Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə77/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   73   74   75   76   77   78   79   80   ...   190

Təqsirləndirilən  şəxs  qismində  cəlb  etmə  haqqında  qərarın  surəti,  habelə  hüquq  və 

vəzifələrə  dair  yazılı  bildiriş  təqsirləndirilən  şəxsə  verilir.  Müstəntiq  ittihamın  elan 

edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın 

surətinin  verilməsi  haqqında  protokol  tərtib  edir.  Bu  protokol  müstəntiq, 

təqsirləndirilən  şəxs,  müdafiəçi  (bu  hərəkətin  yerinə  yetirilməsində  iştirak  edirsə) 

tərəfindən imzalanır. 

cx[110]

 

224.4.  Təqsirləndirilən  şəxs  və  ya  müdafiəçi  qərarı,  yaxud  protokolu  imza 



etməkdən  imtina  etdikdə,  müstəntiq  həmin  sənədlərdə  imza  etməkdən  imtina  və 

imtinanın səbəbləri haqqında qeyd aparmaqla 24 saat müddətində bu barədə ibtidai 

araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir.  

M a d d ə   2 2 5 .   İ t t i h a m ı n   d ə y i ş d i r i l m ə s i   v ə   o n a   ə l a v ə l ə r  

e d i l m ə s i

 

225.1.  İbtidai  istintaq  zamanı  elan  edilmiş  ittihamı  dəyişdirmək  və  ya  ona 



əlavələr  etmək  zərurəti  yarandıqda,  müstəntiq  bu  Məcəllənin  223  və  224-cü 

maddələrində  müəyyən  edilmiş  tələblərə  riayət  etməklə  yenidən  ittiham  elan 

etməlidir. 

225.2.  İbtidai  istintaq  zamanı  elan  edilmiş  ittihamın  bir  hissəsi  təsdiq 

edilmədikdə,  müstəntiq  öz  qərarı  ilə  ittihamın  həmin  hissəsində  cinayət  işi  üzrə 

icraata  xitam  verir,  onu  təqsirləndirilən  şəxsə  elan  edir  və  qərarın  surətini  ona 

təqdim edir. 

X X V I I I   f ə s i l    

DİNDİRMƏ VƏ ÜZLƏŞDİRMƏ 

M a d d ə   2 2 6 .   D i n d i r m ə y ə   ç a ğ ı r ı ş ı n   q a y d a l a r ı

 

226.1.  Şahid,  zərər  çəkmiş,  şübhəli,  təqsirləndirilən  şəxs  və  başqa  şəxslər 



müstəntiqin yanına şəxsən, özləri olmadıqda isə onların yetkinlik yaşına çatmış ailə 

üzvlərindən, qonşularından, mənzil  istismar  təşkilatının nümayəndələrindən  birinə 

və ya onların iş, yaxud təhsil yeri üzrə verilən çağırış vərəqəsi ilə çağırılırlar. Onlar 

həmçinin teleqram, telefonoqram, faksoqram vasitəsilə çağırıla bilərlər. 

226.2.  Çağırış  vərəqəsində  kimin,  hansı  prosessual  qisimdə  çağırıldığı,  habelə 

çağırılan  şəxsin  haraya  və  nə  vaxt  (gəlmə  günü  və  saatı)  gəlməli  olduğu  göstərilir. 

Çağırış  vərəqəsində  çağırılan  şəxsin  gəlmədiyi  halda  onun  bu  Məcəllənin  178-ci 

maddəsində  nəzərdə  tutulmuş  qaydada  məcburi  gətirilməyə  məruz  qala  biləcəyi 

barədə xəbərdarlıq qeyd olunur. 

226.3.  Yetkinlik  yaşına  çatmayan  şəxslər,  bir  qayda  olaraq,  onların  qanuni 

nümayəndələri vasitəsi ilə çağırılırlar. 

226.4.  Həbsdə  saxlanılan  şübhəli  və  təqsirləndirilən  şəxs  onların  həbsdə 

saxlanıldığı yerin müdiriyyəti vasitəsi ilə çağırılırlar. 



M a d d ə   2 2 7 .   Ş a h i d i n   d i n d i r i l m ə s i

 

227.1.  Şahidi  cinayət  təqibi  üçün  əhəmiyyəti  olan  hər  bir  hal  üzrə,  o  cümlədən 



şübhəli,  təqsirləndirilən,  zərər  çəkmiş  şəxsin,  digər  şahidlərin  şəxsiyyəti  barədə 

dindirmək olar. Şahidin dindirilməsində onun nümayəndəsi (vəkil və ya digər şəxs) 

iştirak etmək hüququna malikdir. 

cxi[111]


 

227.2.  Şahid  ibtidai  istintaq  hərəkətinin  aparıldığı  yer  üzrə,  zəruri  hallarda  isə 

onun olduğu yer üzrə dindirilir. 

227.3.  Hər  bir  şahid  digər  şahiddən  ayrılıqda  dindirilir.  Bu  halda  müstəntiq 

dindirmə  qurtaranadək  eyni  iş  üzrə  çağırılmış  şahidlərin  öz  aralarında  ünsiyyətdə 

ola bilməməsi üçün tədbirlər görür. 

227.4.  Dindirmədən  əvvəl  müstəntiq  şahidin  şəxsiyyətini  müəyyən  edir,  ona 

hansı  iş  üzrə  çağırıldığı  barədə  məlumat  verir  və  ona  iş  üzrə  məlum  olan  bütün 

hallar  barədə  danışmaq  vəzifəsi,  habelə  ifadə  verməkdən  imtina  etməyə,  boyun 

qaçırmağa,  bilə-bilə  yalan  ifadə  verməyə  görə  cinayət  məsuliyyəti  barədə 

xəbərdarlıq  edir.  Şahidə  özünün  və  ya  yaxın  qohumlarının  əleyhinə  ifadə  verməyə 

borclu  olmadığı  barədə  məlumat  verilir.  Bundan  sonra  müstəntiq  şahidlə  şübhəli, 

təqsirləndirilən, zərər çəkmiş şəxsin münasibətlərini müəyyənləşdirir və dindirməyə 

başlayır. 

227.5.  Dindirmə  şahidə  cinayət  təqibi  ilə  bağlı  bütün  halları  danışmaq  təklifi  ilə 

başlanır və bundan sonra ona suallar verilə bilər. 

227.6.  Müstəntiq  şahidi  audio  yazıdan,  video  və  kino  çəkilişdən  və  digər  yazan 

texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir.  

M a d d ə  

2 2 8 .  

Y e t k i n l i k  

y a ş ı n a  

ç a t m a m ı ş  

ş a h i d i n  

d i n d i r i l m ə s i

 

228.1. Yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və 



ya digər formada təqdim edə bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər. 

228.2.  14  yaşınadək,  müstəntiqin  mülahizəsinə  görə  isə  16  yaşınadək  olan 

yetkinlik  yaşına  çatmamış  şahidin  dindirilməsi  müəllimin,  zəruri  hallarda  isə 

həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır. 

228.3. Dindirmənin başlanmasından əvvəl göstərilən şəxslərə onların dindirmədə 

iştirak  etmək,  müstəntiqin  icazəsi  ilə  öz  qeydlərini  bildirmək  və  suallar  vermək 

hüququ,  habelə  onların  vəzifələri  izah  edilir.  Müstəntiq  verilmiş  sualları  rədd  edə 

bilər,  lakin  onlar  dindirmə  protokolunda  qeyd  edilməlidir.  Həmin  protokola, 

həmçinin  dindirilmiş  şəxsin  və  dindirmədə  iştirak  etmiş  şəxslərin  bütün  qeydləri 

daxil edilir. 

228.4.  16  yaşına  çatmayan  şahidə  onun  yalnız  həqiqəti  danışmaq  vəzifəsi  izah 

edilir, lakin o, ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-

bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmir. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə