Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə84/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   80   81   82   83   84   85   86   87   ...   190

245.2.  Axtarış  və  ya  götürmə  aparılmasından  əvvəl  müstəntiq  barəsində  axtarış 

və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. 

245.3.  Müstəntiq  axtarış  və  ya  götürməni  foto,  video  və  kino  çəkilişdən,  yaxud 

digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. 

245.4. Müstəntiq axtarış və ya götürmə faktlarının, habelə onların nəticələrinin və 

barəsində  axtarış  aparılan  şəxsin  şəxsi  həyatının  hallarının  yayılmaması  üçün 

tədbirlər görməlidir. 

245.5.  Müstəntiq  axtarış  və  ya  götürmə  qurtaranadək  axtarış  və  ya  götürmənin 

aparıldığı  yerdə  olan  şəxslərə  oranı  tərk  etməyi,  habelə  öz  aralarında  və  digər 

şəxslərlə ünsiyyətdə olmalarını qadağan edə bilər. 

245.6. Götürmə apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülmali olan 

əşya  və  sənədləri  könüllü  surətdə  verməyi  təklif  edir,  bundan  imtina  edildikdə  isə 

götürməni məcburi aparır. 

245.7.  Axtarış  apararkən  müstəntiq  qərarı  elan  etdikdən  sonra  götürülməli  olan 

əşya  və  sənədlərin  könüllü  surətdə  verilməsini  və  gizlənən  şəxsin  yerinin  könüllü 

göstərilməsini təklif edir. Əşya və sənədlər könüllü verildikdə və ya gizlənən şəxsin 

yeri  könüllü  göstərildikdə,  bu,  protokolda  öz  əksini  tapmalıdır.  Axtarılan  əşya  və 

sənədlər  verilmədikdə  və  ya  tam  verilmədikdə,  yaxud  gizlənən  şəxsin  yeri 

göstərilmədikdə axtarış aparılır. 

245.8. Axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq 

hərəkətinin  iştirakçılarına  təqdim  edilir,  onların  müvafiq  olaraq  miqdarı,  ölçüsü, 

çəkisi,  hansı  materialdan  hazırlanması  və  digər  xüsusi  əlamətləri  göstərilməklə 

ətraflı  təsvir  edilir,  əşyalar  və  sənədlər  qablaşdırılır,  zərurət  olduqda  isə  müstəntiq 

tərəfindən möhürlənir. 

245.9. Axtarış və ya götürmə apararkən bağlı bina və saxlanc yerlərinin sahibləri 

onları  könüllü  surətdə  açmaqdan  imtina  etdikdə  müstəntiq  həmin  bina  və  saxlanc 

yerlərini açmağa haqlıdır. 

245.10.Axtarış və ya götürmənin aparılması zamanı aşağıdakılar qadağan edilir: 

245.10.1.  qapıların,  qıfılların,  digər  əşyaların  lüzumsuz  olaraq  zədələnməsi  və 

binada qaydanın pozulması; 

245.10.2.  kimyəvi  və  psixotrop  maddələrin,  habelə  insanın  səhhətinə  və  ətraf 

mühitə ziyan vura biləcək texniki vasitələrin və ya qurğuların istifadə edilməsi. 

M a d d ə   2 4 6 .   Ş ə x s i   a x t a r ı ş   v ə   g ö t ü r m ə

 

246.1. Müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq 



hərəkəti  aparılan  şəxsin  paltarında,  əşyalarında  və  ya  bədənində  ola  bilən  əşya  və 

sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. 

246.2.  Məhkəmənin  qərarı  alınmadan  şəxsi  axtarış  aşağıdakı  hallarda  aparıla 

bilər: 



246.2.1.  şübhəli  şəxs  tutulduqda  və  polis  və  ya  digər  hüquq-mühafizə  orqanına 

gətirildikdə; 

246.2.2.  təqsirləndirilən  şəxs  barəsində  həbsə  alma  qətimkan  tədbiri  tətbiq 

edildikdə; 

246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə 

sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə 

kifayət qədər əsaslar olduqda. 

246.3.  Şəxsi  axtarış  və  götürmə  müstəntiq  tərəfindən  mütəxəssisin  və  barəsində 

şəxsi  axtarış  aparılan  şəxslə  eyni  cinsdən  olan  azı  2  (iki)  hal  şahidinin  iştirakı  ilə 

aparılır. 

M a d d ə   2 4 7 .   A x t a r ı ş   v ə   y a   g ö t ü r m ə   p r o t o k o l u

 

247.1.  Axtarış  və  ya  götürmə  qurtardıqdan  sonra  müstəntiq  bu  istintaq 



hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 

247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 

247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının 

adı,  habelə  onların  doğulduğu  il,  ay,  gün  və  yer,  vətəndaşlığı,  təhsili,  iş  yeri, 

məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer; 

247.1.4.  barəsində  axtarış  və  ya  götürmə  aparılmış  şəxsə  onun  hüquq,  vəzifə  və 

məsuliyyətinin izah edilməsi haqqında qeyd; 

247.1.5. hal şahidlərinin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, 

gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda 

olduqları yer; 

247.1.6.  hal  şahidlərinin  hər  birinin  şübhəli,  təqsirləndirilən  və  zərər  çəkmiş 

şəxslə qarşılıqlı münasibəti haqqında məlumat; 

247.1.7.  hal  şahidlərinin  hər  birinə  onun  hüquq,  vəzifə  və  məsuliyyətinin  izah 

edilməsi haqqında qeyd; 

247.1.8.  axtarış  və  ya  götürmənin  xüsusiyyətləri,  axtarış,  yaxud  götürmənin 

aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən 

istifadə edilməsi barədə qeyd; 

247.1.9. axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı  ilə  bütün 

aşkar  olunanlar,  o  cümlədən  axtarılan  əşya  və  şəxslərin  könüllü  surətdə  verilməsi 

hallarının  olub-olmaması;  istintaq  hərəkəti  zamanı  belə  hal  baş  vermişsə,  aşkar 

edilmiş  əşya  və  sənədləri  gizlətmək  cəhdləri;  götürülmüş  əşyaların  sayı,  ölçüsü, 

çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri. 

247.2. Axtarış və ya götürmə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb 

etmək  hüququna  malik  olan  istintaq  hərəkətinin  bütün  iştirakçıları  tərəfindən 

imzalanır.  Protokol  bir  neçə  səhifədə  tərtib  edildikdə,  onun  hər  bir  vərəqi  istintaq 

hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə