Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə82/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   78   79   80   81   82   83   84   85   ...   190

238.7. Şəxsi müayinə  protokolu ona öz qeydlərinin  daxil edilməsini tələb etmək 

hüququna  malik  olan  istintaq  hərəkətinin  bütün  iştirakçıları  tərəfindən  imzalanır. 

Protokol  bir neçə səhifədə tərtib edildikdə, onun hər  bir vərəqi istintaq hərəkətinin 

iştirakçıları tərəfindən imzalanır. 

X X X   f ə s i l    

ŞƏXSİN VƏ ƏŞYALARIN TANINMASI 

M a d d ə   2 3 9 .   Ş ə x s i n   t a n ı n m a s ı

 

239.1.  Hər  hansı  şəxsi  şahidə,  zərər  çəkmiş,  şübhəli  və  təqsirləndirilən  şəxsə 



tanınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin 

şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar 

barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir. 

239.2.  Müstəntiq  təqsirləndirilən  və  ya  şübhəli  şəxsin  tanınmasında  həmçinin 

onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir. 

239.3. Müstəntiqin göstərişi və ya icazəsi ilə şəxsin tanınması zamanı foto, video 

və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər. 

239.4.  Tanıyan  şəxs  şahid  və  ya  zərər  çəkmiş  şəxs  olduqda,  o,  əvvəlcədən  ifadə 

verməkdən  imtina  etməyə,  boyun  qaçırmağa,  bilə-bilə  yalan  ifadə  verməyə  görə 

cinayət  məsuliyyəti  haqqında,  habelə  özünün,  yaxud  yaxın  qohumlarının  əleyhinə 

ifadə verməmək hüququ haqqında xəbərdar edilir. 

239.5.  Tanınmalı  olan  şəxs  tanıyana  azı  3  (üç)  nəfər  eyni  cinsdən  olan  və 

tanınmalı  olan  şəxsdən  xarici  görkəmi  və  geyimi  ilə  kəskin  fərqlənməyən  digər 

şəxslərlə birlikdə təqdim edilir. 

239.6. Tanınma başlanmazdan əvvəl müstəntiq tanınmalı olan şəxsə digər şəxslər 

sırasında istənilən yeri tutmağı təklif edir. 

239.7.  Tanıyan  şəxsin  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədi  ilə  və  ya  onun 

tələbi  ilə  şəxsin  tanınmaya  təqdim  edilməsi  tanıyan  şəxsin  tanınmalı  olan  şəxs 

tərəfindən vizual müşahidəsini istisna edən şəraitdə aparıla bilər. 

cxiv[114]

 

239.8. Tanıyan qeyri-müəyyənliyinə görə tanınanın şəxsiyyətinin eyniləşdirilməsi 



üçün kifayət edən əlamətləri göstərmədikdə tanınma aparıla, aparılmış tanınma isə 

əsaslı  hesab  edilə  bilməz.  Şəxsin  eyni  şəxs  tərəfindən  və  eyni  əlamətlər  üzrə  təkrar 

tanınması aparıla bilməz. 

239.9.  Zərurət  olduqda  tanınma  xarici  görkəminə  və  geyiminə  görə  kəskin 

fərqlənməyən müxtəlif şəxslərin fotoşəkilləri üzrə də aparıla bilər. 

M a d d ə   2 4 0 .   Ə ş y a l a r ı n   t a n ı n m a s ı

 

240.1.  Hər  hansı  əşyanı  tanınma  üçün  təqdim  etmək  zəruri  olduqda  müstəntiq 



tanıyan  şəxsi  bu  əşyanın  əlamətləri  və  həmin  əşyanı  gördüyü  şərait  barədə 

qabaqcadan dindirir və bu barədə protokol tərtib edilir. 




240.2.  Əşyanın  tanınmasında  təqsirləndirilən  və  ya  şübhəli  şəxsin  müdafiəçisi 

iştirak  etmək  hüququna  malikdir.  Müstəntiq  tərəfindən  bu  istintaq  hərəkətinin 

aparılması  barədə  əvvəlcədən  xəbərdar  edilmiş  müdafiəçi  əşyanın  tanınmasında 

iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir. 

240.3. Müstəntiqin göstərişi və ya icazəsi ilə əşyanın tanınmasında foto, video və 

kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər. 

240.4. Tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda, ona qabaqcadan ifadə 

verməkdən  imtinaya,  ifadə  verməkdən  boyun  qaçırmağa,  bilə-bilə  yalan  ifadə 

verməyə  görə  cinayət  məsuliyyəti  barədə,  habelə  özünün  və  yaxın  qohumlarının 

əleyhinə ifadə verməmək hüququ barədə xəbərdarlıq edilir. 

240.5.  Tanınmalı  olan  əşya  eyni  növdən  olan  əşyalar  arasında  tanıyan  şəxsə 

təqdim edilir. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı 

məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunur. 

240.6. Meyitin, onun hissələrinin, habelə analoqunu tapmaq qeyri-mümkün və ya 

çətin olan əşyaların tanınması təqdim edilmiş vahid nüsxə üzrə aparılır. 

240.7.  Tanıyan  şəxsin  sağlığında  müşahidə  etdiyi  insan  meyitinin  tanınması 

aparıldıqda onun qrimlənməsinə yol verilir. Əşya tanındıqda onun çirkdən, pasdan 

və digər çöküntülərdən təmizlənməsinə yol verilir. 

M a d d ə   2 4 1 .   T a n ı n m a   p r o t o k o l u

 

241.1.  Tanınma  aparıldıqdan  sonra  müstəntiq  aşağıdakıları  əks  etdirən  tanınma 



protokolu tərtib edir: 

241.1.1. tanınmanın aparıldığı yer, tarix və vaxt; 

241.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

241.1.3. tanınmada iştirak etmiş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu il, 

ay, gün və yer; vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı 

və qeydiyyatda olduğu yer; 

241.1.4. tanınmada iştirak etmiş şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah 

edilməsi haqqında qeyd; 

241.1.5.  tanınmanın  xüsusiyyətləri,  meyitin  qəbirdən  çıxarılmasında  foto,  video 

və  kino  çəkilişdən  və  ya  digər  yazan  texniki  vasitələrdən  istifadə  edilməsi  barədə 

qeyd; 

241.1.6.  müşahidə  edilmə  ardıcıllığı  ilə  bütün  aşkar  olunanlar,  o  cümlədən 



tanınma üçün təqdim edilmiş əşyaların təsviri və tanınmanın aparıldığı əlamətlərin 

təsviri. 

241.2.  Tanınma  protokolunu  ona  öz  qeydlərinin  əlavə  edilməsini  tələb  etmək 

hüququna  malik  olan  istintaq  hərəkətinin  bütün  iştirakçıları  imzalayırlar.  Protokol 

bir  neçə  səhifədə  tərtib  edildikdə,  onun  hər  bir  səhifəsi  istintaq  hərəkətinin 

iştirakçıları tərəfindən ayrıca imzalanır. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə