Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə74/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   70   71   72   73   74   75   76   77   ...   190

216.3.1. öz qərarı ilə bu hərəkətlərin aparılmasını şübhəli, təqsirləndirilən şəxsin 

və  ya  şahidlərin  əksəriyyətinin  olduğu  yeri  üzrə  müstəntiqə,  yaxud  təhqiqatçıya 

həvalə etmək; 

216.3.2. təxirəsalınmaz hallarda həmin hərəkətləri təqsirləndirilən, şübhəli şəxsin 

və ya şahidlərin əksəriyyətinin olduqları yer üzrə həmin ərazidə ibtidai araşdırmaya 

prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməklə aparmaq. 

cvi[106]

 

M a d d ə   2 1 7 .   İ b t i d a i   a r a ş d ı r m a n ı n   b a ş l a n m a s ı



 

217.1.  İbtidai  istintaq  və  ya  təhqiqat  şəklində  ibtidai  araşdırma  (hadisə  yerinə 

baxış keçirilməsindən başqa bütün istintaq hərəkətləri daxil olmaqla) yalnız cinayət 

işinin başlanması haqqında qərar çıxarıldıqdan sonra aparılır. 

217.2.  Cinayət  işinin  başlanmasından  sonra  müstəntiq  və  ya  təhqiqatçı  bu 

Məcəllənin 85 və 86-cı maddələrində nəzərdə tutulmuş səlahiyyətlərinə və ya ibtidai 

araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişinə əsasən onu 

öz  icraatına  qəbul  edir  və  müvafiq  qərar  çıxarmaqla  iş  üzrə  ibtidai  araşdırmaya 

başlayır. Cinayət işi eyni müstəntiq və ya təhqiqatçı tərəfindən başlandıqda və onlar 

tərəfindən  öz  icraatına  qəbul  edildikdə  cinayət  işinin  başlanması  və  onun  öz 

icraatına qəbul edilməsi haqqında vahid qərar tərtib edilir. 

217.3.  Bu  Məcəllənin  217.1-ci  maddəsində  göstərilən  qərar  çıxarıldıqdan  sonra 

onun  surəti  24  saat  müddətində  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata 

keçirən prokurora göndərilir. 

M a d d ə   2 1 8 .   İ b t i d a i   a r a ş d ı r m a n ı n   m ü d d ə t l ə r i

 

218.1.  Təhqiqat  hər  bir  halda  cinayət  işinin  başlanmasından  ən  geci  10  (on) 



gündən artıq olmayan müddətdə başa çatır. 

218.2. Cinayət işi üzrə ibtidai istintaq aşağıdakı müddətlərdə başa çatmalıdır: 

218.2.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlər  üzrə  —  cinayət  işinin 

başlanmasından ən geci 2 (iki) ay keçdikdən sonra; 

218.2.2. az ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 3 (üç) ay 

keçdikdən sonra; 

218.2.3.  ağır  cinayətlər  üzrə  —  cinayət  işinin  başlanmasından  ən  geci  3  (üç)  ay 

keçdikdən sonra; 

218.2.4.  xüsusilə  ağır  cinayətlər  üzrə  —  cinayət  işinin  başlanmasından  ən  geci  4 

(dörd) ay keçdikdən sonra. 

218.3.  İbtidai  istintaq  müddəti  cinayət  işinin  başlandığı  gündən  hesablanır,  işin 

məhkəməyə  göndərilməsi  və  ya  icraatına  xitam  verilməsi  haqqında  qərarın 

çıxarıldığı gün bitir. 

218.4.  Təqsirləndirilən  şəxsin  və  onun  müdafiəçisinin  cinayət  işinin  materialları 

ilə  tanış  olma  müddəti  cinayət  işi  üzrə  ibtidai  istintaqın  müddətinə  daxil  deyil. 

Təqsirləndirilən şəxs və onun müdafiəçisi qəsdən və üzrlü səbəblər olmadan cinayət 




işinin  materialları  ilə  tanışlığı  uzatdıqda,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata  keçirən  prokuror  müstəntiqin  vəsatəti  üzrə  öz  qərarı  ilə  həmin  müddəti 

məhdudlaşdıra bilər. 

218.5.  İbtidai  istintaq  müddətinə  həmçinin  bu  Məcəllənin  53.1-ci  maddəsində 

nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə ibtidai istintaqın dayandırıldığı müddət 

daxil edilmir. 

218.6. Cinayət işinin mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.2-ci maddəsi ilə 

müəyyən  edilmiş  ibtidai  istintaq  müddəti  müstəntiqin  əsaslandırılmış  vəsatəti  və 

ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  təqdimatı 

əsasında  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  Hərbi  prokuroru,  Bakı  şəhər 

prokuroru,  Naxçıvan  Muxtar  Respublikasının  prokuroru  və  ya  Azərbaycan 

Respublikası Baş prokurorunun müavini tərəfindən aşağıdakı qaydada uzadıla bilər: 

218.6.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlər  üzrə  —  2  (iki)  aydan  çox 

olmayan müddətə; 

218.6.2. az ağır cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə; 

cvii[107]

 

218.6.3. ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə; 



218.6.4. xüsusilə ağır cinayətlər üzrə — 4 (dörd) aydan çox olmayan müddətə. 

218.7.  Cinayət  işinin  xüsusi  mürəkkəbliyi  ilə  əlaqədar  bu  Məcəllənin  218.6-cı 

maddəsinə  müvafiq  olaraq  yuxarı  prokuror  tərəfindən  həmin  iş  üzrə  ibtidai 

istintaqın  uzadılmış  müddəti  müstəntiqin  əsaslandırılmış  vəsatəti  və  ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  müvafiq  olaraq 

Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan 

Muxtar  Respublikasının  prokuroru  ilə  razılaşdırılmış  təqdimatı  əsasında 

Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən aşağıdakı qaydada 

uzadıla bilər: 

218.7.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlər  üzrə  —  1  (bir)  aydan  çox 

olmayan müddətə; 

218.7.2. az ağır cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə; 

218.7.3. ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə; 

218.7.4. xüsusilə ağır cinayətlər üzrə — 4 (dörd) aydan çox olmayan müddətə. 

218.8.  Cinayət  işinin  müstəsna  mürəkkəbliyi  ilə  əlaqədar  bu  Məcəllənin  218.7-ci 

maddəsinə  müvafiq  olaraq  yuxarı  prokuror  tərəfindən  həmin  iş  üzrə  ibtidai 

istintaqın  uzadılmış  müddəti  müstəntiqin  əsaslandırılmış  vəsatəti  və  ibtidai 

araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  müvafiq  olaraq 

Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan 

Muxtar  Respublikasının  prokuroru,  habelə  Azərbaycan  Respublikası  Baş 

prokurorunun  müavini  ilə  razılaşdırılmış  təqdimatı  əsasında  Azərbaycan 

Respublikasının Baş prokuroru tərəfindən aşağıdakı qaydada uzadıla bilər: 

218.8.1.  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlər  üzrə  —  1  (bir)  aydan  çox 

olmayan müddətə; 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə