Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə91/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   87   88   89   90   91   92   93   94   ...   190

fikir  ayrılığı  olduqda  onlardan  hər  biri  fikir  ayrılığı  doğurmuş  bir  və  ya  bir  neçə 

suala dair ayrıca rəy verir.  

265.4. Komisyon ekspertiza aparılması haqqında qərarın icrası ekspert idarəsinin 

rəhbəri  üçün  məcburidir.  Hər  hansı  ekspertizanın  aparılması  ekspert  idarəsinə 

tapşırıldıqda,  həmin  idarənin  rəhbəri  ekspertizanın  aparılması  üçün  ekspertlər 

komissiyası təşkil edə bilər. 

M a d d ə   2 6 6 .   K o m p l e k s   e k s p e r t i z a

 

266.1.  Cinayət  təqibi  üçün  əhəmiyyətli  olan  hallar  müxtəlif  bilik  və  ya  elm 



sahələri,  yaxud  biliyin  bir  sahəsi  daxilində  müxtəlif  üsullar  sistemi  əsasında  yalnız 

bir  neçə  tədqiqat  aparılmaqla  müəyyən  edilə  bildikdə  kompleks  ekspertiza  təyin 

edilir. 

266.2.  Ekspertlər  öz  səlahiyyətləri  daxilində  kompleks  ekspertiza  çərçivəsində 

müəyyən  edilmiş  faktiki  məlumatların  məcmusu  əsasında  müəyyən  edilməsi  üçün 

ekspertizanın təyin edildiyi hallar barədə gəldikləri nəticəni ifadə edirlər. 

266.3.  Ekspert  kompleks  ekspertizanın  rəyinin  onun  səlahiyyətinə  aid  olmayan 

hissəsini imzalaya bilməz. 

260.4.  Kompleks  ekspertizanın  aparılması  ekspert  idarəsinə  tapşırıldıqda, 

kompleks tədqiqatların təşkili həmin idarənin rəhbərinin üzərinə düşür. 

M a d d ə   2 6 7 .   Ə l a v ə   v ə   t ə k r a r   e k s p e r t i z a

 

267.1. Qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış 



obyektlərə  dair  müstəntiqin  əlavə  sualları  yarandıqda,  aparılmış  tədqiqatın  və  ya 

rəydəki  boşluğun  aradan  qaldırılması  üçün  həmin  və  ya  başqa  ekspert  tərəfindən 

əlavə ekspertiza aparılır. 

267.2.  Ekspertin  rəyi  kifayət  qədər  əsaslı  olmadıqda  və  ya  şübhə  doğurduqda, 

yaxud  onun  əsaslandığı  sübutlar  etibarsız  (qeyri-mötəbər)  hesab  edildikdə  və  ya 

ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. 

267.3.  Təkrar  ekspertizanın  aparılması  başqa  ekspertə  tapşırılır.  Əvvəlki 

ekspertizanı  aparmış  ekspertlər  təkrar  ekspertizanın  aparılmasında  iştirak  edə  və 

izahlar  verə  bilərlər,  lakin  tədqiqat  zamanı  və  rəy  tərtib  edilərkən  onlar  iştirak 

etmirlər. 

267.4.  Təkrar  ekspertizanın  aparılması  haqqında  qərarda  əvvəlki  ekspertizaların 

nəticələri  ilə  razı  olmamağın  motivləri  göstərilməlidir.  Təkrar  ekspertiza  təyin 

edilərkən  ekspert  qarşısında  əvvəllər  tətbiq  edilmiş  tədqiqat  üsullarının  elmi 

əsaslılığı barədə sual qoyula bilər. 

M a d d ə  

2 6 8 .  

E k s p e r t i z a n ı n  

t ə y i n  

e d i l m ə s i  

v ə  


a p a r ı l m a s ı   z a m a n ı   ş ü b h ə l i   v ə   y a   t ə q s i r l ə n d i r i l ə n   ş ə x s i n  

h ü q u q l a r ı

 



268.1.  Müstəntiqin  qərarına  əsasən  ekspertizanın  təyin  edilməsi  və  aparılması 

zamanı şübhəli və ya təqsirləndirilən şəxs aşağıdakı hüquqlara malikdir: 

268.1.1. protokol tərtib edilməklə ekspertizanın aparılmasından əvvəl onun təyin 

edilməsi haqqında müstəntiqin qərarı ilə tanış olmaq və ona məxsus olan hüquqların 

izahını almaq; 

268.1.2. ekspertə etiraz etmək; 

268.1.3. eksperti onun göstərdiyi şəxslər içərisindən təyin edilməsi barədə vəsatət 

vermək; 


268.1.4.  öz  təşəbbüsü  ilə  və  öz  hesabına  alternativ  ekspertiza  aparmaq  və  onun 

rəyinin cinayət işinə əlavə edilməsi barədə vəsatət vermək; 

268.1.5. rəy alınması üçün müstəntiq tərəfindən təyin edilmiş ekspert qarşısında 

əlavə suallar qoymaq; 

268.1.6.  müstəntiqin  icazəsi  ilə  ekspertizanın  aparılmasında  iştirak  etmək,  bu 

zaman tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını 

ekspertdən tələb etmək və ekspertə izahlar vermək; 

268.1.7.  ekspertin  rəyi  müstəntiqə  daxil  olduğu  vaxtdan  ən  geci  10  (on)  gün 

müddətində  onunla  tanış  olmaq,  əlavə  və  ya  təkrar  ekspertizanın  aparılması 

haqqında vəsatət vermək; 

268.1.8. onun vəsatəti üzrə aparılan ekspertin dindirilməsində iştirak etmək. 

268.2.  Sadalanan  hüquqlar  həmçinin  ruhi  vəziyyəti  imkan  verdikdə  haqqında 

məcburi xarakterli tibbi tədbirlərin tətbiqi üzrə icraat aparıldığı şəxsə də məxsusdur. 

M a d d ə  

2 6 9 .  

E k s p e r t  

i d a r ə s i n d ə  

e k s p e r t i z a n ı n  

a p a r ı l m a s ı

 

269.1.  Müstəntiq  ekspertiza  təyin  edilməsi  haqqında  qərarını,  tədqiqat 



obyektlərini,  zəruri  hallarda  isə  cinayət  işini  rəy  verilməsi  üçün  ekspert  idarəsinin 

rəhbərinə  göndərir.  Ekspertiza  ekspert  idarəsinin  əməkdaşı  tərəfindən  aparılır. 

Qərarda ekspertizanın kim tərəfindən keçirilməsi göstərilmədikdə ekspert idarəsinin 

rəhbəri ekspertizanın aparılmasını həmin idarənin əməkdaşlarından birinə və ya bir 

neçəsinə tapşırır və bu barədə ekspertiza təyin etmiş şəxsə məlumat verir. 

269.2.  Ekspertiza  müdafiə  tərəfinin  təşəbbüsü  ilə  və  onun  hesabına  aparıldıqda 

həmin  tərəf  ekspertiza  idarəsinin  rəhbərinə  suallar  siyahısını  və  tədqiqat  üçün 

obyektləri göndərir.  

269.3. Ekspertiza idarəsinin rəhbəri aşağıdakı vəzifələri yerinə yetirir: 

269.3.1.  ekspertə  onun  bu  Məcəllənin  97.4  və  97.6-cı  maddələrində  nəzərdə 

tutulmuş hüquq və vəzifələrini izah edir; 

269.3.2.  ekspertə  bilə-bilə  yalan  rəy  verməyə  görə  cinayət  məsuliyyəti  haqqında 

xəbərdarlıq  edir  və  bu  barədə  ekspertizanın  təyin  edilməsi  haqqında  qərarda 

ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparır; 

269.3.3. ekspertizanın aparılmasını təşkil edir; 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə