Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə102/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   98   99   100   101   102   103   104   105   ...   190

302.1.7.  şikayət  əsassız  olduqda  və  şikayət  vermiş  şəxsin  dəlillərini  təsdiq  edən 

sübutları əks etdirmədikdə; 

302.1.8.  şikayəti  vermiş  şəxs  şikayətindən  imtina  etdikdə  və  təqsirləndirilən 

şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən 

gəlmədikdə. 

302.2.  Məhkəmə  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  məhkəmənin  hazırlıq 

iclasının  nəticələri  əsasında  məhkəmə  baxışının  keçirilməsindən  imtina  edərək 

aşağıdakılar barədə qərarlar çıxarır: 

302.2.1.  bu  Məcəllənin  302.1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  halda  xüsusi 

ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 

302.2.2.  bu  Məcəllənin  302.1.5-ci  maddəsində  nəzərdə  tutulmuş  halda  xüsusi 

ittiham  qaydasında  verilmiş  şikayətin  baxılması  üçün  istintaq  aidiyyəti  üzrə 

göndərilməsi barədə; 

302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə 

tutulmuş  hallarda  xüsusi  ittiham  qaydasında  şikayətin  öz  icraatına  qəbul 

edilməsindən imtina edilməsi barədə. 

302.3.  Məhkəmənin  hazırlıq  iclasında  həmin  işin  məhkəməyə  aid  olmadığını 

müəyyən  etdikdə  belə  qərarın  qəbul  edilməsinin  hüquqi  əsaslarını  və  işin 

göndərildiyi  məhkəməni  göstərməklə,  məhkəmə  cinayət  işinin  məhkəmə  aidiyyəti 

üzrə göndərilməsi barədə qərar çıxarır. 

M a d d ə  

3 0 3 .  

C i n a y ə t  

i ş i n i n  

v ə  

y a  


m ə h k ə m ə y ə d ə k  

s a d ə l ə ş d i r i l m i ş  

i c r a a t ı n  

m a t e r i a l l a r ı n ı n  

b a x ı l m a s ı n a  

x i t a m   v e r i l m ə s i   v ə   o n u n   p r o k u r o r a   q a y t a r ı l m a s ı

 

303.1.  Məhkəmənin  hazırlıq  iclasında  məhkəməyədək  icraat  zamanı  aradan 



qaldırılmadan  müvafiq  olaraq  cinayət  işinin  və  ya  məhkəməyədək  sadələşdirilmiş 

icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud 

pozuntularına  yol  verildiyini  müəyyən  etdikdə  məhkəmə  cinayət  işinin  və  ya 

məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu 

ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 

303.2.  Cinayət  işi  və  ya  məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallarının 

baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata 

keçirən  prokurora  qaytarılması  məhkəmənin  əsaslandırılmış  qərarı  ilə  həyata 

keçirilir. 

303.3. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş  icraat materiallarının 

baxılmasına  xitam  verilməsi  və  onun  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata  keçirən  prokurora  qaytarılması  barədə  qərar  aşağıdakı  kobud  pozuntulara 

yol verildikdə çıxarılır: 

303.3.1.  təqsirləndirilən  şəxsin  müdafiə  hüququnun  pozulması  (bu  pozuntunun 

mümkün dərəcədə aradan qaldırılması üçün); 

cxxvii[127]

 



303.3.2.  cinayət  mühakimə  icraatının  aparıldığı  dili  bilməyən  təqsirləndirilən 

şəxsin  ana  dilindən  və  ya  tərcüməçinin  köməyindən  istifadə  etmək  hüququnun 

pozulması; 

303.3.3.  məhkəməyədək  icraatın  etiraz  edilməli  və  ya  özü-özünə  etiraz  etməli 

olan  şəxs  tərəfindən  aparılması  (bu  pozuntunun  mümkün  dərəcədə  aradan 

qaldırılması üçün); 

cxxviii[128]

 

303.3.4.  cinayət  işi  üzrə  ittiham  aktının  və  ya  məhkəməyədək  sadələşdirilmiş 



icraatın  nəticələrinə  dair  yekun  protokolunun  məhkəməyə  təqdim  olunmuş 

materiallarda olmaması; 

303.3.5.  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror 

tərəfindən  cinayət  işi  üzrə  ittiham  aktının  və  ya  məhkəməyədək  sadələşdirilmiş 

icraatın  nəticələrinə  dair  yekun  protokolunda  ittihamın  irəli  sürülməsinin  təsdiq 

edilməməsi; 

303.3.6.  cinayət  işi  üzrə  ittiham  aktının  və  ya  məhkəməyədək  sadələşdirilmiş 

icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 

290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 

303.3.7.  cinayət  mühakimə  icraatının  aparıldığı  dili  bilməyən  təqsirləndirilən 

şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin 

verilməməsi; 

cxxix[129]

 

303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq 



olaraq  bu  Məcəllənin  284—286,  288-ci  və  ya  296.3.1-ci  maddələrinin  tələblərinin 

pozulması; 

303.3.9.  məhkəməyədək  icraatın  ibtidai  istintaq  şəklində  aparılmasının 

məcburiliyinə  dəlalət  edən  halların  olmasına  baxmayaraq,  onun  məhkəməyədək 

sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparılması. 

303.4. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş  icraat materiallarının 

baxılmasına  xitam  verilməsi  və  onun  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün 

əsaslar göstərilir. 

303.5. Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş  icraat materiallarının 

baxılmasına  xitam  verildikdə  və  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata 

keçirən  prokurora  qaytarıldıqda  o,  prokurorluğa  daxil  olduğu  vaxtdan  istintaq 

müddəti  əvvəllər  aparılmış  məhkəməyədək  icraat  zamanı  hesablanmış  müddətə 

əlavə olaraq hesablanır.  

M a d d ə  

3 0 4 .  

C i n a y ə t  

i ş i ,  

m ə h k ə m ə y ə d ə k  

s a d ə l ə ş d i r i l m i ş  

i c r a a t ı n  

m a t e r i a l l a r ı  

v ə  

y a  


x ü s u s i  

i t t i h a m   q a y d a s ı n d a   ş i k a y ə t   ü z r ə   i c r a a t ı n   d a y a n d ı r ı l m a s ı

 

304.1. Məhkəmənin hazırlıq iclasında aşağıdakılar müəyyən edildikdə məhkəmə 



cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə