Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə78/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   74   75   76   77   78   79   80   81   ...   190

M a d d ə   2 2 9 .   L a l ,   k a r ,   k o r   v ə   y a   d i g ə r   a ğ ı r   x ə s t ə l i k d ə n  

ə z a b   ç ə k ə n   ş a h i d i n   d i n d i r i l m ə s i

 

229.1.  Lal,  kar  və  ya  kor  şahidin  dindirilməsi  onun  işarələrini  başa  düşən  və ya 



onunla  işarələr  vasitəsilə  danışan  şəxsin  iştirakı  ilə  aparılır.  Həmin  şəxsin 

dindirilmədə iştirakı dindirmə protokolunda əks etdirilir. 

229.2.  Şahidin  ruhi  və  ya  digər  ağır  xəstəlikdən  əzab  çəkdiyi  halda  onun 

dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır. 

229.3.  Lal,  kar,  kor  və  ya  digər  ağır  xəstəlikdən  əzab  çəkən  şahidin 

dindirilməsində onun qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilər. 

M a d d ə   2 3 0 .   Ş a h i d i n   d i n d i r i l m ə s i   p r o t o k o l u

 

230.1.  Şahidin  dindirilməsi  haqqında  protokol  tərtib  edilir.  Həmin  protokolda 



aşağıdakılar göstərilir: 

230.1.1. dindirmənin tarixi, vaxtı və yeri; 

230.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

230.1.3.  şahidin  soyadı,  adı,  atasının  adı,  habelə  onun  doğulduğu  il,  ay,  gün  və 

yer; 

230.1.4.  şahidin  vətəndaşlığı,  təhsili,  iş  yeri,  məşğuliyyət  növü  və  ya  vəzifəsi, 



faktiki yaşadığı və qeydiyyatda olduğu yer; 

230.1.5.  şahidin  şübhəli,  təqsirləndirilən  və  zərər  çəkmiş  şəxslə  münasibətləri 

barədə məlumatlar; 

230.1.6. şahidə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi 

barədə qeyd; 

230.1.7.  dindirmənin  aparılmasının  xüsusiyyətləri,  xüsusən  şahidin  dindirilməsi 

zamanı  audio  yazıdan,  video  və  kino  çəkilişdən  və  ya  digər  yazan  texniki 

vasitələrdən istifadə edilməsi barədə qeyd; 

230.1.8.  şahidə  verilmiş  suallar  və  bu  suallara  onun  cavabları,  habelə  şahidin 

cinayət işinin hallarının mahiyyəti üzrə sərbəst ifadələri. 

230.2.  Şahidin  ifadələri  və  onun  verilmiş  suallara  cavabları  dindirmə 

protokolunda birinci şəxs adından və mümkün qədər hərfi şəkildə qeyd edilir. 

230.3. Dindirmə zamanı şahid öz ifadələrini Azərbaycan Respublikasının dövlət 

dilində  və  ya  özünün  bildiyi  dildə  verir.  Şahid  dövlət  dilini  və  ya  ibtidai 

araşdırmanın  aparıldığı  dili  bilmədiyi  halda  dindirmənin  aparılmasına  tərcüməçi 

cəlb  edilir.  Şahidin  xahişi  ilə  ifadəsi  onun  bildiyi  dilə  tərcümə  edilir.  Bu  protokol 

şahid və tərcüməçi tərəfindən imzalanır. Protokol iş materiallarına əlavə edilir. 

230.4. Şahidin xahişi  ilə ona ifadələrini əlyazma üsulu  ilə vermək imkanı verilir 

və bu barədə dindirmə protokolunda müvafiq qeyd aparılır. 

230.5.  Dindirmə  qurtardıqdan  sonra  müstəntiq  şahidi  dindirmə  protokolu  ilə 

tanış  edir.  Şahid  müstəntiqdən  dindirmə  protokolunda  əlavə  və  düzəlişlərin 

edilməsi barədə xahiş etmək hüququna malikdir. 




230.6.  Dindirmə  protokolu  müstəntiq  və  şahid  tərəfindən  onun  axırında,  habelə 

şahid  tərəfindən  əlavə  olaraq  onun  hər  səhifəsində  imzalanır.  Dindirmə 

tərcüməçinin  iştirakı  ilə  aparıldıqda,  tərcüməçi  dindirmə  protokolunu  şahidlə 

bərabər və ilk növbədə imzalayır. 

230.7. Şahid dindirmə protokolunu imzalamaqdan imtina etdiyi halda müstəntiq 

həmin  imtinanın  səbəbini  araşdırır  və  protokolu  öz  imzası  ilə  təsdiq  edir.  Şahidin 

savadsızlığı  və  ya  fiziki  qüsurları  üzündən  dindirmə  protokolunu  imzalaması 

mümkün olmadıqda, müstəntiq bu halları protokolda əks etdirir və onu öz imzası ilə 

təsdiq edir. 

230.8.  Dindirmə  protokolu  işin  materiallarına  əlavə  edilir.  Dindirilmədə  audio 

yazılan,  video  və  kino  çəkilişdən  və  ya  digər  yazan  texniki  vasitələrdən  istifadə 

edildikdə müvafiq yazı, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola 

əlavə edilir. 

M a d d ə   2 3 1 .   Z ə r ə r   ç ə k m i ş   ş ə x s i n   d i n d i r i l m ə s i

 

Zərər  çəkmiş  şəxsin  dindirilməsi  bu  Məcəllənin  227—230-cu  maddələrində 



şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalara müvafiq aparılır. 

M a d d ə   2 3 2 .   Ş ü b h ə l i   ş ə x s i n   d i n d i r i l m ə s i

 

232.1. Şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan 



tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. 

232.2.  Şübhəli  şəxsin  tutulduğu  halda  o  öz  ifadələrini  müdafiəçinin  iştirakı  ilə 

vermək  hüququna  malikdir.  Şübhəli  şəxsin  dindirilməsində  müstəntiq  bu 

Məcəllənin  92.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda  müdafiəçinin  iştirakını 

əvvəlcədən  təmin  etməlidir.  Bu  Məcəllənin  92.12-ci  maddəsində  nəzərdə  tutulmuş 

hallarda şübhəli şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir. 

cxii[112]

 

232.3.  Müstəntiq  şübhəli  şəxsi  audio  yazıdan,  video  və  kino  çəkilişdən  və  ya 



digər yazan texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir. 

232.4.  Şübhəli  şəxsin  dindirilməsindən  əvvəl  müstəntiq  ona  şübhənin 

mahiyyətini  elan  etməyə,  habelə  şübhəli  şəxsə  ifadə  verməkdən  imtina  və 

müdafiəçinin  köməyindən  istifadə  etmək  də  daxil  olmaqla,  onun  hüquqlarını  izah 

etməlidir. 

232.5.  Müstəntiq  dindirməyə  şübhəli  şəxsə  şübhə  barəsində  və  onun 

mülahizələrinə  görə  iş  üçün  əhəmiyyətli  ola  bilən  bütün  digər  hallar  barədə  ifadə 

vermək təklifi ilə başlayır. Qalan hallarda müstəntiq şübhəli şəxsin dindirilməsində 

təqsirləndirilən şəxsin dindirilməsi üçün bu Məcəllənin 233-cü maddəsində nəzərdə 

tutulmuş qaydaları rəhbər tutmalıdır.  

M a d d ə   2 3 3 .   T ə q s i r l ə n d i r i l ə n   ş ə x s i n   d i n d i r i l m ə s i

 

233.1.  Müstəntiq  təqsirləndirilən  şəxsin  dindirilməsini  ona  ittiham  elan 



edildikdən dərhal sonra aparmalıdır. 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə