Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə76/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   72   73   74   75   76   77   78   79   ...   190

221.1. İbtidai araşdırmanın aparılması zamanı müstəntiq cinayətin törədilməsinə 

imkan  yaradan  halları  (səbəb  və  şəraiti)  müəyyən  etməlidir.  Bu  halları  müəyyən 

etdikdə  müstəntiq  zərurət  olduqda  müvafiq  hüquqi  və  ya  vəzifəli  şəxsin  ünvanına 

cinayətin  törədilməsinə  şərait  yaradan  halların  aradan  qaldırılması  üçün  tədbirlər 

görülməsi barədə təqdimat göndərir. 

221.2.  Cinayətin  törədilməsinə  şərait  yaradan  halların  aradan  qaldırılması  üçün 

tədbirlər  görülməsi  haqqında  müstəntiqin  təqdimatına  baxılması  məcburidir, 

nəticəsi barədə bir ay müddətində müstəntiqə yazılı məlumat verilməlidir. 

M a d d ə  

2 2 2 .  

İ b t i d a i  

a r a ş d ı r m a  

m ə l u m a t l a r ı n ı n  

y a y ı l m a s ı n ı n   y o l v e r i l m ə z l i y i

 

222.1.  Cinayət  işi  üzrə  məhkəmə  baxışınadək  ibtidai  araşdırma  məlumatları 



yalnız  ibtidai  araşdırmanın  maraqlarına  zidd  olmayan,  habelə  cinayət  prosesinin 

digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həcmdə yayıla bilər. 

222.2.  İbtidai  araşdırma  məlumatlarının  yayılmasına  yalnız  ibtidai  araşdırmanı 

aparan şəxsin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun 

və ya məhkəmənin icazəsi ilə yol verilir. 

222.3.  İbtidai  araşdırma  məlumatları  yalnız  müvafiq  olaraq  müstəntiqin, 

təhqiqatçının,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun 

və  ya  məhkəmənin  icazəsi  ilə,  ibtidai  araşdırmanın  maraqlarına  zidd  olmadığı  və 

cinayət  prosesinin  digər  iştirakçılarının  hüquq  və  qanuni  mənafelərini  pozmadığı 

halda cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yayıla bilər. 

222.4.  İbtidai  araşdırma  zamanı  bu  Məcəllənin  222.1—222.3-cü  maddələrinin 

müddəalarına  riayət  edilməsinin  təmin  edilməsi  məqsədi  ilə    müstəntiq  və  ya 

təhqiqatçı  şahidə,  zərər  çəkmiş  şəxsə,  mülki  iddiaçıya  və  mülki  cavabdehə,  onların 

nümayəndələrinə,  mütəxəssislərə,  ekspertlərə,  tərcüməçilərə,  hal  şahidlərinə, 

müdafiəçilərə  və  digər  şəxslərə  onların  razılığı  olmadan  ibtidai  araşdırma 

məlumatlarının yayılmasının yolverilməzliyi barədə yazılı xəbərdarlıq edir. 

222.5.  Şəxsi  həyatın  toxunulmazlığının  pozulması  nəticəsində  hər  hansı  şəxsə 

mənəvi  və  ya  maddi  ziyan  vurulduqda  həmin  pozuntuya  yol  vermiş  təhqiqatçı, 

müstəntiq,  ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya 

hakim,  habelə  ibtidai  araşdırma  məlumatlarının  yayılmasının  yolverilməzliyi 

haqqında 

xəbərdar 

edilmiş 

hər 


bir 

şəxs 


Azərbaycan 

Respublikasının 

qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. 

X X V I I   f ə s i l    

TƏQSİRLƏNDİRİLƏN ŞƏXS QİSMİNDƏ CƏLB ETMƏ 

M a d d ə  

2 2 3 .  

T ə q s i r l ə n d i r i l ə n  

ş ə x c  

q i s m i n d ə  

c ə l b  

e t m ə n i n   ə s a s ı   v ə   q a y d a s ı

 



223.1.  Şəxsin  təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməsi  üçün  əsas  cinayətin 

onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. 

223.2.  Bu  Məcəllənin  223.1-ci  maddəsində  nəzərdə  tutulmuş  sübutlar  olduqda 

müstəntiq  şəxsin  təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməsi  haqqında 

əsaslandırılmış qərar çıxarır. 

223.3.  Şəxsin  təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməsi  haqqında  qərarın 

təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 

223.3.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə 

hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; 

223.3.2. cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, 

cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; 

223.3.3. cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin 

başa çatdırılmamasının səbəbləri; 

223.3.4. cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; 

223.3.5. məsuliyyəti ağırlaşdıran hallar. 

223.4.  Qərarın  nəticə  hissəsində  şəxsin  cinayət  işi  üzrə  təqsirləndirilən  şəxs 

qismində  cəlb  edilməsi  haqqında  qərar  və  törədilmiş  cinayətə  görə  məsuliyyət 

nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. 

223.5.  Təqsirləndirilən  şəxs  cinayət  qanununun  müxtəlif  maddələri  ilə  tövsif 

edilən  bir  neçə  cinayətin  törədilməsinə  görə  məsuliyyətə  cəlb  edildikdə,  qərarın 

təsviri-əsaslandırıcı hissəsində məhz hansı cinayətlərin törədildiyi, nəticə hissəsində 

isə  cinayət  qanununun  həmin  cinayətlərə  görə  məsuliyyət  nəzərdə  tutan  maddəsi 

göstərilir. 

223.6.  Qərarın  surəti  onun  qəbul  edildiyi  andan  24  saat  müddətində  müstəntiq 

tərəfindən  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora 

göndərilir. 

M a d d ə   2 2 4 .   İ t t i h a m ı   e l a n   e t m ə   q a y d a s ı

 

224.1.  Müstəntiq  tərəfindən  şəxsin  təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməsi 



haqqında  qərarın  çıxarıldığı  andan  48  saatdan  gec  olmayaraq  və  hər  bir  halda 

təqsirləndirilən  şəxsin  gəldiyi,  yaxud  tutulduğu  və  məcburi  gətirildiyi  gündən  gec 

olmayaraq ona ittiham elan edilməlidir. 

cix[109]


 

224.2.  Təqsirləndirilən  şəxsin  şəxsiyyətini  müəyyən  etdikdən  sonra  müstəntiq 

ona  təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməsi  haqqında  qərarı  elan  edir  və  elan 

edilən  ittihamın mahiyyətini  izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi,  ittihamın 

elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda 

təsdiq  edilir.  Hər  hansı  şəxsə  ittihamın  elan  edilməsində  təqsirləndirilən  şəxsin 

müdafiəçisi iştirak etmək hüququna malikdir. 

224.3.  İttihamı  elan  etdikdən  sonra  müstəntiq  təqsirləndirilən  şəxsə  onun  bu 

Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməlidir. 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə