Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə94/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   90   91   92   93   94   95   96   97   ...   190

278.4.1. məhkəmə nəzarətini həyata keçirən məhkəmə həbs və ona alternativ olan 

qətimkan tədbirini seçə və ya dəyişə bilər; 

278.4.2.  müstəntiq  icraatında  olan  cinayət  işi  üzrə  həbs  və  ona  alternativ 

qətimkan tədbirləri  istisna edilməklə, digər qətimkan tədbirlərini  seçə və ya dəyişə 

bilər.  

M a d d ə   2 7 9 .   C i n a y ə t   i ş i   ü z r ə   d a y a n d ı r ı l m ı ş   i c r a a t ı n  

t ə z ə l ə n m ə s i

 

279.1.  Cinayət  işi  üzrə  dayandırılmış  icraat  müstəntiqin  qərarı  ilə  aşağıdakı 



hallarda təzələnir: 

279.1.1.  cinayət  işi  üzrə  icraatın  dayandırılması  üçün  bu  Məcəllənin  53.1-ci 

maddəsində nəzərdə tutulmuş hallar aradan qalxdıqda; 

279.1.2.  təqsirləndirilən  şəxsin  iştirakı  olmadan  aparılması  mümkün  plan 

prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti olduqda. 

279.2.  Cinayət  işi  üzrə  icraatın  təzələnməsi  barədə  müstəntiqin  qərarının 

çıxarıldığı  andan  24  saatdan  gec  olmayaraq  onun  surəti  ibtidai  araşdırmaya 

prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir. 

279.3. Cinayət işi üzrə icraat, həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi 

həyata  keçirən  prokurorun  və  ya  məhkəmə  nəzarətini  həyata  keçirən  məhkəmənin 

qərarına  əsasən,  müstəntiqin  iş  üzrə  icraatın  dayandırılması  haqqında  qərarı  ləğv 

edilməklə təzələnə bilər. 

279.4.  Müstəntiq  cinayət  işi  üzrə  icraatın  təzələnməsi  barədə  təqsirləndirilən 

şəxsə  və  müdafiəçiyə,  habelə  zərər  çəkmiş  şəxsə,  onun  nümayəndəsinə,  mülki 

iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verməlidir. 

M a d d ə   2 8 0 .   İ b t i d a i   i s t i n t a q   z a m a n ı   c i n a y ə t   i ş i   ü z r ə  

i c r a a t a   x i t a m   v e r i l m ə s i   q a y d a s ı

 

280.1.  Cinayət  işi  üzrə  icraata  müstəntiqin  əsaslandırılmış  qərarına  əsasən  bu 



Məcəllənin 39—41 və 46.5-ci maddələrində nəzərdə tutulmuş hallarda xitam verilir. 

280.2.  Cinayət  işi  üzrə  icraata  xitam  verilməsi  haqqında  qərarda  aşağıdakılar 

göstərilməlidir: 

280.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 

280.2.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

280.2.3. cinayət işi nə vaxt və kim tərəfindən başlanmışdır; 

280.2.4. cinayət işinin başlanmasına səbəb və əsas olan hallar; 

280.2.5. ibtidai istintaq zamanı müəyyən edilmiş hallar; 

280.2.6.  cinayət  işi  üzrə  icraata  xitam  verilməsinin  məcburiliyini  şərtləndirən 

hallar; 



280.2.7. bu Məcəllənin 39—41 və 46.5-ci maddələrində göstərilən müddəalardan 

birinə  və  ya  bir  neçəsinə  istinad  edilməklə  cinayət  işi  üzrə  icraata  xitam  verilməsi 

barədə qərarın əsaslandırılması; 

280.2.8. cinayət işi üzrə qətimkan tədbirinin, əmlak üzərinə qoyulmuş həbsin və 

maddi sübutların taleyi barədə qeyd. 

280.3.  Cinayət  işinin  icraatına  xitam  verilməsinin  əsasları  ayrı-ayrı  cinayət 

hadisələrinə  və  ya  ayrı-ayrı  şəxslərə  şamil  edilirsə,  cinayət  işi  üzrə  icraata  yalnız 

onlara aid hissədə xitam verilir. 

280.4.  Cinayət  işi  üzrə  icraata  bu  Məcəllənin  39.1.1,  39.1.2,  39.1.11  və  39.2-ci 

maddələrində  nəzərdə  tutulmuş  hallarla  əlaqədar  xitam  verildikdə  barəsində 

cinayət  işi  üzrə  icraata  xitam  verilmiş  şəxsin  təqsirsizliyini  şübhə  altına  alan 

müddəaların qərara daxil edilməsinə yol verilmir. 

280.5. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın çıxarıldığı vaxtdan 

24  saatdan  gec  olmayaraq  onun  surəti  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata keçirən prokurora göndərilir. 

M a d d ə   2 8 1 .   C i n a y ə t   i ş i   ü z r ə   i c r a a t a   x i t a m   v e r i l d i k d ə n  

s o n r a   m ü s t ə n t i q i n   h ə r ə k ə t l ə r i

 

281.1. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri müstəntiq 



tərəfindən  şübhəli  və  ya  təqsirləndirilən  şəxsə,  onun  müdafiəçisinə,  zərər  çəkmiş 

şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə göndərilir. 

281.2.  Bu  Məcəllənin  281.1-ci  maddəsində  göstərilən  şəxslərə  cinayət  işinin 

materialları ilə tanış olmaq hüququ və həmin iş üzrə icraata xitam verilməsi barədə 

qərardan şikayət etmək qaydası izah olunur. 

281.3.  Bu  Məcəllənin  281.1-ci  maddəsində  göstərilən  şəxslərin  cinayət  işinin 

materialları  ilə  tanış  olmaq  hüququ  bu  Məcəllənin  284—286-cı  maddələrində 

nəzərdə tutulmuş qaydada təmin olunur. 

M a d d ə   2 8 2 .   C i n a y ə t   i ş i   ü z r ə   i c r a a t a   x i t a m   v e r i l m ə s i  

b a r ə d ə   q ə r a r d a n   ş i k a y ə t

 

282.1.  Cinayət  işi  üzrə  icraata  xitam  verilməsi  barədə  qərardan  təqsirləndirilən 



şəxs, yaxud onun müdafiəçisi, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və 

ya onların nümayəndələri tərəfindən qərarın surəti onlara verildiyi vaxtdan 10 (on) 

gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora 

və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər.  

282.2.  Cinayət  işi  üzrə  icraata  xitam  verilməsi  ilə  əlaqədar  şikayətin  təmin 

edilməsindən  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun 

imtina  etməsindən  məhkəmə  nəzarətini  həyata  keçirən  məhkəməyə  şikayət  verilə 

bilər. 



M a d d ə   2 8 3 .   C i n a y ə t   i ş i   ü z r ə   x i t a m   v e r i l m i ş   i c r a a t ı n  

t ə z ə l ə n m ə s i

 

283.1.  Cinayət  işi  üzrə  icraat  yalnız  ona  xitam  verilməsi  barədə  qərar  ləğv 



edildikdə  və  şəxsin  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  müddətləri  keçmədikdə 

təzələnir. 

283.2. Cinayət işi üzrə icraatın təzələnməsi  barədə şübhəli və ya təqsirləndirilən 

şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və 

ya onların nümayəndələrinə, yazılı məlumat verilir. 

X X X V I I I   f ə s i l  

İTTİHAM AKTININ TƏRTİB EDİLMƏSİ VƏ CİNAYƏT İŞİNİN 

MƏHKƏMƏYƏ GÖNDƏRİLMƏSİ 

M a d d ə   2 8 4 .   İ t t i h a m   a k t ı n ı n   t ə r t i b   e d i l m ə s i n d ə n   ə v v ə l  

c i n a y ə t   i ş i n i n   m a t e r i l l a r ı   i l ə   t a n ı ş   e t m ə

 

284.1.  İttiham  aktının  tərtib  edilməsi  və  cinayət  işinin  ibtidai  araşdırmaya 



prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora  göndərilməsi  üçün  toplanmış 

sübutların  kifayət  olduğunu  hesab  edən  müstəntiq  aşağıdakı  hərəkətləri  həyata 

keçirir: 

284.1.1.  ibtidai  istintaqın  qurtarması  barədə  təqsirləndirilən  şəxsə,  onun 

müdafiəçisinə,  zərər  çəkmiş  şəxsə,  mülki  iddiaçıya,  mülki  cavabdehə  və ya  onların 

nümayəndələrinə məlumat verir; 

284.1.2.  cinayət  prosesi  iştirakçılarının  cinayət  işinin  materialları  ilə  tanış  olma 

yerini və vaxtını müəyyən edir. 

284.2.  Müstəntiq  cinayət  işinin  materialları  ilə  tanış  olmaq  üçün  zərər  çəkmiş 

şəxsə,  mülki  iddiaçıya,  mülki  cavabdehə  və  ya  onların  nümayəndələrinə,  həmin 

şəxslərin  xahişi  olduqda,  təqsirləndirilən  şəxsə  və  müdafiəçiyə  isə  onların 

xahişindən asılı olmayaraq imkan yaradır. 

284.3.  Təqsirləndirilən  şəxsin  müdafiəçisi  və  ya  zərər  çəkmiş  şəxsin,  mülki 

iddiaçının,  mülki  cavabdehin  nümayəndəsi  təyin  edilmiş  vaxtda  gələ  bilmədikdə, 

müstəntiq cinayət işinin materialları ilə tanış olma vaxtını 5 (beş) günədək müddətə 

təxirə  salır.  Müdafiəçi  və  ya  nümayəndə  bu  müddət  ərzində  gəlmədikdə 

təqsirləndirilən  şəxsə  müqavilə  və  ya  təyin  etmə  əsasında  başqa  müdafiəçi,  zərər 

çəkmiş  şəxsə,  mülki  iddiaçıya  və  mülki  cavabdehə  isə  başqa  nümayəndəyə  malik 

olmaq imkan yaradılır. 

M a d d ə   2 8 5 .   C i n a y ə t   i ş i n i n   m a t e r i a l l a r ı   i l ə   t a n ı ş   e t m ə  

q a y d a s ı

 

285.1.  Müstəntiq  cinayət  işinin  materialları  ilə  tanış  olmaq  üçün  onu  vərəqləri 



nömrələnmiş və hər  bir cilddə  sənədlərin  siyahısı olmaq şərti  ilə  bir və ya  bir neçə 

tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə