhətləşmə aparır və ümumi rəyə gəldikdə rəyi imzalayırlar. Ekspertlər arasında 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə