Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə88/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   84   85   86   87   88   89   90   91   ...   190

müstəntiq  baxılmış  göndərişin  ünvanı  üzrə  verilməsi  və  ya  onun  müəyyən  etdiyi 

müddətədək saxlanılması barədə göstəriş verir. 

257.5. Müstəntiq poçt, teleqraf və digər göndəriş üzərinə həbs qoyulması zamanı, 

onun  baxışı  və  götürülməsində  foto,  video  və  kino  çəkilişdən  və  ya  digər  yazan 

texniki vasitələrdən istifadə etmək hüququna malikdir. 

M a d d ə   2 5 8 .   P o ç t ,   t e l e q r a f   v ə   d i g ə r   g ö n d ə r i ş i n   b a x ı ş ı  

v ə   y a   g ö t ü r ü l m ə s i   p r o t o k o l u

 

258.1. Poçt, teleqraf və digər göndərişin baxışı və ya götürülməsinə dair protokol 



tərtib edilir və həmin protokolda aşağıdakılar göstərilir: 

258.1.1. baxış və ya götürmənin aparıldığı tarix, vaxt və yer; 

258.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

258.1.3. poçt, teleqraf və digər göndərişin üzərində baxış və ya götürmə aparılan 

şəxsin soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, 

faktiki yaşadığı və qeydiyyatda olduğu yer; 

258.1.4.  baxışın  və  ya  götürmənin  aparılmasında  iştirak  etmiş  digər  şəxslərin 

(rabitə  idarəsi  rəisinin,  zərurət  olduqda  həmin  idarənin  digər  qulluqçularının) 

soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki 

yaşadığı və qeydiyyatda olduğu yer; 

258.1.5.  baxış  və  ya  götürmənin  aparılmasının  xüsusiyyətləri,  hansı  göndəriş 

üzərində baxış və ya götürmənin aparıldığı, ünvan üzrə göndərilməli və müvəqqəti 

saxlanılmalı  olan  göndəriş,  hansı  poçt,  teleqraf  və  digər  göndərişdən  surətlərin 

çıxarıldığı, hansı texniki vasitələrdən istifadə edildiyi barədə qeyd; 

258.1.6.  istintaq  hərəkəti  aparılarkən  müşahidə  edilmə  ardıcıllığı  ilə  baxış  və  ya 

götürmədə bütün aşkar olunanlar. 

258.2.  Poçt,  teleqraf  və  digər  göndəriş  üzərində  baxış  və  ya  götürmənin 

aparılması  protokolu  ona  öz  qeydlərinin  daxil  edilməsini  tələb  etmək  hüququna 

malik  olan  həmin  istintaq  hərəkətinin  bütün  iştirakçıları  tərəfindən  imzalanır. 

Protokol  bir neçə səhifədə tərtib edildikdə, onun hər  bir vərəqi istintaq hərəkətinin 

iştirakçıları tərəfindən ayrıca imzalanır. 

258.3.  Poçt,  teleqraf  və  digər  göndəriş  üzərində  həbs  qoyulması  zamanı,  onun 

baxışın  və  ya  götürülməsinin  aparılmasında  foto,  video  və  kino  çəkilişdən  və  ya 

digər  yazan  texniki  vasitələrdən  istifadə  edildikdə,  müvafiq  yazılar,  fotoşəkillər, 

çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur. 

M a d d ə  

2 5 9 .  

T e l e f o n  

v ə  

d i g ə r  



q u r ğ u l a r l a  

a p a r ı l a n  

d a n ı ş ı q l a r ı n ,  

r a b i t ə  

v ə  

d i g ə r  



t e x n i k i  

v a s i t ə l ə r l ə  

ö t ü r ü l ə n   m ə l u m a t l a r ı n   v ə   y a   b a ş q a   m ə l u m a t l a r ı n   ə l ə  

k e ç i r i l m ə s i

 

259.1.  Telefon  və  digər  qurğularla  aparılan  danışıqların,  rabitə  və  digər  texniki, 



vasitələrlə  ötürülən  məlumatların  ələ  keçirilməsi,  bir  qayda  olaraq,  məhkəmənin 


qərarı  əsasında  həyata  keçirilir.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  digər  şəxslərə 

ötürdükləri  məlumatlarda  (yaxud  təqsirləndirilən  və  ya  şübhəli  şəxsə  ötürülən 

məlumatlarda)  cinayət  təqibi  üzrə  sübut  əhəmiyyətinə  malik  olan  məlumatların 

olmasını  güman  etməyə  kifayət  qədər  əsaslar  olduqda  müstəntiqin  əsaslandırılmış 

vəsatəti  və  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun 

müvafiq təqdimatı üzrə, məhkəmə telefon və digər qurğularla aparılan danışıqların, 

rabitə  və  digər  texniki  vasitələrlə  ötürülən  məlumatın  və  ya  başqa  məlumatın  ələ 

keçirilməsi haqqında qərar çıxarır. Telefon və digər qurğularla aparılan danışıqların, 

rabitə  və  digər  texniki  vasitələrlə  ötürülən  məlumatların  ələ  keçirilməsi  bu 

Məcəllənin  177.2—177.5-ci  maddələrində  nəzərdə  tutulmuş  tələblər  yerinə 

yetirilməklə həyata keçirilir. 

259.2.  Telefon  və  digər  qurğularla  aparılan  danışıqların,  rabitə  və  digər  texniki 

vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi altı aydan artıq davam edə bilməz. 

259.3.  Maliyyə  əməliyyatları,  bank  hesablarının  vəziyyəti  və  vergilərin 

ödənilməsi  barədə  məlumatlar  daxil  olmaqla,  şəxsi,  ailə,  dövlət,  kommersiya  və  ya 

peşə  sirrini  təşkil  edən  məlumatların  ələ  keçirilməsi  yalnız  məhkəmənin  qərarı 

əsasında həyata keçirilə bilər. 

259.4.  Telefon  və  digər  qurğularla  aparılan  danışıqların,  rabitə  və  digər  texniki 

vasitələrlə  ötürülən  və  ya  başqa  məlumatların  ələ  keçirilməsi  haqqında  qərarda 

aşağıdakılar göstərilməlidir: 

259.4.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 

259.4.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi; 

259.4.3.  müvafiq  danışıqların  və  ya  məlumatların  ələ  keçirilməsi  üçün  əsas  olan 

obyektiv hallar və bunun motivinin əsaslandırılması; 

259.4.4.  müvafiq  danışıqları  və  ya  məlumatları  ələ  keçirilməli  olan  şəxsin 

(şəxslərin) soyadı, adı, atasının adı və dəqiq ünvanı; 

259.4.5.  ələ  keçirilməli  olan  danışıqların  və  ya  məlumatların  dəqiq  növü  və  ya 

növləri; 

259.4.6. üzərinə müvafiq danışıqların və ya məlumatların ələ keçirilməsi vəzifəsi 

qoyulmuş idarənin adı; 

259.4.7.  müvafiq  danışıqların  və  ya  məlumatların  ələ  keçirilməsinə  tətbiq  edilən 

müddət. 


259.5.  Telefon  və  digər  qurğularla  aparılan  danışıqlar,  rabitə  və  digər  texniki 

vasitələrlə  ötürülən  məlumatlar  və  ya  başqa  məlumatlar  səlahiyyətli  şəxslər 

tərəfindən  müvafiq  qərar  əsasında  ələ  keçirilir.  Ələ  keçirilmiş  danışıqlar  və  ya 

məlumatlar kağız, yaxud maqnit daşıyıcılarda əks etdirilir, onları ələ keçirmiş şəxsin 

imzası ilə təsdiq olunur və müstəntiqə verilir. İşə aid danışıqların və ya məlumatın 

ələ  keçirilməsi  barədə  qısa  məzmunlu  protokol  tərtib  olunur  və  cinayət  işinin 

materiallarına  əlavə  edilir.  İşə  aid  olmayan  əldə  edilmiş  məlumatlar  dərhal  ləğv 

olunur. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə