Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə100/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   96   97   98   99   100   101   102   103   ...   190

298.5.  Məhkəmənin  hazırlıq  iclası  keçirilənədək  cinayət  işinin,  məhkəməyədək 

sadələşdirilmiş  icraat  materiallarının  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətin 

baxılmaq üçün verilmiş olduğu hakimlər onlara daxil olmuş sənədləri, o cümlədən 

cinayət  prosesinin  tərəflərindən  daxil  olmuş  əlavə  sənədləri,  vəsatət  və  ərizələri 

öyrənirlər.  

M a d d ə   2 9 9 .   M ə h k ə m ə n i n   h a z ı r l ı q   i c l a s ı

 

299.1. Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş 



icraatın  materiallarında  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətdə,  irəli  sürülmüş 

ittihamın  mahiyyəti  üzrə  cinayət  prosesi  tərəflərinin  iştirakı  ilə  məhkəmə  baxışının 

təyin  edilməsinin  mümkünlüyünün  yoxlanılması  məqsədi  ilə  ilkin  dinləmələrdən 

ibarətdir. 

299.2.  Hazırlıq  iclasının  keçirilməsi  qaydası  məhkəmə  tərəfindən  müəyyən 

olunur.  Məhkəmə  cinayət  prosesi  tərəflərinin  məhkəmənin  hazırlıq  iclasının 

keçirilməsi qaydasına dair təkliflərini nəzərə ala bilər. 

299.3. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq 

iclasında aşağıdakı məsələlərə baxılır: 

299.3.1.  məhkəməyə  daxil  olmuş  cinayət  işinin,  məhkəməyədək  sadələşdirilmiş 

icraatın  materiallarının  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətin  ona  aid  olub-

olmaması barədə; 

299.3.2.  aparılmış  ibtidai  araşdırma  zamanı  bu  Məcəllənin  tələblərinin  pozulub-

pozulmaması barədə; 

299.3.3.  xüsusi  ittiham  qaydasında  şikayətin  məzmununun  bu  Məcəllənin 

293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 

299.3.4.  cinayət  işi  üzrə  icraatın  dayandırılması  və  ya  ona  xitam  verilməsi  üçün 

əsasların olub-olmaması barədə; 

299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin  seçilməsi, dəyişdirilməsi və ya ləğv 

edilməsi üçün əsasların olub-olmaması barədə; 

299.3.6.  ağır  və  ya  xüsusi  ilə  ağır  cinayətlərə  dair  cinayət  işi  üzrə  məhkəmə 

baxışının  andlı  iclasçıların  iştirakı  ilə  aparılması  üçün  əsasların  olub-olmaması 

barədə. 

299.4.  Məhkəmənin  hazırlıq  iclası  zamanı,  həmçinin  aşağıdakı  məsələlər  həll 

edilir:  

299.4.1.  verilmiş  vəsatət  və  etirazların  təmin  edilməsi  və  ya  onların  təmin 

edilməsinin rədd edilməsi barədə; 

299.4.2. ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri 

sübutlar siyahısı barədə; 

299.4.3. məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi 

barədə; 



299.4.4.  müvafiq  olaraq  cinayət  işinin,  məhkəməyədək  sadələşdirilmiş  icraat 

materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin sonrakı hərəkəti barədə. 

299.5.  Yazılı  və  ya  şifahi  vəsatət  və  etirazlar  həll  edilərkən  cinayət  prosesinin 

tərəfləri  prosesin  hansı  iştirakçısının  vəsatətinə  baxılmasından  asılı  olmayaraq  öz 

fikirlərini  bildirmək  hüququna  malikdirlər.  Məhkəmə  vəsatəti  rədd  etdikdə  həmin 

vəsatət məhkəmə baxışı zamanı təkrarən verilə bilər. 

299.6.  Məhkəmənin  hazırlıq  iclası  zamanı  aşağıdakı  ardıcıllıqla  müvafiq 

hərəkətlər yerinə yetirilir: 

299.6.1. dövlət ittihamçısı və ya xüsusi ittihamçı məhkəmə baxışı zamanı tədqiq 

etmək  niyyətində  olduqları  müvafiq  olaraq  cinayət  işi,  məhkəməyədək 

sadələşdirilmiş  icraatın  materialları  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə 

sübutlar siyahısını məhkəməyə təqdim edir; 

299.6.2.  təqsirləndirilən  şəxsin  müdafiəçisi  (onun  köməyindən  imtina  edildiyi 

hallarda  isə  təqsirləndirilən  şəxsin  özü),  habelə  zərər  çəkmiş  şəxs,  mülki  iddiaçı, 

mülki  cavabdeh  şəxsən  və  ya  öz  nümayəndəsi  vasitəsilə  özlərinin  qanuni 

mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan sübutlar siyahısını təqdim edir, hər 

hansı  şəxsin  (onların  soyadlarını,  adlarını,  atalarının  adlarını  və  yaşayış  yerlərini 

göstərməklə) məhkəmə iclasına çağırılması və şahid qismində dindirilməsi haqqında 

vəsatətlər verir, onların göstərdikləri sübutların məhkəmədə hansı məqsədlə tədqiq 

edilməsini  və  onların  vasitəsilə  məhkəmə  baxışı  zamanı  hansı  halların  müəyyən 

edilə biləcəyini izah edir. 

299.7. Məhkəmənin hazırlıq iclası zamanı: 

299.7.1.  məhkəmə  yalnız  işə  aid  olmayan  və  ya  yolverilməz  hesab  etdiyi  halda 

sübutların təqdim edilməsi ilə bağlı vəsatətləri rədd etmək hüququna malikdir; 

299.7.2. sübut formal cəhətdən yol verilməli  olan, lakin məhkəmə tərəfindən  işə 

aid  olmayan  hesab  edildikdə  müdafiə  tərəfi  onu  məhkəməyə  öz  hesabına  təqdim 

edə bilər. 

299.8.  Xüsusi  ittihamçının  üzrlü  səbəblərin  olmasını  əvvəlcədən  bildirmədən 

məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur 

və  xüsusi  ittiham  qaydasında  şikayətin  öz  icraatına  qəbul  edilməsindən  imtina 

barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. 

299.9.  Məhkəmənin  hazırlıq  iclası  təqsirləndirilən  şəxsin  iştirakı  olmadan 

aşağıdakı hallarda aparıla bilər: 

299.9.1. təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən təkrarən imtina etdiyi və ya 

boyun qaçırdığı halda; 

299.9.2.  təqsirləndirilən  şəxsin  xahişi  ilə  qanunla  işin  qiyabi  baxılmasına  yol 

verildiyi halda. 

299.10.  Təqsirləndirilən  şəxsin  müdafiəçisinin  (təmsil  etdiyi  şəxs  onun 

köməyindən imtina etməmişdirsə və ya onun cinayət prosesində məcburi iştirakını 



müəyyən  edən  hal  mövcuddursa)  məhkəmənin  hazırlıq  iclasında  iştirakı 

məcburidir. 

299.11.  Məhkəmənin  hazırlıq  iclası  barədə  vaxtında  məlumat  verilmiş  bu 

Məcəllənin  299.8  və  299.9-cu  maddələrində  göstərilənlər  nəzərə  alınmaqla  cinayət 

prosesi  iştirakçılarının  məhkəmənin  hazırlıq  iclasına  gəlməməsi,  həmin  iclasın 

keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. 

M a d d ə   3 0 0 .   M ə h k ə m ə n i n   h a z ı r l ı q   i c l a s ı n ı n   k e ç i r i l m ə s i  

n ə t i c ə s i n d ə   m ə h k ə m ə   t ə r ə f i n d ə n   q ə b u l   e d i l ə n   q ə r a r l a r ı n  

n ö v l ə r i

 

300.1.  Məhkəmənin  hazırlıq  iclasının  keçirilməsi  nəticəsində  aşağıdakı 



qərarlardan biri qəbul edilir: 

300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin 

edilməsi barədə; 

300.1.2.  xüsusi  ittiham  qaydasında  şikayətin  öz  icraatına  qəbul  edilməsi  və 

məhkəmə baxışının təyin edilməsi barədə; 

300.1.3.  xüsusi  ittiham  qaydasında  şikayətin  öz  icraatına  qəbul  edilməsindən 

imtina olunması barədə; 

300.1.4.  müvafiq  olaraq  cinayət  işinin,  məhkəməyədək  sadələşdirilmiş  icraat 

materiallarının  və  ya  xüsusi  ittiham  qaydasında  şikayətin  məhkəmə  aidiyyəti  üzrə 

göndərilməsi barədə; 

300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 

baxılmasına  xitam  verilməsi  və  onun  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata keçirən prokurora qaytarılması barədə; 

300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya 

xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; 

300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə 

icraata xitam verilməsi barədə. 

300.2. Bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş 

qərarları çıxarmaqla yanaşı məhkəmə aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 

300.2.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və 

ya edilməməsinin əsaslılığı barədə məsələyə baxmaq; 

300.2.2. qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı 

barədə məsələyə baxmaq; 

300.2.3. qətimkan tədbiri məsələsinə dair qərar çıxarmaq. 

300.3. Bu Məcəllənin 300.1.5-ci maddəsində  nəzərdə tutulmuş qərarı çıxarmaqla 

yanaşı  məhkəmə  həmçinin  məhkəməyədək  icraat  zamanı  bu  Məcəllənin  303.3-cü 

maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar 

çıxarmalıdır. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə