Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə83/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   79   80   81   82   83   84   85   86   ...   190

241.3. Tanınmanın aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan 

texniki  vasitələrdən  istifadə  edildikdə,  müvafiq  yazılar,  fotoşəkillər,  çəkiliş  lentləri, 

yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. 

X X X I   f ə s i l    

AXTARIŞ VƏ GÖTÜRMƏ 

M a d d ə   2 4 2 .   A x t a r ı ş   v ə   y a   g ö t ü r m ə n i n   a p a r ı l m a s ı

 

242.1.  Əldə  edilmiş  (mövcud)  sübutlar  və  ya  əməliyyat-axtarış  fəaliyyətinin 



materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud 

hər  hansı  şəxsdə  iş  üzrə  sübut  əhəmiyyətinə  malik  ola  biləcək  əşyaların  və  ya 

sənədlərin  olmasını  güman  etməyə  kifayət  qədər  əsas  verdikdə,  müstəntiq  axtarış 

apara bilər. 

cxv[115]

 

242.2.  Axtarış,  həmçinin  axtarışda  olan  şəxslərin,  habelə  heyvanların,  insan 



meyitlərinin və ya heyvan cəsədlərinin aşkar edilməsi məqsədi ilə aparıla bilər. 

242.3. Toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları  ilə 

sübut  əhəmiyyətinə  malik  ola  biləcək  əşyaların  və  sənədlərin  kimdə  və  harada 

olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər.  

M a d d ə   2 4 3 .   A x t a r ı ş   v ə   y a   g ö t ü r m ə n i n   a p a r ı l m a s ı   ü ç ü n  

ə s a s l a r

 

243.1.  Axtarış  və  ya  götürmə,  bir  qayda  olaraq,  məhkəmənin  qərarı  əsasında 



aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin 

əsaslandırılmış  vəsatəti  və  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokurorun  təqdimatı  olduqda  çıxara  bilər.  Axtarış  və  ya  götürmə  bu  Məcəllənin 

177.2—177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. 

243.2.  Axtarış  və  ya  götürmənin  aparılması  haqqında  qərarda  aşağıdakılar 

göstərilməlidir: 

243.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 

243.2.2. qərarı çıxarmış şəxsin soyadı, adı, atasının adı və vəzifəsi; 

243.2.3. axtarış və ya götürmənin aparılması üçün əsas olmuş obyektiv hallar və 

motivlərin əsaslandırılması; 

243.2.4. axtarışın və ya götürmənin aparılacağı şəxsin soyadı, adı və atasının adı; 

243.2.5.  axtarış  və  ya  götürmənin  aparılacağı  konkret  yer  (yaşayış,  xidməti, 

istehsalat binası, ünvanı və ya yerləşdiyi yer); 

243.2.6. götürmə haqqında qərar qəbul edildikdə, həmçinin götürülməli olan əşya 

və sənədlər. 

243.3.  Təxirə  salına  bilməyən  hallarda  müstəntiq  axtarış  və  ya  götürməni 

məhkəmənin  qərarı  olmadan  yalnız  aşağıdakıları  güman  etməyə  əsas  verən  dəqiq 

məlumat olduqda apara bilər: 




243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya 

həmin  cinayətin  törədilməsinə  hazırlığın  aparılmasına  dəlalət  edən  əşya  və  ya 

sənədlərin yaşayış yerində gizlədilməsini; 

243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, 

törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış 

yerində gizləndiyini; 

243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 

243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. 

243.4. Bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq 

axtarış  və  ya  götürmənin  aparılması  barədə  əsaslandırılmış  qərar  çıxarır. 

Müstəntiqin  qərarı  bu  Məcəllənin  243.2-ci  maddəsinin  tələblərinə  müvafiq  olaraq, 

habelə  məhkəmənin  qərarı  olmadan  axtarış  və  ya  götürmə  aparılmasının  zəruriliyi 

və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. 

M a d d ə   2 4 4 .   A x t a r ı ş   v ə   y a   g ö t ü r m ə   z a m a n ı   i ş t i r a k   e d ə n  

ş ə x s l ə r

 

244.1. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. 



244.2.  Şübhəli  və  ya  təqsirləndirilən  şəxs  barəsində  axtarış  və  götürmənin 

aparılmasında  onun  müdafiəçisi  iştirak  etmək  hüququna  malikdir.  Həmin  istintaq 

hərəkətinin  aparılması  barədə  müstəntiq  tərəfindən  əvvəlcədən  xəbərdar  edilmiş 

müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun 

bu hüququnu təmin etməlidir. 

244.3.  Zəruri  hallarda  axtarış  və  ya  götürmənin  aparılmasında  tərcüməçi  və 

mütəxəssis iştirak edə bilər. 

244.4. Axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı 

şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil 

edən  şəxslərin  iştirıkı  təmin  edilməlidir.  Göstərilən  şəxslərin  iştirakını  təmin  etmək 

mümkün  olmadıqda  mənzil-istismar  təşkilatının,  yaxud  yerli  icra  hakimiyyəti 

orqanının nümayəndəsi dəvət edilir. 

244.5. İdarə, müəssisə, təşkilatlara, hərbi hissələrə məxsus olan binalarda axtarış 

və ya götürmə onların nümayəndəsinin iştirakı ilə aparılır. 

244.6. Barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, 

mütəxəssislər,  tərcüməçilər,  nümayəndələr,  müdafiəçilər  müstəntiqin  bütün 

hərəkətləri  zamanı  həmin  yerdə  olmaq,  protokolda  yazılmalı  olan  qeydlər  vermək 

hüququna malikdirlər. 

M a d d ə  

2 4 5 .  

A x t a r ı ş  

v ə  


y a  

g ö t ü r m ə n i n  

a p a r ı l m a s ı  

q a y d a s ı

 

245.1. Müstəntiq axtarış və ya götürmə haqqında qərara əsasən yaşayış binasına, 



yaxud digər binaya daxil olmaq hüququna malikdir. 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə