Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə72/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   68   69   70   71   72   73   74   75   ...   190

213.3.  Təhqiqatçı,  müstəntiq  və  ya  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi 

həyata keçirən prokuror xüsusi ittiham qaydasında təqib edilən cinayətlər haqqında 

zərər  çəkmiş  şəxslərin  şikayətlərini  məhkəmə  aidiyyəti  üzrə  birinci  instansiya 

məhkəməsinə göndərməlidir. 

213.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti 

qaydasında  almış  təhqiqatçı,  müstəntiq  və  ya  ibtidai  araşdırmaya  prosessual 

rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində bu Məcəllənin 207, 209 

və 210-cu maddələrində nəzərdə tutulmuş tədbirlər görməlidir. 

213.5.  Cinayət  haqqında  məlumatın  istintaq  və  ya  məhkəmə  aidiyyəti  üzrə 

göndərilməsi barədə qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat 

müddətində  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurora, 

habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi 

və ya vəzifəli şəxsə göndərilir; 

xcvi[96]


 

X X V I   f ə s i l    

İBTİDAİ ARAŞDIRMANIN ÜMUMİ ŞƏRTLƏRİ 

M a d d ə   2 1 4 .   C i n a y ə t   i ş l ə r i   ü z r ə   t ə h q i q a t ı n   a p a r ı l m a s ı

 

214.1. Təhqiqat ibtidai araşdırmanın növü kimi aşağıdakı şəkildə aparılır: 



214.1.1.  ibtidai  istintaqı  məcburi  olan  cinayət  işləri  üzrə  təxirəsalınmaz  istintaq 

hərəkətlərinin icraatı; 

214.1.2.  böyük  ictimai  təhlükə  törətməyən  bəzi  aşkar  cinayətlər  üzrə 

məhkəməyədək sadələşdirilmiş icraat. 

214.2.  Cinayət  işləri  üzrə  təhqiqatı  aşağıdakı  təhqiqat  orqanları  və  şəxslər 

aparırlar: 

214.2.1.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarının 

(təhqiqat orqanlarının) təhqiqatçıları — Azərbaycan Respublikasının həmin müvafiq 

icra hakimiyyəti orqanları müstəntiqlərinin səlahiyyətlərinə aid edilmiş cinayət işləri 

üzrə; 


214.2.2.  rəhbərlik  etdikləri  hərbi  hissələrin,  hərbi  idarələrin  (müvafiq  icra 

hakimiyyəti orqanına aid hərbi hissələr və hərbi idarələr istisna olmaqla), cəzaçəkmə 

müəssisələrinin,  həbsdə  saxlanılma  yerlərinin,  dəniz  gəmilərinin  yerləşdiyi  ərazidə 

(ərazi  üzrə)  törədilmiş  cinayətlərə  dair  cinayət  işləri  üzrə  —  müvafiq  olaraq 

təhqiqatçı  səlahiyyətlərini  həyata  keçirən  hərbi  hissə  komandirləri,  hərbi  idarə 

rəisləri, cəzaçəkmə müəssisələrinin və ya həbsdə saxlanılma yerlərinin rəisləri, dəniz 

gəmilərinin kapitanları və digər müvəkkil edilmiş şəxslər; əks-kəşfiyyat fəaliyyətinin 

təminatını,  həyata  keçirilən  hərbi  hissələrdə,  hərbi  idarələrdə  təhlükəsizlik 

orqanlarının  səlahiyyətlərinə  aid  olan  işlər  üzrə  —  müvafiq  icra  hakimiyyəti 

orqanlarının təhqiqatçıları.

xcvii[97]

 



214.2.3. müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin 

ərazisində  hərbi  qulluqçular  tərəfindən  və  ya  hərbi  xidmət  əleyhinə  törədilmiş 

cinayətlərə dair işlər üzrə — müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları.

xcviii[98]

 

214.3.  Təxirəsalınmaz  istintaq  hərəkətlərinin  aparılması  şəklində  təhqiqat 



cinayətin  izlərinin  müəyyən  edilməsi  və  rəsmiləşdirilməsi  məqsədi  ilə    aparılır. 

Təhqiqatı  bu  şəkildə  apararkən  bu  Məcəllənin  147,148,153,  207,  209,  210,  226—232, 

234, 236, 238—247, 264, 268—270, 273—276-cı  maddələrinin müddəalarına müvafiq 

olaraq təhqiqatçı: 

214.3.1. cinayət işini başlayır və bu barədə dərhal ibtidai araşdırmaya prosessual 

rəhbərliyi həyata keçirən prokurora məlumat verir; 

214.3.2.  şübhəli  şəxsi  tutmaq,  onun,  zərər  çəkmiş  şəxsin,  şahidin,  mülki 

iddiaçının,  mülki  cavabdehin,  şahidlərin  dindirilməsi,  axtarış,  müayinə  (şəxsi 

müayinə) və götürmə kimi istintaq hərəkətlərini aparır; 

214.3.3.  cinayət  işinin  başlanmasından  sonra  10  (on)  gündən  gec  olmayaraq 

sonrakı araşdırmanın aparılması üçün cinayət işini istintaq orqanına göndərir; 

214.3.4. cinayət işinin başlanmasından 10 (on) gün keçdikdən sonra müstəntiq və 

ya  ibtidai  araşdırmanı  həyata  keçirən  prokurorun  tapşırığı  ilə  ayrı-ayrı  istintaq 

hərəkətlərini aparır və ya əməliyyat-axtarış tədbirlərini həyata keçirir; 

214.3.5.  cinayət  işinin  başlanmasından  10  (on)  gün  keçdikdən  sonra  cinayət 

açılmamış qalarsa, cinayəti törətmiş şəxsin müəyyən və aşkar edilməsi, tutulması və 

müstəntiqə təhvil verilməsinə dair tədbirlər görür. 

214.4.  Məhkəməyədək  sadələşdirilmiş  icraat  şəklində  təhqiqat  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  127.1,  128—132,  174—176,  177.1,  186.1,  187.1, 

187.2, 196.1, 197.1 və 201.1-ci maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə 

törətməyən aşkar cinayətlər üzrə aparılır. 

214.5.  Böyük  ictimai  təhlükə  törətməyən  cinayətlər  üzrə  məhkəməyədək 

sadələşdirilmiş  icraat  şəklində  təhqiqat  bu  Məcəllənin  293—297-ci  maddələrində 

nəzərdə tutulmuş müddəalara uyğun aparılır. 

214.6.  Öz  səlahiyyətləri  daxilində  istintaq  hərəkətlərini  apararkən  təhqiqatçı 

aparılan  təhqiqatın  növündən  asılı  olmayaraq  müvafiq  istintaq  hərəkətlərinin 

keçirilməsi qaydasını nəzərdə tutan bu Məcəllənin maddələrinin tələblərinin yerinə 

yetirilməsini  təmin  etməklə  müstəntiqin  hüquqlarından  istifadə  edir  və  onun 

vəzifələrini yerinə yetirir. 

M a d d ə   2 1 5 .   C i n a y ə t   i ş l ə r i   ü z r ə   i b t i d a i   i s t i n t a q ı n  

a p a r ı l m a s ı

 

215.1.  Böyük  ictimai  təhlükə  törətməyən  cinayətlər  üzrə  məhkəməyədək 



sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, bütün cinayət işləri 

üzrə ibtidai istintaqın aparılması məcburidir. 

215.2.  Cinayət  işləri  üzrə  ibtidai  istintaq  prokurorluq  və  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə