Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə99/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   95   96   97   98   99   100   101   102   ...   190

297.0.  Böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayət  üzrə  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materialları  ona  daxil  olduqdan  sonra  ibtidai  araşdırmaya 

prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  aşağıdakı  hərəkətləri  yerinə 

yetirməlidir: 

297.0.1.  daxil  olmuş  materiallara  dərhal  baxmaq  və  böyük  ictimai  təhlükə 

törətməyən  aşkar  cinayət  üzrə  şikayətin  baxılması  zamanı  təhqiqatçının 

hərəkətlərinin  və  həmin  şikayət  üzrə  aparılmış  məhkəməyədək  sadələşdirilmiş 

icraatın qanuniliyini və əsaslılığını yoxlamaq; 

297.0.2. toplanılmış sübutlar və təhqiqat zamanı araşdırılmış hallar ittihamın irəli 

sürülməsinə  imkan  verdikdə,  böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayət  üzrə 

məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair təhqiqatçı tərəfindən tərtib 

edilmiş  yekun  protokolunda  ittihamın  irəli  sürülməsini  təsdiq  etmək  və  bütün 

materialları məhkəməyə göndərmək; 

297.0.3.  toplanılmış  sübutlar  ittihamın  irəli  sürülməsi  üçün  kifayət  qədər 

olmadıqda,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materialları  əsasında  cinayət 

işinin  başlanması  haqqında  qərar  çıxarmaq  və  ibtidai  istintaqın  aparılmasını 

müvafiq istintaq orqanına tapşırmaq; 

297.0.4. cinayət təqibini istisna edən hallar mövcud olduqda, cinayət qanunu ilə 

nəzərdə  tutulmuş  əməli  törətmiş  şəxs  barəsində  cinayət  təqibinə  xitam  verilməsi 

haqqında qərar çıxarmaq; 

297.0.5.  böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayət  üzrə  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materialları  ilə  tanış  olmuş  şəxslərə  özünün  çıxardığı  qərar 

haqqında məlumat vermək. 

SƏKKİZİNCİ BÖLMƏ  

B

İRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT



 

X L   f ə s i l    

CİNAYƏT İŞLƏRİNƏ, MƏHKƏMƏYƏDƏK SADƏLƏŞDİRİLMİŞ 

İCRAAT ÜZRƏ MATERİALLARA VƏ XÜSUSİ İTTİHAM QAYDASINDA 

ŞİKAYƏTLƏRƏ İLKİN BAXILMASI 

M a d d ə   2 9 8 .   D a x i l   o l m u ş   c i n a y ə t   i ş i ,   m ə h k ə m ə y ə d ə k  

s a d ə l ə ş d i r i l m i ş  

i c r a a t ı n  

m a t e r i a l l a r ı  

v ə  


y a  

x ü s u s i  

i t t i h a m  

q a y d a s ı n d a  

ş i k a y ə t  

ü z r ə  

m ə h k ə m ə n i n  

i l k i n  

h ə r ə k ə t l ə r i

 

298.1.  Birinci  instansiya  məhkəməsinə  daxil  olmuş  cinayət  işi,  məhkəməyədək 



sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət 

hakimlər arasında işlərin bərabər bölüşdürülməsi qaydasına riayət edilməklə onlara 

baxmalı  olan  hakimə  və  ya  hakimlərə  verilir.  Bu  qaydalara  müvafiq  olaraq 

məhkəməyə  daxil  olmuş  bütün  cinayət  işlərinin  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər 




materialların hakimlər arasında bölüşdürülməsi onların icraatlarında olan işlərin və 

digər materialların həcmi və miqdarı nəzərə alınmaqla aparılmalıdır. 

298.2. Məhkəmənin hazırlıq iclası aşağıdakı qaydada təmin edilir: 

298.2.1. cinayət işi məhkəməyə daxil olduqdan sonra 15 (on beş) gün müddətində 

"(cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya 

baxışın  təşkilinin  xüsusilə  mürəkkəb  olması  ilə  əlaqədar  bu  müddət  məhkəmənin 

qərarı ilə 30 (otuz) günədək uzadıla bilər); 

cxxiv[124]

 

298.2.2. məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham 



qaydasında şikayət məhkəməyə daxil olduqdan sonra 7 (yeddi) gün müddətində. 

298.3.  Məhkəmənin  icraatına  müvafiq  olaraq  cinayət  işinin,  məhkəməyədək 

sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin daxil 

olması  və  məhkəmənin  hazırlıq  iclasının  keçirilməsi  barədə  məhkəmə 

təqsirləndirilən  şəxsə,  onun  müdafiəçisinə,  habelə  dövlət  ittihamçısına  (cinayət 

təqibi  ictimai  və  ya  ictimai-xüsusi  ittiham  qaydasında  aparıldıqda),  zərər  çəkmiş 

şəxsə,  xüsusi  ittihamçıya  (cinayət  təqibi  xüsusi  ittiham  qaydasında  aparıldıqda), 

mülki  iddiaçıya,  mülki  cavabdehə  və  ya  onların  nümayəndələrinə  aşağıdakı 

qaydada məlumat verir: 

298.3.1.  cinayət  işi  üzrə  məhkəmənin  hazırlıq  iclasının  keçirilməsinə  ən  azı  7 

(yeddi) gün qalmış müddətdə; 

298.3.2. məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham 

qaydasında  şikayət  üzrə  məhkəmənin  hazırlıq  iclasının  keçirilməsinə  ən  azı  3  (üç) 

gün qalmış müddətdə. 

298.4. Bu Məcəllənin 298.3-cü maddəsinin tələblərini yerinə yetirərkən məhkəmə 

göstərilən  şəxslərə  müvafiq  olaraq  ittiham  aktının,  məhkəməyədək  sadələşdirilmiş 

icraatın  nəticələrinə  dair  yekun  protokolunun  və  ya  xüsusi  ittiham  qaydasında 

şikayətin  surətini  göndərməlidir  (təqsirləndirilən  şəxsə  və  onun  müdafiəçisinə 

ittiham  aktının  surətinin  verilməsinin  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata  keçirən  prokuror  tərəfindən  təmin  edilməsinə  görə  məhkəmə  bu  şəxslərə 

həmin  sənədləri  göndərmir).  Məhkəmə  həmçinin  bu  Məcəllənin  298.3-cü 

maddəsində göstərilmiş şəxslərə aşağıdakılara dair bildiriş göndərməlidir: 

cxxv[125]

 

298.4.1.  məhkəmənin  icraatına  müvafiq  olaraq  cinayət  işinin,  məhkəməyədək 



sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin daxil 

olması  haqqında  (təqsirləndirilən  şəxsin  soyadı,  adı,  atasının  adı,  ona  qarşı  irəli 

sürülmüş  ittihamın  mahiyyəti,  habelə  məhkəmənin  tərkibinə  daxil  olan  hakimlərin 

soyadı və vəzifəsi göstərilməklə); 

298.4.2.  məhkəməyə  vəsatət  və  ərizələrin  göndərilməsi  qaydası  və  müddətinin 

izahı  daxil  olmaqla  bildirişin  göndərildiyi  şəxsin  hüquq  və  vəzifələrinin  izahı 

haqqında; 

298.4.3. məhkəmənin hazırlıq iclasında iştirak etmək üçün məhkəməyə gəlməyin 

vaxtı barədə. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə