Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə104/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   100   101   102   103   104   105   106   107   ...   190

X L I   f ə s i l  

MƏHKƏMƏ BAXIŞININ ÜMUMİ ŞƏRTLƏRİ 

M a d d ə  

3 0 8 .  

İ ş ə  

b a x ı l a r k ə n  



m ə h k ə m ə  

t ə r k i b i n i n  

d ə y i ş i l m ə z l i y i

 

308.1. Cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya 



xüsusi ittiham qaydasında şikayətə hakimlərin eyni tərkibində baxılır. 

308.2. Hakimlərdən  birinin  məhkəmə  baxışında iştirakı davam etdirmək  imkanı 

olmadıqda  o,  digər  hakimlə  əvəz  edilir,  cinayət  işinə,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materiallarına  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətə 

baxılması  isə  bu  Məcəllənin  309-cu  maddəsində  nəzərdə  tutulmuş  hallar  istisna 

olmaqla, əvvəldən başlanır. 

M a d d ə   3 0 9 .   E h t i y a t d a   o l a n   h a k i m

 

309.1.  Üç  hakimdən  ibarət  kollegial  məhkəmə  tərkibi  tərəfindən  baxılan  və 



baxılması  üçün  uzun  müddət  vaxt  tələb  olunan  cinayət  işi  üzrə  məhkəmənin 

hazırlıq  iclasında  qəbul  edilmiş  qərar  əsasında  çağırılmış  ehtiyatda  olan  hakim 

iştirak  edə  bilər.  Ehtiyatda  olan  hakimin  iştirakına,  həmçinin  məhkəmə  baxışının 

əvvəlində məhkəmə iclasının açılmasından dərhal sonra məhkəmə tərəfindən qəbul 

edilmiş qərar əsasında yol verilir. 

309.2.  Ehtiyatda  olan  hakim  məhkəmə  baxışında  məhkəmə  iclası  açıldığı  və  ya 

məhkəmənin  onun  iştirakı  haqqında  qərar  qəbul  edildiyi  andan  iştirak  edir. 

Hakimlərdən  birinin  çıxdığı  halda  ehtiyatda  olan  hakim  onun  məhkəmə  tərkibinə 

daxil edildiyi andan başlayaraq hakimin hüquqlarından istifadə edir. 

309.3.  Çıxmış  hakimin  əvəzinə  işdə  iştirak  edən  ehtiyatda  olan  hakim  onun 

göstərdiyi  hər  hansı  məhkəmə  hərəkətlərinin  təzələnməsini  tələb  etmək  hüququna 

malikdir. 

309.4. Çıxmış hakimin əvəzinə işdə iştirak edən ehtiyatda olan hakim məhkəmə 

hərəkətlərinin  təzələnməsini  tələb  etmədikdə  və  ya  onun  tələbi  ilə  məhkəmə 

hərəkətləri təkrar olunduqdan sonra məhkəmə baxışı davam etdirilir. 

M a d d ə  

3 1 0 .  

M ə h k ə m ə  

i c l a s ı n d a  

q a y d a n ı n  

t ə m i n  

e d i l m ə s i

 

310.1. Məhkəmə baxışı zamanı məhkəmənin iclas zalına daxil olmasından əvvəl 



məhkəmə nəzarətçisi elan edir: 

«Məhkəmə  gəlir».  Bundan  dərhal  sonra  məhkəmə  iclasında  iştirak  edən  bütün 

şəxslər ayağa qalxmalıdırlar və yalnız məhkəmə öz yerini tutduqdan sonra onlar öz 

yerlərini tuta bilərlər. 

310.2.  Məhkəmə  baxışında  iştirak  edən  və  ya  məhkəmə  iclasında  olan  bütün 

şəxslər aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 




310.2.1.  məhkəmə  iclasında  sədrlik  edənin  bütün  göstərişlərini  və  məhkəmə 

nəzarətçisinin onlara əsaslanan tələblərini yerinə yetirmək; 

310.2.2. məhkəmə iclası zamanı sakitliyə və təmizliyə riayət etmək; 

310.2.3. yerlərindən qalxmamaq və məhkəmə iclası zalında gəzməmək; 

310.2.4.  yalnız  məhkəmə  iclasında  sədrlik  edənin  icazəsi  ilə  foto,  kino,  audio, 

video, kompüter və digər yazan texniki vasitələrdən istifadə etmək; 

310.2.5. yalnız məhkəmə iclasında sədrlik edənin icazəsi ilə danışmaq, vəsatətlər 

qaldırmaq və ya etirazlar etmək; 

310.2.6.  məhkəmə  iclasında  sədrlik  edən  müraciət  etdikdə  qalxmaq  və  yalnız 

onun icazəsi ilə əyləşmək; 

310.2.7.  məhkəməyə  «hörmətli  məhkəmə»,  hakimə  isə  «hörmətli  hakim»  sözləri 

ilə müraciət etmək; 

310.2.8. məhkəmə iclasında çıxış edən şəxslərin çıxışını kəsməmək, şərh etməmək 

və ya onların ünvanına atmacalar atmamaq; 

cxxxii[132]

 

310.2.9.  təhqiredici  və  nalayiq  ifadə  və  hərəkətlərdən,  habelə  təqsirləndirilən  və 



ya  zərər  çəkmiş  şəxsin,  şahidin  və  cinayət  prosesinin  digər  iştirakçılarının 

dindirilməsi zamanı yönəldici suallardan çəkinmək. 

310.3.  Məhkəmənin  açıq  iclasında  iştirak  etmək  arzusunda  olan  şəxslər  iclas 

zalına iclasdan əvvəl və ya iclaslararası tənəffüsdə zalda boş yerlərin olduğu halda 

buraxılırlar.  16  yaşından  aşağı  olan  şəxslər  tərəf  və  ya  şahid  olmadıqda  məhkəmə 

iclası  zalına  buraxılmırlar.  Məhkəmə  iclasının  keçirilməsi  zamanı  təhlükəsizliyin 

təmin  edilməsi  məqsədi  ilə    məhkəmə  iclasında  sədrlik  edənin  göstərişi  əsasında 

iclas  zalına  buraxılan  şəxslərin  şəxsiyyətlərini  təsdiq  edən  sənədləri  və  əşyaları 

yoxlanıla bilər. 

310.4.  Məhkəmə  iclasında  qaydanın  təmin  edilməsi  məhkəmə  nəzarətçisinə 

həvalə edilir. Məhkəmə nəzarətçisi bu Məcəllənin 310.2.1 - 310.2.9-cu maddələrində 

göstərilən  qaydalardan  kənara  çıxmağa  yalnız  məhkəmə  iclasında  sədrlik  edənin 

icazəsi ilə yol verilməsinə nəzarət edir və ola biləcək pozuntuların qarşısını alır. 

310.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda 

məhkəmə  iclasının  keçirilməsi  zamanı  məhkəməyə  hörmətsizlik  göstərilməsi 

təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 

310.6.  Dövlət  ittihamçısı  və  müdafiəçi  istisna  olmaqla,  məhkəmə  iclasında 

qaydanı  kobud  surətdə  pozan  şəxslər  barəsində  əvvəlcə  edilmiş  xəbərdarlıqdan 

sonra məhkəmənin qərarı əsasında aşağıdakı tədbirlər görülə bilər: 

310.6.1. əlli beş manatadək cərimə;

cxxxiii[133]

 

310.6.2. 3 saatdan 48 saatadək müddətə tutma; 



310.6.3.  məhkəmə  baxışının  bütün  müddətinə  və  ya  bu  müddətin  bir  hissəsinə 

məhkəmənin iclas zalından xaric etmə. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə