Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə97/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   93   94   95   96   97   98   99   100   ...   190

292.4. Cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun 

müdafiəçisinə  ittiham  aktının  və  ona  əlavələrin  təsdiq  edilmiş  və  tərcüməçi 

tərəfindən  imzalanmış  tərcümələri,  habelə  həmin  sənədlərin  məhkəmə  icraatının 

aparıldığı dildə yazılmış surətləri verilməlidir. 

X X X I X   f ə s i l    

BÖYÜK İCTİMAİ TƏHLÜKƏ TÖRƏTMƏYƏN AŞKAR CİNAYƏTLƏR 

ÜZRƏ MƏHKƏMƏYƏDƏK SADƏLƏŞDİRİLMİŞ İCRAAT 

M a d d ə   2 9 3 .   B ö y ü k   i c t i m a i   t ə h l ü k ə   t ö r ə t m ə y ə n   a ş k a r  

c i n a y ə t l ə r   ü z r ə   ş i k a y ə t i n   v e r i l m ə s i

 

293.1. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət zərər çəkmiş 



şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən bu Məcəllənin 214.4-

cü  maddəsində  nəzərdə  tutulmuş  cinayətlərə  dair  yazılı  və  ya  şifahi  formada 

təhqiqatçıya,  müstəntiqə  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata 

keçirən prokurora verilir. 

293.2. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət təhqiqatçıya, 

müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora 

şifahi  formada  verildiyi  halda  o,  protokola  daxil  edilir  və  şikayəti  verilmiş  və 

protokolu tərtib etmiş şəxslər tərəfindən imzalanır. 

293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya 

şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 

293.3.1.  şikayət  vermiş  şəxs  haqqında  məlumatlar  (soyadı,  adı,  atasının  adı, 

doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 

293.3.2.  törədilmiş  cinayət  barədə  məlumatlar  (cinayət  qanunu  ilə  nəzərdə 

tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, 

bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi 

ziyanın məbləği); 

293.3.3. cinayət qanunu  ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi 

(şəxsin  soyadı,  adı,  atasının  adı  və  yaşayış  yeri)  və  əməlin  məhz  həmin  şəxs 

tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 

293.3.4.  şikayətdə  göstərilən  cinayətin  törədilmə  hallarının  hansı  şahid  ifadələri 

ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və 

yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 

293.3.5.  cinayəti  törətmiş  şəxsin  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  haqqında 

xahiş; 


293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 

293.3.7. şikayəti vermiş şəxsin imzası. 

293.4.  Böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayət  üzrə  şikayət  verən  şəxsə 

bilə-bilə  yalan  xəbərçilik  etməyə  görə  cinayət  məsuliyyəti  haqqında  xəbərdarlıq 




edilir və bu barədə şikayətdə qeyd edilir. Şikayət şifahi verildikdə, bu izah protokola 

daxil edilərək şikayəti vermiş və protokolu tərtib etmiş şəxs tərəfindən imzalanır. 

M a d d ə   2 9 4 .   B ö y ü k   i c t i m a i   t ə h l ü k ə   t ö r ə t m ə y ə n   c i n a y ə t  

ü z r ə   ş i k a y ə t ə   d a i r   q ə b u l   e d i l ə n   q ə r a r l a r

 

294.1.  Təhqiqatçı,  müstəntiq  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 



həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 

294.1.1.  böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayət  üzrə  şikayəti  dərhal 

qeydə almaq və ona baxmaq; 

294.1.2.  bu  Məcəllənin  38-ci  maddəsinə  uyğun  olaraq  cinayət  təqibinin  həyata 

keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə, yazılı şikayətə və ya 

şifahi şikayətin qəbul edilməsi barədə protokola dərkənar qoymaqla şikayətin daxil 

olduğu  vaxtdan  24  saatdan  gec  olmayaraq  cinayət  təqibi  üzrə  məhkəməyədək 

sadələşdirilmiş icraat açmaq; 

294.1.3.  bu  Məcəllənin  38-ci  maddəsinə  uyğun  olaraq  cinayət  təqibinin  həyata 

keçirilməsi  üçün  səbəb  və  əsasları  olmaması  qənaətinə  gəldikdə,  şikayətin  daxil 

olduğu  vaxtdan  24  saatdan  gec  olmayaraq  qəbul  edilmiş  qərarın  əsaslarını 

göstərməklə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmasından 

imtina barədə qərar çıxarmaq; 

294.1.4.  şikayətin  məhkəmə  aidiyyəti  və  ya  istintaq  aidiyyəti  üzrə  göndərilməsi 

qənaətinə gəldikdə, onun daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq cinayətin 

izlərinin  rəsmiləşdirilməsi  (hadisə  yerinin  baxışı,  bu  zaman  aşkar  edilmiş  əşyaların 

götürülməsi  və  müayinəsi)  üzrə  təxirəsalınmaz  istintaq  hərəkətlərini  aparmaq  və 

cinayətin  törədilməsini  görmüş  şahidlərdən  izahat  almaq  öz  qərarı  ilə  şikayəti 

toplanmış  bütün  materiallarla  birlikdə  müvafiq  olaraq  məhkəməyə  və  ya  istintaq 

orqanına göndərmək. 

294.2.  Böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayətlər  üzrə  məhkəməyədək 

sadələşdirilmiş  icraat  şəklində  təhqiqat  bu  Məcəllənin  214  və  215-ci  maddələrində 

nəzərdə tutulmuş qaydalara riayət etməklə həyata keçirilir. 

294.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayətə baxarkən 

və  ya  böyük  ictimai  təhlükə  törətməyən  aşkar  cinayətlər  üzrə  məhkəməyədək 

sadələşdirilmiş  icraat şəklində təhqiqatın gedişində məhkəməyədək sadələşdirilmiş 

prosedur  daxilində  aparılması  mümkün  olmayan  istintaq  hərəkətlərinin  aparılması 

zərurəti  yarandıqda,  təhqiqatçının  və  ya  müstəntiqin  vəsatəti,  yaxud  öz  təşəbbüsü 

ilə  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  cinayət  işinin 

başlanması  haqqında  qərar  qəbul  etmək  və  ibtidai  istintaqın  aparılmasını  müvafiq 

istintaq orqanına tapşırmaq hüququna malikdir. 

294.4.  Təhqiqatçı,  müstəntiq  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata keçirən prokuror aşağıdakıları yerinə yetirməlidir: 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə