Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə96/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   92   93   94   95   96   97   98   99   ...   190

tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, 

kim  tərəfindən  və  hansı  əsasla  icraatın  dayandırıldığı,  ona  xitam  verildiyi  və 

təzələndiyi). 

289.3. İttiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 

289.3.1.  cinayətin  törədilmə  yeri,  vaxtı,  üsulları,  motivləri,  nəticələri  və  digər 

mühüm hallar; 

289.3.2. təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; 

289.3.3.  təqsirləndirilən  şəxsin  öz  müdafiəsi  üçün  gətirdiyi  dəlillər  və  həmin 

dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; 

289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 

289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar; 

289.3.6.  təqsirləndirilən  şəxsin  məsuliyyətini  ağırlaşdıran  və  yüngülləşdirən 

hallar. 

289.4.  İttiham  aktının  nəticəvi  hissəsində  təqsirləndirilən  şəxs  haqqında 

məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri 

əks etdirilir. 

289.5.  İttiham  aktı  cinayət  işi  üzrə  toplanmış  materialları  və  cinayət  işinin 

vərəqlərinə istinadı əks etdirməlidir. 

289.6. Müstəntiq ittiham aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı və yeri 

göstərməklə onu imzalayır. 

cxxi[121]

 

289.7.  İttiham  aktına  müstəntiqin  mülahizələrinə  görə  məhkəmə  iclasına 



çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı 

olan  şəxslərin  olduqları  yeri  və  onların  ifadələri  və  ya  rəyləri  olan  işin  vərəqlərini 

qeyd edir. 

289.8. İttiham aktına müstəntiqin aşağıdakı arayışları əlavə edilir: 

289.8.1. təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə; 

289.8.2. maddi sübutlar və onların saxlanıldığı yer barədə; 

289.8.3.  müsadirə  olunması  təklif  edilən  cinayət  törədərkən  istifadə  olunan  alət 

və  vasitələr,  cinayətin  predmetləri,  cinayət  yolu  ilə  əldə  edilmiş  əmlak,  habelə 

cinayət  yolu  ilə  əldə  edilmiş  əmlak  və  ya  cinayətin  predmeti  istifadə  edildiyi, 

özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda 

həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər 

əmlak barədə;  

cxxii[122]

 

289.8.4. mülki iddianın və ola biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün 



görülmüş tədbirlər barədə; 

289.8.5. məhkəmə xərcləri barədə. 

M a d d ə  

2 9 0 .  

P r o k u r o r  

t ə r ə f i n d ə n  

i t t i h a m  

a k t ı n a  

b a x ı l m a s ı

 



290.1.  İttiham  aktını  imzaladıqdan  sonra  müstəntiq  onu  həmin  gün  ibtidai 

araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. 

290.2.  İbtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror 

aşağıdakı halları yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir: 

290.2.1. təqsirləndirilən şəxsə istinad edilən əməlin sübuta yetirildiyini və həmin 

əməlin cinayət tərkibi yaratmasını; 

290.2.2. təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirildiyini; 

290.2.3.  İttihamın  məzmununa  təqsirləndirilən  şəxs  tərəfindən  törədilən  bütün 

cinayətlərin daxil edilməsini; 

290.2.4.  cinayətin  törədilməsində  ifşa  edilmiş  bütün  şəxslərin  iş  üzrə  cəlb 

edilməsini; 

290.2.5. cinayət işi üzrə icraata xitam verilməsi üçün əsasların mövcudluğunu; 

290.2.6. təqsirləndirilən şəxsin əməllərinin düzgün tövsif edilməsini; 

290.2.7. müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin 

düzgün seçilməsini; 

290.2.8. mülki iddianın və ola biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün 

tədbirlərin görülməsini; 

290.2.9.  cinayətin  törədilməsinə  şərait  yaradan  halların  müəyyən  edilməsini  və 

onların aradan qaldırılması üçün tədbirlərin görülməsini; 

290.2.10.  cinayətin  törədilmə  hallarının  hərtərəfli,  tam  və  obyektiv  tədqiq 

edilməsini; 

290.2.11.  müstəntiqin  tərtib  etdiyi  ittiham  aktının  bu  Məcəllənin  289-cu 

maddəsinin tələblərinə uyğunluğunu; 

290.2.12.  bu  Məcəllənin  müddəalarına  uyğun  olaraq  ibtidai  istintaqın  aparılma 

qaydalarına riayət edilməsini. 

290.3.  Cinayət  işinin  ittiham  aktı  ilə  daxil  olduğu  vaxtdan  5  (beş)  gün 

müddətində  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror 

aşağıdakı qərarlardan birini qəbul etməlidir: 

290.3.1.  cinayət  işinin  məhkəməyə  göndərilməsi  üçün  əsasların  kifayət  qədər 

olmasını hesab etmək və ittiham aktını təsdiq etmək;  

290.3.2.  öz  qərarı  ilə  ittiham  aktının  məzmunundan  ayrı-ayrı  bəndləri  xaric 

etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq 

daha  yüngül  məsuliyyət  nəzərdə  tutan  cinayətə  tövsif  etmək  və  bu  dəyişikliklərlə 

ittiham aktını təsdiq etmək; 

290.3.3.  əlavə  ibtidai  istintaq  aparılması  və  ya  ittiham  aktının  yenidən  tərtib 

edilməsi üçün cinayət işinin öz göstərişləri ilə müstəntiqə qaytarmaq; 

290.3.4. cinayət işi üzrə icraatı dayandırmaq; 

290.3.5. cinayət işi üzrə icraata xitam vermək. 




290.4.  İttihama  əlavələr  edilməsi  və  ya  onu  faktiki  hallarına  görə  əvvəl  elan 

edilmiş ittihamdan əhəmiyyətli surətdə fərqləndirən, yaxud daha ağır ittihamla əvəz 

edilməsi  üçün  əsaslar  olduqda  əlavə  edilmiş  və  ya  dəyişilmiş  ittihamın 

təqsirləndirilən  şəxsə  elan  edilməsi  üçün  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata keçirən prokuror cinayət işini müstəntiqə qaytarmalıdır. 

290.5. İttiham aktı ilə daxil olmuş cinayət işi üzrə ibtidai araşdırmaya prosessual 

rəhbərliyi həyata keçirən prokuror öz qərarı ilə aşağıdakı hərəkətləri yerinə yetirmək 

hüququna malikdir: 

290.5.1.  müstəntiq  tərəfindən  seçilmiş  qətimkan  tədbirini  ləğv  etmək  və  ya 

dəyişdirmək; 

290.5.2. zərurət olduqda müstəntiq tərəfindən qətimkan tədbirlərinin seçilmədiyi 

halda  belə  tədbirlərdən  birini  seçmək  və  ya  təqsirləndirilən  şəxs  haqqında  həbs, 

qətimkan tədbirinin seçilməsi barədə təqdimatla məhkəməyə müraciət etmək. 

M a d d ə  

2 9 1 .  

M ə h k ə m ə  

i c l a s ı n a  

ç a ğ ı r ı l m a l ı  

o l a n  

ş ə x s l ə r i n   s i y a h ı s ı n ı n   p r o k u r o r   t ə r ə f i n d ə n   d ə y i ş d i r i l m ə s i

 

291.0. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror: 



291.0.1.  cinayət  işini  məhkəməyə  göndərməzdən  əvvəl  məhkəmə  iclasına 

çağırılmalı olan şəxslərin müstəntiq tərəfindən tərtib edilmiş siyahısını öz qərarı ilə 

ixtisar və ya ona əlavələr edə bilər; 

291.0.2.  həmin  siyahıdan  təqsirləndirilən  şəxsi,  onun  müdafiəçisini  və  qanunu 

nümayəndəsini  fəaliyyət  qabiliyyətli  zərər  çəkmiş  şəxsi,  mülki  iddiaçını,  mülki 

cavabdehi, onların nümayəndələrini və qanuni nümayəndələrini çıxara bilməz. 

M a d d ə   2 9 2 .   C i n a y ə t   i ş i n i n   m ə h k ə m ə y ə   g ö n d ə r i l m ə s i

 

292.1.  İttiham  aktını  təsdiq  etdikdən  sonra  ibtidai  araşdırmaya  prosessual 



rəhbərliyi  həyata  keçirən  prokuror  təxirə  salmadan  ittiham  aktının  surətini  cinayət 

prosesi  iştirakçılarına  çatacaq  sayda  əlavə  etməklə  cinayət  işini  aidiyyəti  üzrə 

məhkəməyə göndərir. 

292.2.  İbtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror 

təqsirləndirilən  şəxsə  və  onun  qanuni  nümayəndəsinə,  habelə  zərər  çəkmiş  şəxsə, 

mülki  iddiaçıya,  mülki  cavabdehə,  onların  qanuni  nümayəndələrinə  və 

nümayəndələrinə  gələcəkdə  vəsatət  və  şikayətlərini  məhkəməyə  göndərmək 

hüququnu  izah  etməklə  cinayət  işinin  məhkəməyə  göndərilməsi  barədə  onlara 

dərhal məlumat verməlidir. 

292.3.  İbtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokuror  eyni 

zamanda  təqsirləndirilən  şəxsə  və  onun  müdafiəçisinə  imza  etdirməklə  ittiham 

aktının  və  ona  əlavələrin  təsdiq  edilmiş  surətlərinin  verilməsini  təmin  etməlidir. 

İttiham  aktına  və  onun  əlavələrinə  dəyişikliklər  edildiyi  halda  ittiham  aktı  yalnız 

sonuncu redaksiyada verilir. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə